Məhkəmə qərarları › İş №2(007)-1295/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1295/2020

01.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1295/2020 01.04.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2018-ciil tarixli müqaviləyə əsasən, Hofmann markalı paltaryuyan, Hoffmann markalı kondisioner, Hoffmann Led markalı televizor, Gorenje markalı ətçəkən, Kenwood markalı çaynik, Braun markalı ütü üçün 432 (dörd yüz otuz iki)manat ödənilməmiş hissə, 43 (qırx üç)manat cərimə pulu borcu yaranmışdır. 14 iyun 2018-ci iltarixli müqaviləyə əsasən, Hoffmann markalı kondisioner, Granchio markalı qazan, 2 ədəd Granchio markalı tava, mətbəx aksesuarları üçün 408 (dörd yüz səkkiz)manat ödənilməmiş hissə, 40 (qırx)manat cərimə pulu borcu yaranmışıdır. Ümumilikdə923manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 953 manatCavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.06.2018-ci il və 14.06.2018-ci il tarixli müqavilələrinə əsasən Hofmann markalı paltaryuyan, Hoffmann markalı kondisioner, Hoffmann Led markalı televizor, Gorenje markalı ətçəkən, Kenwood markalı çaynik, Braun markalı ütü və Hoffmann markalı kondisioner, Granchio markalı qazan, 2 ədəd Granchio markalı tava, mətbəx aksesuarları almış və nəticədə 923 (doqquz yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.06.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2916manatolan Hoffmann markalı paltaryuyan, Hoffmann markalı kondisioner, Hoffmann Led markalı televizor, Gorenje markalı ətçəkən, Kenwood markalı çaynik, Braun markalı ütü üçün ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat olmaqla, ondan 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 145 manatcərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 43 manat cərimə pulu borcu yaranmışdır. 14.06.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiymət 985manatolan Hoffmann markalı kondisioner, Granchio markalı qazan, 2 ədəd Granchio markalı tava, mətbəx aksesuarları üçün ümumilikdə 448 manat olmaqla, ondan 408 manat ödənilməmiş hissə, 127 manatcərimə hesablanmalı olmasına baxmayaraqgüzəşt olunmuş 40 (qırx) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3061 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlə də gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2018-ciil tarixli, K00171543 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2916 manat olan Hofmann markalı paltaryuyan, Hoffmann markalı kondisioner, Hoffmann Led markalı televizor, Gorenje markalı ətçəkən, Kenwood markalı çaynik, Braun markalı ütü satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2018-ci il tarixli, K00174632 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 985 manat olan Hoffmann markalı kondisioner, Granchio markalı qazan, 2 ədəd Granchio markalı tava, mətbəx aksesuarları satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 11 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 iyun 2018-ciil tarixli müqavilə üzrə əsas borc üzrə 432 manat, cərimə borcu üzrə 43 manat olmaqla, ümumilikdə 475 manat borcu vardır. Cavabdeh 14 iyun 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 408 manat, cərimə borcu üzrə 40 manat olmaqla, ümumilikdə 448 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 923 manat borcu vardır. İşə əlavə olunmuş 12 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 11 iyun 2018-ciil tarixli və 14 iyun 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 11 iyun 2018-ciil tarixli, K00171543 nömrəli müqavilə üzrə 432 manat əsas borc, 43 manat cərimə borcu olmaqla, ümumilikdə 475 manat borc, 14 iyun 2018-ci il tarixli, K00174632 nömrəli müqavilə üzrə 408 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, ümumilikdə 448 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar