Məhkəmə qərarları › İş №2(007)-1501/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1501/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1501/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Fikrət Xasay oğlu Mirzəyevin sədrliyi, Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçıMMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçıMMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaşı İddiaçıMMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı ilə cavabdeh arasında 06 may 2019-cu il tarixdə BRC 177 nömrəli alqı-satqı müqaviləsi bağlanıb. 06 may 2019-cu il tarixli, BRC 177 nömrəli alqı-satqı müqaviləsinə və 10 iyun 2019-cu il tarixli, təhvil-təslim aktına əsasən Cavabdeh 15940 manat dəyərində Texnofas Standart 50 mm.-dən 450 bağlama satılıb. Cavabdeh İddiaçı MMC-yə 15940 manat borcu vardır. Hal-hazıradək aldığı malın dəyərindən heç bir ödəniş etməyib. Dəfələrlə şifahi və 08 yanvar 2021-ci ildə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəmir. Bundan başqa,əldən çıxmış yayda ilə əlaqədar şirkətə 8000 manat ziyan dəymişdir.Qeyd olunanlara əsasən Cavabdeh oğlundan 15940 manat pulun 8000 manat əldən çıxmış faydanın, 31 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsiniun izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçıMMC ilə Cavabdeh arasında bağlanmış 06 may 2019-cu il tarixli, BRC 177 nömrəli alqı-satqı müqaviləsindən görünür ki,catıcı(İddiaçıMMC) alıcıya(Cavabdeh) müqaviləyə əlavələrdə göstərilən malları təqdim etməklə onun mülkiyyətinə verir,alıcı isə malları qəbul edib onların dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 10 iyun 2019-cu il tarixli, təhvil-təslim aktından görünür ki, Cavabdeh 15940 manat dəyərində Texnofas Standart 50 mm.-dən 450 bağlama təhvil verilib. Xəbərdarlıq məktubunun məzmunundan görünür ki,borcludan 15940 manat pulun qaytarılması tələb olunmuş,əks-təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada alq-satqı müqaviləsi bağlanmış,satıcı müqavilə öhdəliklərinə əməl edərək malı alıcıya təhvil vermiş,sonuncu isə müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş,aldığı malın dəyərini ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə 15940 manat pulun cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın əldə çıxmış fayda və ilə bağlı hissəsinə qiymət verərkən hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki,iddiaçı həmin hissədə öz tələblərinin və əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh oğlundan 15940 manat pul və 31 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh oğlundan 15940 manat pul və 31 manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakı̇ m Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar