Məhkəmə qərarları › İş №2(007)-1431/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1431/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1431/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iddia icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onunla bağlanılmış 09.03.2019-cu il və 23.04.2019-cu il tarixli müqavilələr üzrə cavabdehdən onun xeyrinə 2910,00 manat ödənilməmiş hissə, 528,00 manat cərimə, ümumilikdə 3438 (üç min dörd yüz otuz səkkiz) manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu, cəmi 3468 (üç min dörd yüz altmış səkkiz) manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 09.03.2019-cu-ci il və 23.04.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********54185 Samsung Galaxy S9 DUAL markalı telefon və İMEİ kodu **********77480 iPhone X markalı telefon almış və nəticədə 3438 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2052,00 manat (18 ay x 114 manat + 0,00 manat ilkin ödəniş) olan Samsung Galaxy S9 üçün 798,00 manat olmaqla ödənilməmiş hissə, bundan əlavə alqı-satqı qiyməti 2412,00 manat (12 ay x 176 manat + 300,00 manat ilkin ödəniş) olan iPhone X markalı telefon üçün ondan 2112,00 manat ödənilməmiş hissə, 528,00 manat cərimə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1554 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24.02.2020-ci il tarixli Cavabdeh aid iddiaçı tərəfindən təqdim olunmuş Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, cavabdehin 09.03.2019-cu-ci il və 23.04.2019-cu il tarixli müqavilələr üzrə cəmi 3438,00 manat ödənilməmiş borcu vardır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.03.2019-cu il tarixli 00553780 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 2052,00 manat məbləğində Samsung Galaxy S9 DUAL markalı telefon əldə etmiş və həmin məbləği aylıq 114,00 manat olmaqla 18 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.04.2019-cu-ci il tarixli 00627112 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 300,00 manat ilkin ödənişlə 2412 manat məbləğində iPhone X markalı telefon əldə etmiş və həmin məbləği aylıq 176,00 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 09.03.2019-cu il və 23.04.2019-cu il tarixli bildirişlərdən görünür ki, həmin tarixlərdə bağlanılmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, İddiaçı “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00553780 nömrəli və 00627112 nömrəli müqaviləyə əsasən Samsung Galaxy S9 DUAL markalı və iPhone X markalı telefonları tam qüsursuz halda təhvil almışdır. - "xxxx" MMC-nin 10.09.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh qısa müddət ərzində borcunu ödəmədiyi təqdirdə barəsində aidiyyatı üzrə məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 25.02.2020-ci il tarixdə 30,0 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 09.03.2019-cu il və 23.04.2019-cu il tarixli müqavilələr bağlanmışdır. 09.03.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 2052 manat məbləğində Samsung Galaxy S9 DUAL markalı telefonu ilkin ödənişsiz, aylıq ödənişi 114 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə və 23.04.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 2412 manat məbləğində iPhone X markalı telefonu 300,00 manat ilkin ödənişlə, aylıq ödənişi 176,00 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı bank tərəfindən tələb olunan cərimə (dəbbə pulu), əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.03.2019-cu il tarixli müqavilə üzrə 798 manat, 23.04.2019-cu il tarixli müqavilə üzrə 2112 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu olmaqla, ümumilikdə 3.110,00 manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.03.2019-cu il tarixli müqavilə üzrə 798 manat, 23.04.2019-cu il tarixli müqavilə üzrə 2112 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu olmaqla, ümumilikdə 3.110,00 manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC- TELECOM" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar