Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1350/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 10000 (on min) manat əsas borc məbləğinin, bank uçot faiz dərəcəsi kimi hesablanmış 740 (yeddi yüz qırx) manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 500 (beş yüz) manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 11271 (on bir min iki yetmiş bir) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 ildən artıq müddətə qonşu olmuşlar. Bu müddət ərzində çox yaxşı münasibətləri olmuş, evlərinə gediş-gəlişi olan şəxs kimi onlarda inam yarada bilmişdir. 2020-ci ilin iyun ayında Cavabdeh ona təcili 10000 (on min) manat pulun lazım olduğunu və qısa zaman ərzində (1-2 aya) qaytaracağını bildirmişdir. Aralarında olan münasibəti nəzərə alaraq o, cavabdehə bu pulu vermək qərarına gəlmişdir. Cavabdehlə aralarında 29 iyun 2020-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “Borc verən” “borc alan”a 10000 (on min) manat məbləğində borc pul verir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti 29.08.2020-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürür. Nəzərə çatdırır ki, qeyd olunan tarixdən bu günədək ona hər hansı ödəniş edilməmişdir. Hər dəfə borcunu tələb etdiyi zaman müxtəlif bəhanələrlə borcunu qaytaracağını bildirmiş, lakin borc öhdəliyini icra etməmişdir. Hər dəfə 1-2 gün vaxt istəmiş və qısa bir zamanda qaytaracağını bildirmiş, lakin o, pulunu tələb etdikdə isə müxtəlif bəhanələrlə öhdəliyinin icrasından yayınmışdır. Cavabdehdən dəfələrlə kredit müqaviləsi üzrə yaranmış borcu tələb etsə də, müxtəlif rəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Müqavilə üzrə yaranmış əsas borc ödənilmədiyi üçün cavabdehin bank faizinin uçot dərəcəsi də tutularaq əldən çıxmış fayda kimi ona ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından çıxarışa əsasən müəyyən olunur ki, 31.01.2020-ci il tarixindən 31.12.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi orta məbləğ olaraq 7,4 % kimi hesablanmışdır. Ona görə də, uçot faiz dərəcəsi olaraq hesablanmış 740 (yeddi yüz qırx) manat (10000 x 7,4%) məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı heç vaxt onunla qonşu olmamış, o, iddiaçını bu pul söhbətinə qədər heç vaxt görməmişdir. O, iddiaçının anası Zərifəni faizə pul verən şəxs olaraq hamı kimi tanımışdır. İddiaçının öz iddia ərizəsində təsvir etdiyi işin faktiki halları barədə bildirmək istəyir ki, bu hallar tamamilə əsassızdır və tamamilə yalandır, işin faktiki hallarını əks etdirmir, iddia ərizəsini oxuyan hər kəsi çaşdırmaq məqsədi daşıyır. O, tam səmimiyyətlə və qətiyyətlə bildirir ki, nə Xalidə adlı şəxsi, nə də ki onun anasi Zərifəni şəxsən tanımamışdır, onlarla heç bir münasibəti olmamış, hec vaxt onların evlərinə gedib-gəlməmişdir. Sadəcə eşitmişdir ki, NZS-də faizə pul verən Zərifə adlı qadın var. Amma onu qətiyyən tanımırmış. X2 ilə təxminən eyni vaxtda ailələrində pula ciddi ehtiyac olduğu üçün o da bacısına demişdir ki, onun faizə pul götürdüyün yerdən, yəni Zərifə arvaddan faizə pul götürmək istəyir. Beləliklə, onlar getmişlər Zərifə arvadgilə, orada Zərifə arvad qızına zəng vurmuş ki, faizə 10000 (on min) manat pul istəyən adam var. 3 gündən sonra 29.06.2020-ci ildə Zərifə arvadın heç vaxt ömründə üzünü görmədiyi qızı Xalidə ilə görüşüb onunla birlikdə Nərimanovdakı Notariusa getmişlər və orada Nuridə ona bərk-bərk tapşırmışdır ki, ona faizə pul verməyi barədə bir kəlmə belə danışmasın. Bundan sonra keçib notariusda lazımi prosedurları keçmişlər, beləliklə Xalidə faizlə ona 10000 manat pul kreditə pul vermişdir. Amma bu faizlə kreditə ona pul verməni notariusda kredit müqaviləsi adi altında pərdələmiş, uydurma yalan müqavilə bağlamışdır. Onlar notariusdan qayıdandan sonra qəflətən Xalidə ona demişdir ki, o, aylıq faizi gecikdir, iddiaçı ondan hər gecikdirilmiş gün üçün faizinin faizini alacaqdır. Qayıdandan sonra hətta Xalidənin anası Zərifə arvad ona demişdir ki, onun işini həll etdiyinə görə ona min manat pul verməlidir. O, isə buna etiraz edib xeyli danışıqdan sonra 300 (üç yüz) manat Zərifə arvada verməklə razılaşmışıar və O, Xalidədən götürdüyü 10000 manatdan 300 manatını Zərifə arvada vermişdir. 29.06.2020-ci ildə Xalidədən götürdüyü 10000 manat pulun 3000 (üç min) manat faizini sonra isə hətta 12 gün həmin faizi gecikdirdiyinə görə faizin faizi olaraq hər günə 90 (doxsan) manat pul hesablayıb 12 gün üçün 1080 (mni səksən) manat pul almışdır. Sonra 2-ci ay üçün yəni avqust ayı üçün Xalidə verdiyi 10000 manatın 3000 manat faizin almışdır. Üstəlik yenədə avqust ayı üçün faizin ödənilməsini 13 gün gecikdirdiyinə görə ondan faizin faizi olaraq 1170 manat pul almışdır. Sentyabr və Oktyabr aylarının 3000 manat faizini vaxtında ödəmişdir. Bundan sonra artıq növbəti aylarda artıq aylıq faizləri ödəyə bilməmişdir. Halbuki, Xalidənin 29 iyun 2020-ci ildə ona verdiyi 10000 manatın yerinə təkcə faizlər və faizlərin faizini ödəməklə ona 14000 (on dörd) manatdan yuxarı pul ödəmişdir. Bundan sonra Xalidə və anası Zərifə dəfələrlə gəlib onu evində söyüb təhqir edir, ona, ailəsinə hədə-qorxu gəlir, ailələrini bütün qohum-qonşunun yanında biabır edirmişlər. Bu ana-bala bəlkə də ona verdikləri əsas borcdan bir necə dəfə artıq həmin kredit məbləğini fazləri və fazilərinin faizləri hesabına çoxdan çıxartmışlar. Faizlə faizin faizini almaqla pul qazanmaq bu adamların uzun illərdir iş fəaliyyətimim əsas gəlir mənbəyidir. Lakin əllərindəki pulun hesabına özlərini hamıya ən təmiz mələk kimi göstərməyi çox ustalıqla bacarırlar. Demək bank fəaliyyətinə kreditin verilməsi də daxildir. Qanuncericiliyə əsasən, borc vermək mümkündür. Bu həm əşya formasında, həm də pul formasında ola bilər. Əgər borc pul formasında olarsa, bu artıq kredit sayılır. Amma bir məsələ var ki, pulun borc verilməsi peşəkar fəaliyyət olarsa, yəni sahibkarlıq fəaliyyəti kimi formalaşarsa, onda əlavə qaydalara riayət etmək lazımdır. Belə ki, hər hansı bir şəxs sahibkarlıq fəaliyyəti kimi pul borc verməklə faiz yolu ilə gəlir götürməklə məşğul olarsa, onda artıq bu lisenziyalı fəaliyyət sayılır. Bu fəaliyyət üçün mütləq lisenziya lazımdır. Amma bir əməliyyat çərçivəsində verilən borc pula görə lisenziya tələb olunmur. Yəni, bu bank fəaliyyətinə aid deyil. Qeyd edilənlərə əsasən, iddiaçının əsassız və qanunsuz, yalan, uydurma üzərində qurulmuş iddiasını rədd edərək iddiaçı ilə 29 iyun 2020-ci ildə bağladıqları kredit müqaviləsi üzrə 10000 (on min) manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərə bildirdi ki, tərəflər arasında kredit müqaviləsi 29.06.2020-ci il tarixdə bağlanmış və kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 30 faizlə 10000 manat məbləğində kredit götürmüşdür. Hal-hazırda cavabdeh 10000 manat ödəməyə etiraz etmir. 2020-ci ilin sentyabr ayından ödəniş olmamışdır. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı və Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin pulu 29.08.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək 10000 (on min) manat məbləğində əsas borcu 3 gün müddətində ödənilməsi xahiş edilmişdir, əks halda əsas borcun və faizlərin, əldən çıxmış faydanın, bank uçot dərəcəsinin və dəbbə pulunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar olunmuşdur. - 26.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 29.08.2020ci il tarixinədək ödəmək şərti 10000 (on min) manat məbləğində borc pul verilmişdir. Cavabdeh arasında müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsaəsən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 10000 manat məbləğində pulu İddiaçı 29.08.2020-ci il tarixinədək ödəmək şərti borca almışdır. Göründüyü kimi, cavabdeh götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında ödəməmişdir. Həmçinin cavabdeh tərəf kredit müqaviləsi üzrə borc kimi götürülmüş 10000 manat məbləğində pulun iddiaçıya ödənilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Məhkəmə iddia tələbinin “bank uçot faiz dərəcəsi kimi hesablanmış 740 (yeddi yüz qırx) manat məbləğində pulun və öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 500 (beş yüz) manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. MM-in: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli Qanunun: 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 7-ci maddəsində sahibkarın vəzifəsi kimi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi icazə (lisenziya) alması nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 fəaliyyəti ilə məşğul olmur, çünki iddiaçının sahibkarlıq faəliyyəti ilə məşğul ola bilməsi üçün ilk öncə tərəfindən qanunla müəyyən edilmiş qaydada xüsusi icazə alınması tələb olunur ki, iş materiallarında belə bir sənəd aşkar ediməmişdir. Həmçinin iddiaçı tərəf qeyd edilən halı təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının cavabdehdən əldən çıxmış fayda kimi pulun və gecikdirilmiş vaxt üçün yaranım faiz borcunun tələb etməsi üçün onun cavabdehə pul verərkən gəlir götürmək məqsədi olmalı, lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması və gəlir götümək məqsədi ilə borca pul verilməsi üçün mütləq xüsusi lisenziyasının olması, sahibkar kimi tanınması və faəliyyət göstərməsi tələb olunur ki, hazırkı halda belə bir lizenziya mövcud deyil. Həmçinin tərəfləri arasında bağlanmış 29 iyun 2020-ci il tarixli kredit müqaviləsindən də görünür ki, müqavilənin əsasını iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində borc pulun verilməsi təşkil edir və müqavilədə iddiaçının gecikdirilmiş günlər üzrə faiz alması, hər hansı bir mənfəət əldə etməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “bank uçot faiz dərəcəsi kimi hesablanmış 740 (yeddi yüz qırx) manat məbləğində pulun və öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 500 (beş yüz) manat məbləğində pulun tutulması” hissəsində əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3,30 manatı iddiaçıya, 26,70 manatı isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 manat məbləğində pul və ödənilmiş 26,70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3,30 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1350/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1350/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver