Məhkəmə qərarları › İş №2(007)-1500/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1500/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1500/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 11.06.2019cu il tarixli müqaviləsinə əsasən, “Hoffmann” markalı kondisioner almış və nəticədə 683 (altı yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1474 manat (min dörd yüz yetmiş dörd) (yəni 11 ay x 134 manat + 0 manat ilkin ödəniş), “Hoffmann” markalı kondisioner üçün ümumilikdə 683 (altı yüz səksən üç) manat olmaqla ondan 621 (altı yüz iyirmi bir) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat cərimə pulu (150 gün x 1.34 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 62 (altmış iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 853 manat təşkil edir. Qeyd olunanlara əsasən 11.06.2019-ci il tarixli müqaviləsinə əsasən, “Hoffmann” markalı kondisioner 621 (altı yüz iyirmi bir) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə, ümumilikdə 683 manat borc, 30 manat dövlət rüsumu, cəmi 713 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli 00717558 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Hoffmann” markalı kondisioner verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 11.06.2019cu il tarixli 00717558 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 24-dən gec olmayaraq 11 ay müddətinə 134 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin Cavabdeh ünvanlanmış 11.06.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh “Hoffmann” markalı kondisioner almış, lakin müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. “xxxx” MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 21.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 621 manat ödənilməmiş hissə, 62 manat cərimə, cəmi 683 manat borcu vardır. İşə əlavə olunmuş 22.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 11.06.2019-cu il tarixli 00717558 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Hoffmann” markalı kondisioner verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 05.09.2018-ci il tarixli K00281390 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 24-dən gec olmayaraq 11 ay müddətinə 134 manat manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 11.06.2019-ci il tarixli müqaviləsinə əsasən, “Hoffmann” markalı kondisioner 621 (altı yüz iyirmi bir) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə, ümumilikdə 683 manat borc, 30 manat dövlət rüsumu, cəmi 713 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar