Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1317/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil AR Dövlət Neft Şirkətinin tərəfindən onun atasının, sonradan isə onun adına ayrılıb. Qeyd olunan sənədlərdə göstərilən mənzilin özəlləşdirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən İdarə tərəfindən ona verilmiş rəsmi cavab məktubunda ünvan 1 ünvanında yerləşən mənzilin müvafiq sənədlərində təvəllüdü 1957-ci il göstərilməsi bildirilib. Halbuki, onun təvəllüdü 1958-ci ildir. Həmçinin, bu fakt onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində də öz əksini tapıb. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ona təqdim etdiyi məktubda və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair orderin 1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin “Xahiş edirəm” hissəsində orderin 4-cü bəndindəki “1957-ci il” qeydinin, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhər İcra Hakimiyyəti maraqlı şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Dövlət Neft Şirkətinin balansına olan evlər Bakı şəhəri İcra Hakimiyyətinin balansına verilib. Qeyd edilənlərə iş üzrə əsasən hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Naxçıvan MR ünvan 2 ünvanında qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Ərizəçi doğumu haqqında akt qeydinin kresosurətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Ordubad rayonunda doğulub. X1r. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə ölüb və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 475 nömrə ilə qeyd edilib. - Ölüm haqqında şəhadətnamənin surətindən görünrü ki, X12 xx.xx.2020-ci il tarixdə ölüb və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 139 nömrə ilə qeyd edilib. - “Azneft” İB tərəfindən Sosial Xidətlərin İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2006-cı il tarixli məkubun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85ci maddəsinə əsasən əsaslanaraq, əsas kirayenişi olan X6 vəfatı ilə əlaqədar olaraq Q.Qarayev küçəsində yerləşən 8 saylı evin, 10 saylı mənzilinin (3 otaq, 53,5 kv.m) şəxsi hesabını onun oğlu Ərizəçi adına keçirib, onunla yaşayış sahəsinin kirayəsi üçün şəxsi hesab açıb müqavilə bağlanılsın, üç nəfər ailə üzvləri ilə, onlardan özü, həyat yoldaşı X4 və oğlu X5. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********94 saylı məlumatından görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə mənzilin kirayə müqaviləsinin Ərizəçi adına bağlanmasına dair müvafiq icra hakimiyyəti tərəfindən verilmiş sərəncam əlavə edilməmişdir. 01671 nömrəli orderdə təvəllüdü “1958" əvəzinə “1957” kimi qeyd edilib və orderdə müvafiq düzəliş edilməyib. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filailının xx.xx.2017-ci il tarixli M-238 saylı məktubunda görünür ki, keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1960-cı ilin 1-11 fevral tarixinə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə X9 barəsində heç bir məlumat aşkar olunmadı. - Azərbaycan Respublikası Bakı şəhri Xətai rayonu İcra Hakimiyyəti Başının Aparatı tərəfindən X3 ünvanlanmış xx.xx.2017-ci il tarixli M-507 saylə məktubun surətindən görünür ki, ərizədə yaşadığı mənzil üzrə Xətai rayon XDS-İK-nin (keçmiş Şaurmyan) Mənzil İdarəsi tərəfindən verilmiş 01671 saylı, 11 fevral 1960-cı il tarixli orderdə olan texniki səhvin düzəldilməsi xahiş edilib. Ərizədə qaldırılan məsələ ilə aidiyyəti üzrə məhkəmə orqablarına müraciət edilməsi tövsiyyə olunub. - Xətai rayon İcraiyyə Komitəsi (keçmiş Şaurmyan) Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli 01671 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, X8 6 nəfər ailə üzvü ilə ümumi sahəsi 53,6 kv.m olan 3 otaqlı Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən otaqlı mənzil verilmişdir. 1. arvadı Nəsirova R.Q -1935; 2. Qızı Mamaedova Z.A – 1955; 3. oğlulları Məmmədov F.A – 1956; 4. ƏrizəçiA – 1957; 5. Qardaşı Məmməov A.M- 1941. - 141 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli 1469 saylı arayışından görünür ki, Ərizəçi Qara Qarayev küçəsi, ev 8, mənzil 10 ünvanında qeydiyyatdadır və yaşayır. 141 saylı MKİS-də olan sənədlərə əsasən əvvəlki Neftepererabotçikov küçəsi 4 indi Q.Qarayev küçəsi 8 adlanır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Naxçıvan MR Ordubad rayonunda anadan olub və o, hazırda ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla, yaşayır. Xətai rayon İcraiyyə Komitəsi (keçmiş Şaurmyan) Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli 01671 saylı orderinə əsasən ərizəçinin atası X8 6 nəfər ailə üzvü ilə ümumi sahəsi 53,6 kv.m olan 3 otaqlı ünvan 6 ünvanında yerləşən mənzil verilib. Sonradan həmin mənzil X6 vəfatı ilə əlaqədar ərizəçinin adına keçib və onunla kirayə müqaviləsinin bağlanması üçün “AZNEFT” İB tərəfindən müfaviq məlumatlar Sosial Xidmətlər Agentliyinə təqdim edilib. Lakin adıçəkilən orderdə X6 ailə üzvü kimi göstərilən ƏrizəçiA, yəni ərizəçinin təvəllüdü 1957-ci il kimi göstərilib (4-cü bənd). Həmin sənəddə Ərizəçi təvəllüldü 1958-ci il əvəzinə 1957-ci il kimi qeyd edilib. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində təqdim olunmuş hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında hüquq sahibinin adında uyğunsuzluq olduğu müəyyən edilib. Bununla əlaqədar ərizəçi əmlakın sənədləşdirməsini apara bilməyib. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olub. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Xətai rayon İcraiyyə Komitəsi (keçmiş Şaurmyan) Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli 01671 saylı orderə əsasən X8 6 nəfər ailə üzvü ilə ümumi sahəsi 53,6 kv.m olan 3 otaqlı ünvan 6 ünvanında yerləşən mənzil verilib. Onun ailə üzvləri sırasında 4-cü bənddə oğlu “ƏrizəçiA – 1957” göstərilib. ünvan 7 ünvanı isə indi Qara Qarayev prospekti 8 adlandırılır. X2 vəfat edib və ərizəçi həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Lakin adıçəkilən orderdə ərizəçinin təvəllüdü “1957” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, X8 6 nəfər ailə üzvü ilə ümumi sahəsi 53,6 kv.m olan 3 otaqlı ünvan 6 ünvanında yerləşən mənzil verilməsi barədə Xətai rayon İcraiyyə Komitəsi (keçmiş Şaurmyan) Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli 01671 saylı orderin (4-ci bəndinin) xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 6 nəfər ailə üzvü ilə ümumi sahəsi 53,6 kv.m olan 3 otaqlı ünvan 6 ünvanında yerləşən mənzil verilməsi barədə Xətai rayon İcraiyyə Komitəsi (keçmiş Şaurmyan) Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli 01671 saylı orderin (4-ci bəndinin) xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1317/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1317/2024
27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver