Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1420/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Qocayeva (Trişkina) Qalı̇ na Anatolyevnanın cavabdeh Bakı Şəhəri 15 Saylı Notariat ofisinin notariusu Afiq Məmmədova qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qocayeva (Trişkina) Qalı̇ na Anatolyevna cavabdeh Bakı Şəhəri 15 Saylı Notariat ofisinin notariusu Afiq Məmmədova qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması və mərhum X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 16 saylı mənzilin 1/3 hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı Qocayeva (Trişkina) Qalı̇ na Anatolyevnanın vəkili və nümayəndəsi Vəkil 12 may 2022-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan ərizə təmin edilməli, İddiaçı Qocayeva (Trişkina) Qalı̇ na Anatolyevnanın cavabdeh Bakı Şəhəri 15 Saylı Notariat ofisinin notariusu Afiq Məmmədova qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır. İş materiallarına əlavə olunuş ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. ("xxxx" ASC, VÖEN: **********, pin kodu: **********233121 tarix: 15.03.2022, saat: 14:44) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarıldığından, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Qocayeva (Trişkina) Qalı̇ na Anatolyevnanın cavabdeh Bakı Şəhəri 15 Saylı Notariat ofisinin notariusu Afiq Məmmədova qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməklə uzadılması və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, pin kodu: **********233121 tarix: 15.03.2022, saat: 14:44) iddiaçıya büdcədən geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1420/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1420/2022
23.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver