Məhkəmə qərarları › İş №2(007)-1362/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1362/2025

04.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1362/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1947-ci ildə Lerik rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1947-ci ildə Lerik rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. X1 “dəqiqləşdirilməmiş dimensiya” xəstəliyindən əziyyət çəkir və ona birinci dərəcəli əlillik verilmişdir. X1 həmi fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Anası özü-özünü müstəqil idarə etmək iqtidarıda malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Ona görə, hesab edirəm ki. xx.xx.1947-ci ildə Lerik rayonunda anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olan X1 birinci dərəcəli əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Belə olan halda, məhkəmə işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.1. məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1. iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi :

6. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

7. Belə ki, Ərizəçi xx.xx.1947-ci ildə Lerik rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1362/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və qərardad icra edilməsi üçün mülki iş materialları ilə birliklə xx.xx.2025-ci il tarixdə Məhkəmə-X3 göndərilmişdir.

9. Məhkəmə-X5 tərəfindən daxil olmuş vəsatətin təmin edilməsi zamanı mülki iş üzrə maraqlı şəxs olan və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən xx.xx.1947-ci tarixdə Lerik rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi müəyyən olunmuşdur.

10. Məhkəmə qeyd edir ki, hazırki işə mahiyyəti üzrə baxılaraq qiymət verilməsi üçün müvafiq ekspert rəyi zəruri olduğundan və maraqlı şəxs vəfat etdiyi üçün müvafiq ekspert rəyinin verilməsi mümkün olmadığından hazırki işə məhkəmədə baxıla bilməz.

Nəticə :

11. Beləliklə məhkəmə qeyd edir ki, ərizəçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi X4 öldüyü üçün və ölmüş şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəyə məhkəmədə baxılmalı olmadığından hazırki mülki iş üzrə icraata xitam verilməlidir.

12. Ərizəçiyə izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar