Məhkəmə qərarları › İş №2(007)-1454/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1454/2021

27.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1454/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi övladı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ilə əlaqədar hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qızı X7 22 may 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qızı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Psixoloji dispanserində müalicə alıb və qeydiyyatdadır. 2 saylı Psixoloji dispanserdə psixonevroloji kabinetində "Ağır kəmağıllıq kəskin ifadə olunmuş imbesillik dərəcəsində, kobud nitq və davranış pozuntuları ilə, kobud nitq və davranışla yanaşı Mitral qapaq protezlənməsi" diaqnozu ilə qeydiyatdadır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən 1-ci qrup əlildir və onun daima kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı var. Bu səbəbdən qızının qəyyumluğa götürülməsi zərurəti yaranmışdır və onun qəyyumluğa götürülməyinə ailə üzvlərinin etirazı yoxdur. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, texniki səhv olaraq qızı X6 22 may 1993-cü il tarixdə Bakı şəhərində anadan olması qeyd olunmuşdur. X4 22 may 1993-cü il tarixdə “Bakı şəhərində” yox “Siyəzən rayonuda” anadan olması kimi oxunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyasının nümayəndəsi X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan şıxarışdan görünür ki, 22.05.1993-cü il təvəllüdlü X7 ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı vardır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə Dəvəçi rayonunda anadan olan Ərizəçi Bakı şəhəri, Nizami rayonu, Babək pr., 79 saylı evin 74/75 saylı mənzilində yaşayır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22.05.1993-cü il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 21.06.2021-ci il tarixli 1323 saylı ekspert rəyindən görünür ki, X5 AGİR ƏQLİ GERİLİK (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - doğuş travması ilə anadan olması, erkən yaşlarından kobud nevroloji əlamətlərin qeyd olunması, uşaqlıqdan qıcolma tutmalarının müşayət olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, X2 müalicə olunması, dəfələrlə 2 saylı X1 stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-bələdliyinin pozulması, ona ünvanlanan sualları başa düşməməsi, məhdud sayda söz bilməsi, təfəkkürünün primitivliyi, davranışının qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 22 may 1993-cü il tarixdə Bakı şəhərində anadan olan X4 psixi vəziyyəti necədir? Cavab: X5 ağır əqli gerilik aşkar olunur. 2-ci sual: X7 öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X7 öz hərəkətərini dərk etmək və idarə etmək qabiliyyətinə malik deyil. 3-cü sual: Onun fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar mövcuddurmu? Cavab: X4 psixi vəziyyətinə görə onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara və ekspert rəyinə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22 may 1993-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79, 74/75 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməli, hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 22 may 1993-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79, 74/75 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar