Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1534/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 saylı evə dair «Təbii X1nın pozulması haqqında» tərtib olunmuş xx.xx.2024-cü il tarixdə ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 777,60 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun istifadəsindədir. Həmin evə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən evə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtlı- vaxtında ödəmişdir. Onun xəbəri olmadan cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evə dair «Təbii X1nın pozulması haqqında» xx.xx.2024-cü il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Nəticədə isə ona 777,60 manat borcu yaranmışdır. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin Akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. İddia tələbinə etiraz: Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinə münasibətdə etiraz verilərək bildirilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00020 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00020 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd edilən ünvanda 2 ildir ki, yaşamır, belə ki, imkanlı bir şəxsin bağ evində işçi kimi işlədiyi üçün həmin bağ evində yaşayırdı. O, evdə olmadığı vaxt Cavabdeh nümayəndələri qonşudan qaz açarını alıb evin qaz sayğacını açıb, qonşuya da kağız yazıb veriblər. Qonşu onlardan plombu qırıb qırmadıqlarını soruşanda onlar avtomatik olaraq plombu qıracaqlarını bildiriblər. Qonşu bununla bağlı ona zəng edərək məlumat vermiş və qarşı tərəfin nümayəndəsinin sayğacı açdıqdan sonra baxıb getdiyini bildirmişdir. Cavabdeh nümayəndələri sayğacı aparmayıblar, sadəcə sayğacı açıb baxıblar, guya ki, sayğacda deşik olduğu üçün qaz işləməmişdir. İşçi kimi işləyərək yaşadığı bağ evinin sahibi isə bağı satdığı üçün qayıdıb gəlməli idi, lakin bu məsələyə görə evə daha tez müddətdə qayıtmışdır. O, gəldikdən sonra səhəri gün sayğacı laboratoriya aparmaq üçün açmışdır. Bununla yanaşı, ondan başqa 9-10 nəfərin sayğacına da həmin niyyətlə baxıblar. Bəzi sakinlərə 250 manat, bəzilərinə 500 manat, bəzilərinə 700 manat, bəzilərinə isə 800 manat cərimə yazılmışdır. Digər məhəllə sakinləri sentyabr ayında cərimə ilə bağlı məlumat əldə etmiş, o, isə bu barədə 2025-ci ilin yanvar ayın 1-i bilmişdir. Çünki limit həmin vaxt dayanıb yenidən başlayır. O, qaz üçün olan karta pul yükləmiş, karta pul yüklədikdən sonra 8 manat məbləğ qaldığını görmüşdür. Elə olur ki, qaz üçün olan karta 20 manat pul yükləyir, karta pul yükləyəndən sonra kartda gah 2,50 manat, gah 3 manat, gah da 4,50 manat vəsait qalır. 10 manat isə borca görə çıxırlar. Bundan sonra Cavabdeh qaynar xəttinə zəng etmiş və ona avqust ayında təxminən 770 manat ətrafında cərimə tətbiq edildiyi bildirilmişdir. Ancaq onun avqust ayından borcu olmamışdır. Qonşuları bu məsələdən bir-iki ay sonra Cavabdeh məhkəməyə vermiş və məhkəmə onların işinə baxıb həll etmişdir. Cavabdeh tərəfin bildirdiklərindən belə çıxır ki, digər 10-15 evin sağyacına da müdaxilə edilib. Halbuki, bundan əvvəl də bir neçə sayğac məhəllədə oğurlanmış, bir neçə sayğaca da zərər yetirilmişdir. Buna görə məhəllə sakinləri olaraq ərizə yazıb aidiyyəti üzrə Baş İdarəyə təqdim etmişlər, ancaq indi həmin ərizə aidiyyəti üzrə Baş İdarədə yoxdur, həmin ərizə ortaya çıxmamışdır. Onların səhvi orada oldu ki, həmin ərizənin surətini özlərində saxlamamışlar. Orada onlara narazılıqları olduğu təqdirdə məhkəməyə müraciət etmələri bildirilmiş, ona görə məhkəməyə müraciət etmişlər. Onun sayğacı evdə deyil, həyətdə, küçənin ortasındadır. Buna görə də o, sayğaca müdaxilə edə bilməz. Bu məsələ ilə bağlı barəsində inzibati və cinayət işi olmamışdır. Onlara indi yeni sayğac qoyulub, sayğacı qoyanda özü qol çəkib götürmüşdür. Kartı da gedib götürmüşdür. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 2i rayonu, P.Fərzəliyev küçəsi, ev 87, 2 saylı mənzildə təbii qazdan istifadə olunması üçün Cavabdeh İB ilə müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. Cavabdeh İB tərəfindən Təbii X1nın pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib olunmuş, akt ilə həmin mənzildə sayğaca baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunda dəlik aşkar olunmuş və dəymiş ziyanın hesablanması, ödənlməsi tələb olunmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixli X2 dair Tələbnamə ilə yuxarıda qeyd olunan nöqsanlar ilə təbii qaz itkisinin yaranması və 6480 m3 itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, ünvan 2i rayonu, P.Fərzəliyev küçəsi, ev 87, 2 saylı mənzil ünvanında İddiaçı adlı abonentə xx.xx.2024-cü il tarixdə Zenner G4T Smart markalı, **********655 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00020-dir. Abonentə 2023-cü ilin fevral ayında 777,60 manat borc hesablanmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, iddiaçının izahatını dinləyib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci, 560.2-ci və 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci, 81-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci, 4.7-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci, 20-ci və 21-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən qaz sayğacına müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü cavabdehin üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi barədə akt tərtib edilsə də həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əlavə edilmiş 8-1-ci hissənin məzmununda qeyd edilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Qanunun məzmunundan görünür ki, istehlakçının qazın talanmasında təqsirli olması qanunda qeyd olunan orqanların və məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsin istehlakçıdan tələb etməlidir. Belə olan halda, hazırkı iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olubolmamasına qiymət verilməsi üçün kifayət edir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz Həmçinin, cavabdeh iddia ərizəsinə etiraz versə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməmiş və bununla bağlı etirazının dəlillərinə mötəbər sübutlar əlavə etməmişdir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş (Abonent kodu: **********00020) xx.xx.2024-cü il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 777,60 manat məbləğində borc silinməli, qaz sayğacı ünvan 2i rayonu, P.Fərzəliyev küçəsi, ev 87, mənzil 2 ünvanına quraşdırıldığı və mübahisələndirilən akt həmin mənzil üzrə tərtib edildiyi üçün iddia tələbi Cavabdeh tərəfindən ünvan 1 saylı evə dair tərtib edilmiş aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını və iddia tələbinin təmin edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki iddiaçının ödəməkdən azad olduğu 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş (Abonent kodu: **********00020) xx.xx.2024-cü il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 777,60 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1534/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1534/2025
27.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver