Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1423/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış 20 noyabr 2019-cu il tarixli BAKU1-25209-2237 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditor "xxxx" BOKT MMC-nin xeyrinə 1505,84 manat əsas borcu, 8,06 manat faiz borcu olmaqla cəmi 1513,90 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə Cavabdeh arasında 20 noyabr 2019-cu il tarixli BAKU1- 25209-2237 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1507,87 manat məbləğində güzəştli kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 2 manat növbəti 48 ay ərzində isə hər ay 32,10 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikindən nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qayda da müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə 01 fevral 2021-ci il tarixi üçün Cavabdeh 20 noyabr 2019-cu il tarixli BAKU1-25209-2237 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 1505,84 manat əsas borcu, 8,06 manat faiz borcu olmaqla cəmi 1513,90 manat borcu mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 20 noyabr 2019-cu il tarixli BAKU1-25209-2237 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1507,87 manat məbləğini ödəməsi məqsədilə 1507,87 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit illik 1 % olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilmişdir. - “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin 20.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin 20.12.2019-cu il tarixdən başlayıb 20.11.2024-cü il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. - “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin 01.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.02.2021-ci il tarixinə “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə 1513,90 AZN borcu vardır. - “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin 24.11.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 01.02.2021-ci il tarixdə 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə Cavabdeh arasında 20.11.2019-cu il tarixdə Kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən cavabdehə vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədilə illik 1 % olmaqla 5 il müddətinə 1507,87 manat məbləğində güzəştli kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 20.11.2019-cu il tarixli BAKU1-25209-2237 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və o, öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti oğlu arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli BAKU1-25209-2237 saylı kredit (restrukturuzasiya) müqaviləsi ləğv edilməli, Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə 1505,84 manat əsas borc, 8,06 manat faiz borcu olmaqla, cəmi 1513,90 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti oğlu arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli BAKU1-25209-2237 saylı kredit (restrukturuzasiya) müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə 1505,84 manat əsas borc, 8,06 manat faiz borcu olmaqla, cəmi 1513,90 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1423/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1423/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver