Məhkəmə qərarları › İş №2(007)-1345/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1345/2024

28.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1345/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC tərəfindən yazılmış 6107 manat məbləğində işiq pulu borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/17 də yerləşən həyət evi onun rəhmətlik X1na məxsus olmuşdur. Həmin həyət evinə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış yoxdur. X1 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Anası vəfat etdikdən sonra da həmin həyət evinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd alınmamışdır. Belə ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/17-də yerləşən həyət evinə dair 6107 manat borc yazılmışdır. Bu borc köhnədən qalmışdır. Artıq smart rejimə keçirilmişdir və köhnədən qalan borc hələ də aktivdir. Məhkəməyə müraciət etməkdə məqsədi "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizamı rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/17 də yerləşən həyət evinə dair yazılmış 6107 manat borcun silinməsi ilə bağlıdır. O, İİ Qarabağ müharibəsi veteranıdır və həmin borcu ödəməyə imkanı çatmır.

İş materialları :

3. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlığından görünür ki, İddiaçı (Abonent kodu:**********40017) həmin tarixə olan borcu 6107.75 manat təşkil etmişdir.

4. 21.02.2021-ci il tarixli 669063 nömrəli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/17 mənzildə “makel” tipli 12778739 nömrəli sayğac çıxarılaraq əvəzinə “MP-106” tipli **********91 nömrəli sayğac yerləşdirilmişdir.

5. "xxxx" ASC-nin abunə haqqında məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/17 mənzili üzrə borc 6575.13 manat təşkil etmişdir.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.

7. İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.

Tətbiq edilən hüquq :

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6.işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.

9. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

10. “Dövlət rüsumu haqqında” Qanun :

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Məhkəmənin mövqeyi :

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.

12. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

13. İşin faktiki hallarından görünür ki, iddiaçı X5 birinci məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə hazırlıq iclası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi, işin hallarının əlavə araşdırılması üçün təxirə salınmışdır. Məhkəmə tərəfindən iddiaçıya növbəti məhkəmə hazırlıq iclasları və məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddia tələbinə münasibət bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir.

Nəticə :

14. Beləliklə, məhkəmə qeyd edir ki, işə iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar