Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1475/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş 11.10.2019-cu il tarixli, 51 nömrəli hərracın yekunları barədə protokolun, həmin əmlakla bağlı MMC ilə digər cavabdeh "xxxx" QSC arasında bağlanmış 11.10.2019-cu il tarixli alqı-satqı müaviləsinin və onun əsasında Bankın adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı, iddianın təmini tədbiri haqqında ərizə verərək, mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(007)- 1475/2020 nömrəli qərardadına əsasən, ərizə təmin edilmiş, ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılması və iddianın təmin tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə xahişi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında qərardad da ləğv edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 15-ci maddəsinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığı üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(007)-1475/2020 nömrəli qərardadı ilə iddianı təmin etmək üçün görülmüş tədbir ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qərardad iddiaçının ödədiyi dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157.2, 162.1, 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. “ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi”nə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 sebtyabr 2020-ci il tarixli, 2(007)-1475/2020 nömrəli qərardadı ləğv edilsin. Qərardadın “ünvan 1 ünvanında 16-cı mərtəbədə yerləşən, 4 otaqlı, 207 kv.metr ümumi sahədən ibarət 53 nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 sebtyabr 2020-ci il tarixli, 2(007)- 1475/2020 nömrəli qərardadının ləğv edilməsi”nə dair hissəsinin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Nizami rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1475/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1475/2020
11.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver