Məhkəmə qərarları › İş №2(007)-1485/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1485/2025

25.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1485/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) X14 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə məcburən bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulmuş ümumi əsaslarla baxaraq etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində "X8"-nun X4 strukturunda (tabeçiliyində) olmaqla, aylıq ştat üzrə əmək haqqının 1200 (min iki yüz) manat olması müqabilində "xxxx" MMC-nin Təhlükəsizlik rəisi vəzifəsində faktiki olaraq işə başlamışdır. Qeyd olunan tarixdən də, öz vəzifə öhdəliklərini qanunamüvafıq şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixində qavunvericiliyin tələblərinə zidd olaraq, əmək müqaviləsiə qanunsuz olaraq xitam verilmişdir. Xitam əmri qanunsuz olduğuna görə də 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiası təmin olunmuş, yekun məhkəmə aktı qüvvəsinə aldıqdan sonra isə xx.xx.2023-cü il tarixində müvafiq icra şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, məhkəmə qərarı tam şəkildə icra olunmamış, məhz cavabdeh tərəfindən 03 may 2024-cü il tarixədək məqsədyönlü şəkildə süründürməçilik edilərək tam şəkildə icra olunmamışdır. Son nəticədə, "Oba Market” MMC-nin rəhbərliyi güclü tərəf olaraq işə bərpa olunmuş işçi kimi onu təqib etməklə yanaşı, təhdid vasitəsilə onun ilə 03 may 2024-cü il tarixli qanunsuz (və birbaşa onun ziyanına olan) "Barışıq Sazişinin” xəstəxanada müalicə aldığı anda bağlanmasına nail olmuşdular. Xüsusən də "xxxx" MMC-nin təsisçisi olan X9 bu şirkət onun evidir deməklə yanaşı, onu ölümlə hədələyərək qanunsuz barışıq sazişinin bağlanmasına məcbur etmişdir. Hətta "xxxx" MMC-nin təsisçisi olan X7 ətrafında yan almış bir neçə tanımadığı şəxslər də vardır ki, dəfələrlə xarici ölkələrə məxsus nömrələrdən (Whatsapp vasitəsilə) ona zəng edərək, onu və ailəsini ölümlə hədələmişdirlər. Son nəticədə “Oba Market" MMC rəhbərliyinin ona qarşı çox sayda qanunsuz hərəkətləri, psixoloii-təzyiq təsirləri və xüsusən də tələbkar işçini (cibinə narkotikatdırmaqla) həbs etdirməklə təhdid edərək birbaşa işçi kimi onun ziyanına olan, şirkətin isə tam xeyrinə olan ədaİətsiz və qanunsuz "Barışıq Sazişi” bağlanmışdır. Mübahisələndirilən "Barışıq Sazişi" mediasiyadan və məhkəmədən kənar məcburən bağlanılmışdır. Eləcə də, mübahisələndirilən "Barışıq Sazişi" müqavilədə qeyd olunan kimi notarial qaydada belə təsdiq olunmamışdır. Mülki Məcəllənin 52-ci maddəsinin 5-ci bəndinə əsasən tərəflərin "Barışıq Sazişi" qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Çünki mübahisə edilən əqdin özü də qanunvericiliyə zidd tərtib olunduğu üçün bağlandığı andan əhəmiyyətsiz bir əqddir. Həmçinin, cavabdeh tərəfindən öncəlik olaraq məhkəmə qətnaməsi dərhal, müzakirəsiz, sözsüz və tam şəkildə icra edilməli olduğu halda, işçi ilə "Barışıq Sazişi”-nin bağlanmasına məqsədyönlü şəkildə cavabdeh tərəfindən məcbur edilməsinin özüdə qanunsuzluğun göstəricisi olduğunu bildirmişdir. "Barışıq Sazişi"-nin giriş hissəsində qeyd olunmuşdur ki, iddiaçı işçi ilə aşağıdakı şərtlər ilə barışıq sazişi bağlanır. Məhkəmə tərəfindən diqqət edilməsini istəmişdir ki, müzakirə olunmadan dərhal və dəqiq icra edilməli olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğu halda, işçi ilə hər hansı bir şərtdən söhbət getməsinin özü qanunsuzluğun bariz sübutudur. "Barışıq Sazişi”-nin 1-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı işçi ilə anlaşma yolu ilə barışıq sazişi bağlanır. Məhkəmə tərəfindən diqqət edilməsini istəmişdir ki, tərəflərin hüquqi öhdəliyi və eləcə də qanuni əmək müqaviləsi mövcud olduğu halda, işçiyə qarşı hər hansı bir anlaşma yolunun tədbiq edilməsinin özü qanunsuzdur. "Barışıq Sazişi”-nin 2-ci bəndində qeyd olunmuşdur ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən 70000 manatı ödədiyi üçün icra vərəqəsi tam şəkildə icra edilmiş sayılır, həm də işçinin əmək münasibətlərindən irəli gələn digər tələbləri də ödənilmiş sayılır. Məhkəmə tərəfindən diqqət edilməsini istəmişdir ki, cavabdeh (borclu) tərəfindən icrası məcburi olan məhkəmə qətnaməsinin maddi hissəsi olan 70000 manatın ödənilməsi halı, işçinin əmək münasibətlərindən (qanunvericilikdən) irəli gələn digər hüquqlarıda ödəyəcək deyə öhdəlik şərtinin qoyulmasının özü belə, törədilmiş qanunsuz hərəkətin bariz göstəricisidir. "Barışıq Sazişi”-nin 3-cü bəndində qeyd olunmuşdur ki, cavabdeh tərəf işçinin işdən çıxma istəyi barədə ərizəsini, həmin ərizədə göstərilən gün icra etməyi öz üzərinə götürür. Məhkəmə tərəfindən diqqət edilməsini istəmişdir ki, məhkəmə qərarı tam şəkildə icra olunmadan, icra vərəqəsi üzrə icra işinə xitam verilmədən, icra tədbirləri davam etdiyi müddət ərzində, eləcə də işçi əmək qabiliyyətsiz olaraq işdən çıxma düşüncəsinə belə sahib olmadığı halda, barışıq sazişində mövcud olmayan işdən çıxma ərizəsindən söhbət getməsinin özü belə növbəti qanunsuzluq göstəricisidir. "Barışıq Sazişi"-nin 5-ci bəndində qeyd olunmuşdur ki, bu barışıq sazişi ilə təsdiq edilir ki, işçinin həm icra vərəqəsinə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra (yəni işə bərpadan sonra) son haqq-hesab gününədək ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmişdir. Beləliklə də cavabdehin heç bir öhdəliyi qalmamışdır. Cavabdeh tərəfindən məqsədyönlü şəkildə və sadəcə öz mənfəətləri naminə işçinin qanunvericilikdən irəli gələn (konstusion) hüquqlarının hər hansı bir Qanunsuz Sənəd (barışıq sazişi) tərtib etmək şərtilə məhdudlaşdırılmasının özü qanunsuzluqdur. Qanunvericilik birmənalı olaraq istifadə edilməmiş məzuniyyət, əmək haqqı və son haqq-hesabın ödənilməsini «hər hansı şərt»-dən və digər “məhdudiyyətlər”-dən azad etmişdir. Bu cür qeyri-bərabər vəziyyətdə zəif bənd olan əlil işçi ilə, mafiya sifətinə dönüşmüş işəgötürən arasında qanunvericiliyə zidd olaraq bağlanmış Barışıq Sazişi qanuni ola bilməz. Faktiki olaraq xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək iddiaçı işçi olaraq "İnfeksion allergik forma, Vegetativ damar distoniyası (sinir pozuntusu) və Nevrotik pozuntu" diaqnozları ilə X10 (semaşkoda) stasionar şəraitdə müalicədə olmuşdur. Bu səbəbdən stasionar müalicə aldığı bir dövrdə, yəni əmək qabiliyyəti olmadığı 03 may 2024-ci il tarixində işçi olaraq onun ilə bağlanmış "Barışıq Sazişini" qanunsuz hesab edir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Mülki qanunvericiliyə müvafiq olaraq da, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdi təfsir edərkən məhkəmə təkcə həmin sənəddəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; AR Ali Məhkəməsinin xüsusi olaraq insanlığı dəyərləndirən hüquqi mövqeyidə təqdirəlayiqdir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. Bu səbəb ilə əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan birincisidə işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunmasıdır. Yuxarıda göstərilən səbəblərdən də sözügedən 03 may 2024-ci il tarixli "Barışıq Sazişini" qanunsuz hesab edir. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət verilməlidir. Cavabdehin vəsatəti: Cavabdeh MMC xx.xx.2025-ci il tarixli vəsatətində göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “işə bərpa, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının və sair ödənişlərin edilməsi və digər tələblərə dair” iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin işə baxılaraq xx.xx.2024-cü il tarixli, 2(007)- 2649/2024 saylı Qətnamə ilə iddiası təmin edilməmişdir. Həmin işə baxıldığı zaman iddiaçı dəfələrlə iddia tələbinin həcmini artırıb azaltsa da, habelə hazırda mübahisələndirdiyi əqdin guya qanunsuz olması ilə bağlı mülahizələrini sübut etməyə çalışsa da, qeyd olunan məsələni dəfələrlə şifahi və yazılı şəkildə vurğulasa da, həmin prosesin gedişatında hazırki iddianı qaldırmamışdır. Hazırda iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının nəticə hissəsinin 1-ci bəndinə əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin Qərardadın təsviriəsaslandırıcı hissəsində (14, 15-ci bəndlər) qeyd olunduğu kimi, Nizami Rayon Məhkəməsi işə bərpa və sair tələblərə dair” 2(007)-2649/2024 saylı mülki işə baxaraq hazırda mübahisələndirilən əqdə hüquqi qiymət vermiş, əqdin etibarlı olduğunu təsbit etmiş və iddiaçı tərəfindən iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmə öz vəzifəsini icra edərək əqdin etibarlılığını yoxlamışdır. Həmin Qərardadın 30-cu bəndinə qeyd olunduğu kimi, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Həmin Qərardadın 33-cü bəndində qeyd olunduğu kimi, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Həmin Qərardadın 46-cı bəndinə əsasən, işdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə suiistifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı tərəfindən irəli sürülmüş “03 may 2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinə əsasən baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00080 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X11 Birliyinin Ə 020555 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup Qarabağ müharibəsi əlilidir. “X13” publik hüquqi şəxs tərəfindən Cavabdeh MMC-yə təqdim edilməsi üçün verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “bronxial astma, infeksion allergik forma” diaqnozu ilə işdən azad edilmişdir. Cavabdeh MMC-nin idarə heyətinin sədri N.İbrahimovanın xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmrinin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-962/2023 saylı icra sənədi əsasında, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 229 nömrəli əmr ləğv edilmiş, o, xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin Təhlükəsiz bölməsinə Təhlükəsizlik rəisi vəzifəsinə işə bərpa edilmişdir. "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı bildirişlərdən görünür ki, poçt xidməti vasitəsilə, İddiaçı ünvanlanmış məktublar ünvandakı əraziyə gedildikdə belə ünvan tapılmadığı üçün təqdim edilə bilməmiş, sonuncuya məxsus ********** nömrəsi ilə əlaqə saxlanıldıqda o, başqa ünvanda olduğunu və məktubu sonradan özünün götürəcəyini bildirmişdir, sonradan həmin şəxsin whatsapp nömrəsi ilə yenidən məktubun çatdırılması ilə bağlı əlaqə saxlanıldıqda qarşı tərəf hər hansı məlumat verməmişdir. Bu səbəbdən məktubun çatıdırılması mümkün olmadığına görə Cavabdeh MMC-yə qaytarılır, nəzərə alınması xahiş edilmişdir. “Birinci tərəf” İddiaçı ilə “İkinci tərəf” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli Barışıq Sazişindən görünür ki, Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki “Saziş”i bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi (bundan sonra “İcra Vərəqəsi”) tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3-cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı “İcra Şöbəsi”nə təqdim edilməsi üçün “İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə “İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm “İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-962/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, İddiaçı "Oba Market” MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 962/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli “X5” MMC-nin direktor-auditoru Rəşad Həsənov tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, CavabdehMMC tərəfindən yekun nəticə olaraq 73539,96 manat hesablanmalı olduğu göstərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış İR1034 saylı, xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində işə gəlmiş lakin vəzifəsini icra etmədən iş yerini tərk etmişdir. Həmin bildiriş "xxxx" MMC-nin CB000256920 saylı qaiməsinin surətindən İddiaçı tərəfindən qəbul olunmuşdur. Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-6785 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, Cavabdeh MMC-yə təqdim etmək üçün aşağıdakı məzmunda ərizə vermişdir: Cavabdeh MMC ilə bağlanılmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə 03 may 2024-cü il tarixdə xitam verilməsini xahiş edirəm. Bildirirəm ki, həm müvafiq məhkəmə qərarı ilə işə bərpa edildiyim günədək, həm də ondan sonra son haqq-hesab gününədək mənə ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək mənə ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam ödənilmişdir. Hazırda və bundan sonra cəmiyyətdən hər hansı maddi və ya mənəvi tələbim yoxdur və olmayacaqdır.”. Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-7639 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində 8İ-6785 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən imtina etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Oba Market” MMC-yə ünvanlanmış İltizamdan görünür ki, İddiaçı bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə işdən ayrılarkən ona son haqq hesabı tam şəkildə ödənilmişdir. Bütün haqqlarını tam aldığı üçün şirkətə qarşı heç bir maddi mənəvi tələbi yoxdur. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 42-X saylı əmrinin surətindən görünür ki, İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2649/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi və pul” tələbi dair iddiası təmin edilməmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2.Əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarına əsasən müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: “...İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir....” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı: “Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.” “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Daxili Nəzarət Departamentinin X2 rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının və sair ödənişlərin edilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd edilən qətnamə üzrə icra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmiş və icra sənədi icra edilməsi üçün borclunun hüquqi ünvanı üzrə Nizami Rayon İcra Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 06/K saylı əmri ilə, tələbkar İddiaçı Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin X2 rəisi vəzifəsinə işə bərpa edilmiş və həmin tarixdə onun bank hesabına 36919,33 manat məbləğində ödəniş edilmişdir. İcra mərhələsində, tərəflər arasında bütün mübahisələrə son qoyulması ilə bağlı könüllü razılaşma əldə edilmiş və xx.xx.2024-cü il tarixdə iki tərəfin iştirakı ilə Barışıq Sazişi imzalanmışdır. xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki “Saziş”i bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi (bundan sonra “İcra Vərəqəsi”) tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3- cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı “İcra Şöbəsi”nə təqdim edilməsi üçün “İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə “İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm “İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır. Hazırda iddiaçı Məmmədov X1 etibarsız hesab edilməsini tələb edir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə cavabdehin mövqeyinə münasibət bildirərək hesab edir ki, cavabdeh tərəf qeyd etmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddia olduğundan hazırki iş üzrə məhkəmə tərəfindən ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olmuş 2(007)-2649/2024 saylı iş üzrə iddia tələbi əmrin ləğvi, işə bərpa edilmə və əmək haqqının və pulun ödənilməsindən ibarət olmuşdur. Həmin iddianın əsasını isə Cavabdeh MMC-nin işdən çıxarılma barədə əmri təşkil etmişdir. Hazırki iddianın predmeti həmin iddiadan fərqli olaraq tərəflər arasında bağlanılmış barışıq sazişinin etibarlılığıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə mahiyyəti üzrə baxılaraq qiymət verilməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunun tələbləri pozulmaqla bağlanılmışdır. O, barışıq sazişini bağlayarkən hədə və təhdid altında olmuşdur. Məhkəmə iddia tələbində göstərilən nüasnlara ayrı-ayrı qiymət verərək qeyd edir ki, iddiaçı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli ərizənin zorakılıq və təzyiq altında imzalandığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli barışıq sazişində müəyyən olunduğu qaydada, pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra iddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində işdən azad olma barədə ərizəni öz imzası ilə təsdiq etmiş, bu zaman notarius hər hansı qanun pozuntusu müəyyən etməmişdir. Digər yandan, tərəflər arasında yuxarıda qeyd olunan razılaşma əldə olunmuş və bu razılaşmaya uyğun tərəflər öhdəliklərini icra etmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Nəticə: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar