Məhkəmə qərarları › İş №2(007)-1470/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1470/2022

23.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1470/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əssasız hesablanmış borcdan tutulmuş vəsaitin qaytarılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əssasız olaraq borc kimi yazılmış məbləğin silinməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilə (abonent kodu **********0250) əsassız olaraq borc kimi yazılmış 432 (dörd yüz otuz iki) manat borcdan tutulmuş 82 (səksən iki) manat vəsaitin geri qaytarılması və qətnamə qanuni qüvvəyə minənədək tərəfindən edilən ödənişlərin əsassız hesablanmış borc məbləğinə silinməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2i rayonu, Naxiçivanski küçəsi, 54 A saylı binada yerləşən 25 N-li mənzil faktiki olaraq onun istifadəsindədədir. Tərəfindən mütamadi olaraq smart kart vasitəsi ilə sayğaca pul vəsaiti yüklənilir və həmin ünvan (abonent kodu 1**********0250) cavabdeh X1 tərəfindən qazla təmin olunur. Noyabr ayın əvvələri onun tərəfindən “Azəriqaz” İB-nin Çağrı Mərkəzi ilə (104) əlaqə saxlanılmışdır və operatora sayğacın ekranının işləməməsi bildirilmişdir. 10 noyabr 2021-ci il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğaca baxış zamanı ekranın xarab olmasını və onun dəyişdirilməli olduğunu bildirilmişdirlər. Nəticədə, sayğac dəyişdirilmişdir. Ona bildirilmişdir ki, yeni kart götürməlidir və həmin karta ödəniş edib sayğaca tanıdandan sonra qaz bərpa olunacaq. Onun tərəfindən Asan Kommunalda ödəniş etdikdən sonra ona yeni smart kart verilmiş və qazın verilişi bərpa olunmuşdur. Qeyd edir ki, sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Yeni sayğacın quraşdırıldığı tarixdən etibarən smart kartı sayğaca oxutdurulan zaman məlum olmuşdur ki, vəsaitin 50% orada əks olunmur. Bununla əlaqədar onun tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciət edilmişdir. Araşdırma zamanı və müvafiq sənədlər toplanan zaman məlum olmuşdur ki, 22 dekabr 2021-ci il tarixində onun iştirakı və xəbəri olmadan 10 noyabr 2021-ci il tarixində götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib edlimişdir. Aktda qeyd olunub ki, sayğaca müdaxilə olunduğu üçün qaz itkisi baş verib və buna görədə mənə borc yazılmışdır . Nəticədə, smart karta yüklənən pul vəsaitinin 50% borca silinir. Qaz İdarəsindən ona bildirdilər ki, borc 462 (dörd yüz altmış iki) manat təşkil etmişdir. Qeyd edir ki, o, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, bunula bağlı heç kim yaşadığı ünvana gəlməmişdir və o, heç yerə dəvət olunmamışdır. Belə ki, 462 (dörd yüz altmış iki) manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən xx.xx.2021 -ci il tarixli və ******* nömrəli təhvil-təslim aktı tərtib edilmişdir və sayğaca müdaxilə olunması aşkar edilməmişdir. Sayğaca müdaxilə olunması sonradan “Azeriqaz” İB-nin Metroloqiya Departamenrinin əməkdaşları tərəfindən müəyyən edilərək akt tərtib olunmuşdur (N MSK- 29/1710-04754-1) və həmin akt əsasında ziyan hesablanmışdır. Əlavə olaraq bildirir ki, əsassız hesablanmış 432 (dörd yüz oyuz iki) manat cərimə məbləğindən 82 (səksən iki) manat tutulmuşdur və ehtimal var ki, gələcəkdə edəcəyi ödənişlər də borca silinəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, 11 il bundan öncə onların mənzilinə sayğac qoyub plomb vurmuşlar. O, 2021-ci ilin dekabr ayında görmüşdür ki, sayğacın monitoru işləmir. O, müraciət etdikdən sonra qazdan əməkdaşlar gəlib özləri sayğacın plombunu sındırıb və sayğacı dəyişdirmişlər. Həmin vaxt akt tərtib etmiş, onun köhnə sayğacında 9 manata yaxın qalmış qalıq borcunu təzə karta köçürmüşdürlər. Sonra o, 20-30 manat karta pul vurduqdan sonra görmüşdür ki, qaz tez qurtarır. O, bir göz qaz işlədir, qaz kartına ödənişi editdikdə çıxırlar, 30 manat ödəniş edir 15 manatını cəriməyə çıxırlar. Əgər onun borcu var idisə, qaz idarəsi ona bir bildiriş göndərərdi. Onun plomblu sayğacı deşməyə gücü çatmaz, sayğaca heç bir müdaxilə etməmişdir. Bu sayğac 11 ildir qoyulmuş heç kəs bu 11 il müddətində gəlib o sayğaca baxmamışdır. Sayğacın plombunu qazın əməkdaşları sındırmışlar, yeni sayğaçı qoyanda 2 nəfər qazın əməkdaşı sayğacı qoymuş, digər iki nəfər plombu qoyub çıxıb getmişlər. Sayğac onun mənzilində öz eyvanda yerləşir, 2005-ci ildən o, həmin mənzildə yaşayır. Bundan başqa o, çox vaxt xüsusən yayda 3 ay müddətinə evdə olmur, oğlu qonşuluqda yaşayır, gah onlarda gah qızıgildə yaşayır, yayda da Qəbələdə yerləşən evlərinə gedir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmənin əvvəlki iclasında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların əməkdaşları sayğacı çıxardıqdan sonra bir qayda olaraq laboratoriyaya göndərilir. Orada olan aktda qeyd edilib ki, sayğacın ekranı işləmir, onlar orada yazmamışdır ki, müdaxilə olunub. Laboratoriya rəy verib ki, sayğacda dəlik var. Onlar 2011-ci ildə sayğacı quraşdıranda sayğacı işlək vəziyyətdə vermişdirlər. İddiaçı iddia ərizəsində 462 manatın silinməsini istəyir, amma akt əsasında iddiaçıya 432 manat yazılmış və faktiki bu günə olan borc isə 352 manat təşkil edir, iddia ərizəsində şişirdilmiş məbləğdir. Onlar fevral ayından abonentdən 80 manat pul tutmuşdurlar. İddiaçının 462 manat borcu yoxdur, ordakı məbləğ başqadır. Smart kart sayğacı quraşdırılmasının mahiyyəti ondan ibarətdir ki, qaza nəzarət edən əməkdaşlar abonentləri narahat etməsinlər və abonen karta pulu vuraraq istifadə etsin, qurtaranda yenidən vursun. Laboratoriyanın rəyindən iddiaçı narazıdırsa o, bir söz deyə bilməz, çünki o sahədə peşakar deyildir, laboratoriya rəy verib ki, sayğacda deşik var. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azəriqaz” İB tərəfindən hazırlanmış “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzildə yerləşən G4 markalı İtran tipli 1102AQ**********6 nömrəli sayğac ekranının işlək vəziyyətdə olmaması səbəbindən G4 markalı Zenner Smart tipli STS**********789 nömrəli sayğacla əvəz olunmuşdur. - “Azəriqaz” İB tərəfindən hazırlanmış “Qaz sayğacının yoxlanılması” barədə xx.xx.2021-ci il tarixli, 29/1710-04754-1 saylı aktın surətindən görünür ki, G4 markalı İtran tipli qaz sayğaclarının yoxlanılması zamanı ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzil ünvanında yerləşən 1102AQ**********6 nömrəli sayğacın klapanının işlək vəziyyətdə olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş və müdaxilə nəticəsində qaz itkisinin olduğu nəticəsinə gəlmişlər. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzildə yerləşən sayğacın klapanın işlək vəziyyətdə olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. - xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı tərəfindən ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzildə yerləşən Zenner Smart tipli sayğaca olan ödənişlər cədvəlindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə isə 40 manat ödəniş etmişdir. - xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı tərəfindən ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzildə yerləşən Zenner Smart tipli sayğacda borca görə tutmalar cədvəlindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə 40 manat ödəniş etmiş, 20 manat məbləğində isə borc məbləği qalmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzildə əvvəllər mexaniki sayğac olmuş, “Azəriqaz” İB mexaniki sayğacı smart kart ilə əvəz etmişlər. ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzil ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı Akt tərtib edilmiş, həmin Aktda sayğacın klapanın işlək vəziyyətdə olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı aşkar olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. “Azəriqaz” İB tərəfindən aparılmış G4 markalı İtran tipli qaz sayğaclarının yoxlanılması zamanı ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzil ünvanında yerləşən 1102AQ**********6 nömrəli sayğacın klapanının işlək vəziyyətdə olmadığı, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş və müdaxilə nəticəsində qaz itkisinin olduğu, borcun 50%-nin bu səbəbdən silindiyi nəticəsinə gəlmişlər. Nəticədə abonentin 432 manat məbləğində qaz borcunu olduğu müəyyən edilmişdir. Abonentin sayğacı qeyd olunan mənzilin eyvanında yerləşir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanunun: 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. 21.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə qeyd edir ki, İddiaçı yaşadığı ünvan 2i rayonu, Naxiçivanski küç 54 A, 25 nömrəli mənzilində yerləşən sayğaca baxış keçirilərkən və akt yazılanda sayğac mənzilin eyvanında yerləşdiyi üçün sayğaca kənar şəxslərin müdaxiləsi mümkün olmadığından, iddiaçı qaz sayğacına kənar şəxslərin müdaxiləsinin olduğunu sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilə (abonent kodu **********0250) əsassız olaraq borc kimi yazılmış 432 (dörd yüz otuz iki) manat borcdan tutulmuş 82 (səksən iki) manat vəsaitin geri qaytarılması və qətnamə qanuni qüvvəyə minənədək tərəfindən edilən ödənişlərin əsassız hesablanmış borc məbləğinə silinməməsi” tələbinə dair iddiası təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda iddiaçının ödəməkdən azad olduğu məhkəmə xərcləri Dövlət büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilə (abonent kodu **********0250) əsassız olaraq borc kimi yazılmış 432 (dörd yüz otuz iki) manat borcdan tutulmuş 82 (səksən iki) manat vəsaitin geri qaytarılması və qətnamə qanuni qüvvəyə minənədək tərəfindən edilən ödənişlərin əsassız hesablanmış borc məbləğinə silinməməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçının ödəməkdən azad olduğu məhkəmə xərcləri Dövlət büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar