Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1460/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhər İcrayə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsinin 218 saylı BTK nəznində olan 0,12 hektar torpaq sahəsində olan 555 B nömrəli bağın ayrılamsı barədə 13 saylı orderdə X6 olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, X2 anası isə X1r. X2 13 07 2002-ci il tarixdə vəfat etmişdir. X4 Bakı şəhər İcrayə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və istısmarı birliyinin Pirşağı bağlar sahəsinin 218 saylı BTK nəznində olan 0,12 hektar torpaq sahəsində olan 555 B nömrəli bağ ayrılmışdır. Həmin bağın ayrılması barədə orderdə atasının adı səhvən "Qasım" kimi yazılmışdır, halbuki atasının adı Həsəndir. Bütün sənədlərdə atasının adı Həsən kimi göstərilib. Yalnız həmin bağ sahəsinin ayrılması barədə sənəddə "Qasım" kimi göstərilmişdir.
İş materialları :
3. İş materiallarına əlavə edilmiş13 nömrəli orderin surətindən görünür ki, X5 Bakı şəhər İcrayə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsinin 218 saylı BTK nəzdində olan 0,12 hektar torpaq sahəsi olan 555 B nömrəli bağ ayrılmışdır.
4. 081658 nömrəli “evlənmək haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X3 ilə X6 arasında Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.1953-cü il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 260 nömrə ilə qeyd edilmişdir, ərə Şahverənov arvada Şahverənova soyadı verilmişdir.
5. ******* saylı hərbi biletdən görünür ki, X6 1926-cı ildə anadan olmuş, Az.SSR hərbi komissarlığında 1964-cü ildə qeydiyyatda keçmişdir.
6. XV ЖГ № 465756 saylı “doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki X7 xx.xx.1958-ci ildə Bakı şəhərindən doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 1927 nömrə ilə qeyd edilmişdir, X2, anası X1r.
7. SSSR-in Qaz Sənayesi Nazirliyi tərəfindən verilmiş 1267 saylı xx.xx.1990-cı il tarixli “xidməti vəsiqə”-dən görünür ki, X6 bağban vəzifəsində çalışmışdır.
Tətbiq edilən hüquq :
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 307.2.5. məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi edilməsinə dair işlərə baxır.
308. məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;
9. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı : 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6. məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
10. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
11. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
12. Məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikasının hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməzdən öncə ərizədə qeyd edilən məsələ ilə bağlı maraqlı şəxsin imtina etməsinə dair və ya həmin hüquqi faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməməsinə dair sübutlar təqdim etməmişdir.
13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
14. Göründüyü kimi, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı ərizələr üzrə bir qayda olaraq imtina alındıqdan sonra xüsusi icraat qaydasında məhkəməyə müraciət olunur.
Nəticə :
15. Beləliklə, iş materialları əsasında müəyyən olunur ki, ərizəçi məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydasına riayət etməsinə dair ərizəsinə sübutlar əlavə etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiya qaytarılmalı, eyni zamanda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiya izah edilməlidir.
16. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 114-cü maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“ExpressPay” VÖEN: **********, Tranzaksiya: 2222785; qəbz nömrəsi: **********; Rüsum nömrəsi : 14221303; tarix: xx.xx.2024, saat: 16:21) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun.. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“ExpressPay” VÖEN: **********, Tranzaksiya: 2222785; qəbz nömrəsi: **********; Rüsum nömrəsi : 14221303; tarix: xx.xx.2024, saat: 16:21) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva