Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1518/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsində 0.12 ha torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 544 saylı sərəncamın çıxarışda eyni şəxsə xx.xx.1952-ci il təvəllüdlü Ağsu rayonu, Nuran kəndində doğulmuş Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti fakt müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 13 aprel 1992-ci il tarixli 53 nömrəli order əsasında Maştağa qəsəbəsində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Soyadı hər bir sənəddə Baxışov qeyd olunub, lakin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 544 saylı sərəncamdan çıxarışda soyadı «Baxşiyev» kimi qeyd edilmişdir. Onun adına olan, yəni onun üçün ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində qəsəbəsində yerləşən «340p» saylı torpaq sahəsini özəlləşdirmək qərarına gəlmişlər. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin onlar ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərərək, təqdim edilmiş sənədlərdə uğyunsuzluq olduğunu göstərmişlər. Hal-hazırda torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirmək məqsədilə qeyd olunan yanlışlığın aradan qaldırmaq üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, torpaq sahəsini özəlləşdirmək üçün maraqlı şəxsə müraciət etdikdə imtina cavabı almışdır. Səbəb olaraq sənədlərin birində ərizəçinin soyadının Baxışov, digərində isə Baxşiyev olduğu göstərilmişdir. Bağ sahəsinə dair order surət olduğu üçün ona əsasən çıxarış verilməmişdir. Torpaq sahəsini özəlləşdirmə ilə bağlı hər hansı bir mübahisələri yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Ağsu rayonu, Nuran kəndində anadan olmuşdur. - Azərbaycan Respublikası icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Maştağa bağlar sahəsinin 50 nömrəli kooperativinin 53 nömrəli orderinin surətindən görünür ki, Ərizəçi Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli 544 nömrəli qərarına əsasən ona Maştağa bağlar sahəsində 50 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 340p nömrəli bağ ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, elektron kadastr məlumatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “340p” saylı torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığından yerləşəmsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, təqdim edilən sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş 53 nömrəli orderdə hüquq sahibinin soyadı “Baxışov” qeyd olunsa da, həmin orderin arxiv arayışında “Baxşıyev” kimi göstərilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 544 saylı sərəncamının çıxarışı ilə X3 Maştağada massivində bağ sahəsi ayrılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Maştağa bağlar bağlar sahəsinin 50 nömrəli kooperativinin 53 nömrəli orderi əsasında Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli 544 nömrəli qərarına əsasən ona Maştağa bağlar sahəsində bağ sahəsi Ərizəçi verilmişdir. Lakin Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 544 saylı sərəncamının çıxarışında Ərizəçi adı X5 olaraq qeyd edilmişdir. Bununla əlaqədar ərizəçi öz adına olan bağ sahəsini adına qeydiyyata aldıra bilməmişdir. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə ərizəyə münasibətdə bildirir ki, ərizə qismən təmin edilməli Bakı şəhəri İcra hakimiyyəti aparatının xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 544 saylı sərəncamının çıxarışında göstərilən X3 aid qeydin Ərizəçi aid olması müəyyən edilməklə çıxarışın ona məxsus olması faktı müəyyən olunmalı, ərizə bağ sahəsinin konkret sahəsi göstərilməməsi səbəbindən qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə də ərizə qismən təmin edilərək, Bakı şəhəri İcra hakimiyyəti aparatının xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 544 saylı sərəncamının çıxarışının xx.xx.1952-ci il təvəllüdlü Ağsu rayonu Nuran kəndində doğilmuş Ərizəçi məxsus olması faktı müəyyən olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri İcra hakimiyyəti aparatının xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 544 saylı sərəncamının çıxarışının xx.xx.1952-ci il təvəllüdlü Ağsu rayonu Nuran kəndində doğilmuş Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1518/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1518/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver