Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1560/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkiili Nümayəndə, Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxs kimi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyası cəlb edilməkli “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs kimi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyası cəlb edilməkli “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 08.03.1994-cü il təvəllüdlü X2nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 08.03.1994-ci il təvəllüdlü qızı X1 yaşlarından bəri onda yaranan psixi pozuntu ilə əlaqəda xəstəlikdən əziyyət çəkir. Xəstəliyi səbəbindən 6 yaşına qədər ümumiyyətlə danışa bilməmişdir. Hal-hazırda da ona körpə uşaq kimi baxırlar, onun çayın, çörəyini verirlər, paltarlarını geyindirirlər, vanna qəbul elətdirirlər. Qeyd edir ki, qızının xəstəliyi hər gün keçdikcə daha da ağırlaşır. Xəstəliyi ağırlaşdığı zaman onu müvafiq dərmanlarla sakitləşdirməyə çalışırlar. Maddi vəziyyətlərinin pis olması səbəbindən qızının müalicəsini müvafiq xəstəxanalarda etdirə bilmədiyindən həkim məsləhəti ilə ona lazımi dərmanlar verməklə evdə baxırlar. X2 hərəkətlərini dərk etmir və öz iradəsini ifadə edə bilmir. Həmçinin, ağır dərəcədə kəmağıllıq, kobud nitq pozuntuları olmaqla yanaşı hərəkətlərini, davranışlarını, danışıq və qidalanmasını idarə edə bilmir. O, faktiki olaraq fəaliyyət qabiliyyətini itirmişdir. Ona görə də X3 rəsmi qaydada fəaliyyət qabiliyyətini itirmiş elan olunmasına zərurət vardır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 08.03.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 11 noyabr 1994-cü il tаriхdə vеrilmiş XVİİİ-ЖГ № 424798 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X8 08 mart 1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 noyabr 1994-cü il tarixdə 116 № ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X6r. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinədə dair məlumatın verilməsi ilə bağlı 03.02.2021-ci il tarixli məlumatından görünür ki, 08.03.1994-cü il təvəllüdlü X8 birinci dərəcəli müddətsiz əlildir. Ona qoyulan diaqnoz davranış pozuntuları ilə kəskin imbesillik dərəcəsində oliqofreniyadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 №-li Nizami Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-02 seriyalı № 175988 saylı arayışının surətindən görünür ki, 08.03.1994-cü il təvəllüdlü X8 birinci dərəcəli əlildir, əlilliyin müddəti müddətsizdir. Onun kənar şəxsin daimi qulluğuna ehtiyacı vardır. - ASAN 4 tərəfindən 06.09.2020-ci il tarixdə verilmiş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 08.03.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixatrik Ekspertizasının 29.04.2021-ci il tarixli 935 saylı rəyindən görünür ki, X4 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil əla bilməməsi İ qrup əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, verilən suallan anlamaması, amnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Ekspert mülki iş materiallarının, həmin materialda olan tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə- psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 08.03.1984-cü il təvəllüdlü X4 ağır əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə müəyyən edilir. 08.03.1984-cü il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 08.03.1984-cü il təvəllüdlü X3 fəalliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 08.03.1994-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş X2nda ağır dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunmuş və bunun nəticəsində özünü idarə etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə 29.04.2021-ci il tarixli 935 nömrəli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan atası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 08.03.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.03.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1560/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1560/2021
12.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver