Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1408/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati Xəta Protokollarına əsasən, İddiaçı MMC tərəfindən ödənilmiş 657 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı MMC-nin yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 12 sentyabr 2017-ci il tarixli AL-1117 saylı “Daxili Lizinq” müqaviləsi əsasında tərəflər arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli AL-1117(1) saylı “Öhdəliklərin Ötürülməsi” müqaviləsi üzrə İddiaçı MMC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA598148 ban nömrəli, qara rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır, bununla əlaqədar olaraq İddiaçı MMC 18 oktyabr 2019-cu il tarixində lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin ödənilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə Nizami rayon məhkəməsi tərəfindən baxılaraq 16 yanvar 2020-ci il tarixli 2 (007)-385/2020 saylı Qətnaməsində iddia təmin olunmuşdur. 16 yanvar 2020-ci il tarixli 2(007)-385/2020 saylı Qətnamədə İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli AL-1117 saylı “Daxili lizinq müqaviləsi"-nin ləğv edilməsi, Lizinq obyektinə 600 manat dəyərində dəymiş zərər və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1888.35 (min səkkiz yüz səksən səkkiz) manat 35 (otuz beş) qəpik tutulması Nizami rayon məhkəməsi tərəfindən qət etmişdir. “Daxili lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh1 və sürücü Cavabdeh2 AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdirlər. Bu faktı AR X4 portalından alınmış çıxarış təsdiq edir. AR X4 portalında 11 yanvar 2019-cu il tarixli protokol nömrəsi BNA/0215802 inzibati xəta ilə əlaqədar 18 manat, 18 yanvar 2019-cu il tarixli protokol nömrəsi EQ/1917359 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 5 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 27 yanvar 2019-cu il tarixli protokol nömrəsi BNA/0215801 inzibati xəta ilə əlaqədar 18 manat, 13 fevral 2019-cu il tarixli protokol nömrəsi EQ/1480262 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 5 manat endirim olmaqla cəmi 45 manat sürücü lizinq alan Cavabdeh1 adına qeyd olunmuşdur və 07 iyul 2019-cu il tarixi protokol nömrəsi MMX/7379335 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 03 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 07 iyul 2019-cu il tarixli protokol nömrəsi MMX/7377962 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 05 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7 607629 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 05 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7613349 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 22 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7764190 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 22 avqust 2013-cu il tarixli protokol nömrəsi MMX/7764191 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 24 avqust 2019cu il taridi protokol nömrəsi MMX/7784881 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 26 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7797005 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 16 sentyabr 2019-cu il tarixli protokol nömrəsi MMX/7962686 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 30 sentyabr 2019-cu il tarixli protokol nömrəsi MMX/7962686 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 14 oktyabr 2019-cu il tarixli protokol nömrəsi EQ/657327 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat sürücü Cavabdeh2 adına qeyd olunmuşdur. Mülki qanunvericiliyə əsasən İddiaçı MMC yazılmış X2 əsasən ümumilikdə 657 manat məbləğində cəriməni ödəmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh1 arsında bağlanmış 12 sentyabr 2017-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA598148 ban nömrəli, qara rəngli avtomobil X1 müvvəqəti sahiblik və istifadəsinə verilmişdir. - 20 oktyabr 2017-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə X1 bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. - 20 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh1 “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avomobili təhvil almışdır. - Mülki işə əlavə olunmuş inzibati xəta haqqında protokolların surətindən görünür ki, 07 iyul 2019-cu il tarixi protokol nömrəsi MMX/7379335 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 03 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 07 iyul 2019-cu il tarixli protokol nömrəsi MMX/7377962 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 05 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7 607629 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 05 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7613349 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 22 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7764190 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 22 avqust 2013-cu il tarixli protokol nömrəsi MMX/7764191 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 24 avqust 2019-cu il taridi protokol nömrəsi MMX/7784881 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 26 avqust 2019-cu il tarixli protokol nömrəsi MMX/7797005 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 16 sentyabr 2019-cu il tarixli protokol nömrəsi MMX/7962686 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 30 sentyabr 2019-cu il tarixli protokol nömrəsi MMX/7962686 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 14 oktyabr 2019-cu il tarixli protokol nömrəsi EQ/657327 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat sürücü Cavabdeh2 adına qeyd olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən İddiaçı MMC-yə göndərilmiş məktubdan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan «Daevoo Gentrə» markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 03.11.2020-ci il tarixdə MMX/8091829, MMX/7764191, MMX/7764190, MMX/7714881, MMX/7377962, MMX/7379335, MMX/7613349, MMX/7962686, MMX/7607629, MMX/7797005, EQ/657327, EQ/1917359, EQ/1480262 nömrəli inzibati xəta haqqında elektron protokollar üzrə cərimələr ödənilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-385 nömrəli, 16 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddanın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 911.78 manat əsas, 316.57 manat mükafat borcu, əsas borca hesanlanmış 30 manat dəbbə pulu və müqavilə predmeti olan avtomobildə aparılmalı təmir işləri üçün hesablanmış 600 manat pul, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - iş materiallarına əlavə olunmuş 03 noyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 adına olan 161 manat, Cavabdeh2 adına olan 496 manat inzibati cərimə üzrə ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arsında bağlanmış 12 sentyabr 2017-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA598148 ban nömrəli, qara rəngli avtomobil X1 müvvəqəti sahiblik və istifadəsinə verilmişdir. 20 oktyabr 2017-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, İddiaçı MMC ilə X3 arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə X1 bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 20 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh1 “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Həmin avtomobillə törədilən inzibati xətalar nəticəsində cavabdehlər inzibati qaydada cərimələnmişlər. Hazırda İddiaçı MMC maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı MMC tələb etdiyi məbləği Cavabdeh1 və Cavabdeh2 muştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin iş materiallarında olan, 03 noyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 adına olan 161 manat, Cavabdeh2 adına olan 496 manat inzibati cərimə üzrə ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-yə vurulmuş maddi ziyan cavabdehlərdən müştərək qaydada tutulmamalı, hər birindən ayrı- ayrılıqda MMC-yə vurduğu maddi zərər həcmində məbləğ tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 161 manat və 15.20 manat dövlət rüsumunun əvəzi, Cavabdeh2 496 manat və 15.20 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 161 manat və 15.20 manat dövlət rüsumunun əvəzi, Cavabdeh2 496 manat və 15.20 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1408/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1408/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver