Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1560/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuş və Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olan, məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşan X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki X2 xx.xx.1958-ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan və məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşıb yaşayan X2 anadan olandan “Dərin kəmağıllıq, idiotiya, kobud nitq və davranış pozuntuları” xəstəliyindən əziyyət çəkir və ona İ dərəcəli əlillik verilmişdir. X2 əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Qardaşı özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyildir. Belə olan halda, X2 birinci dərəcəli əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və ekspert rəyi ilə razı olduğunu bildirdi. O əlavə olaraq qeyd etdi ki, X2 dərin kəmağıllılıq, idiotiya kobud nitq və davranış pozuntuları xəstəliyindən əziyyət çəkir və ona 20 ildir ki, özü baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 15792232 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1958-ci il tarixdə Füzuli rayonu, Qaraxanbəyli kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X6 İ dərəcəli əlildir və “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq, idiotiya, kobud nitq və davranış pozuntuları” xəstəliyindən əziyyət çəkir. - 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 25 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 96 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1745 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X4 “dərin (idiotiya dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə” (F73.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “F 73.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Dərin kəmağıllıq. İdiotiya kobud nitq və davranış pozuntuları ilə. Daim kənar şəxslərin himayəsinə və nəzarətinə ehtiyacı var. İQ-5" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. xx.xx.1958-ci il təvəllüdlü X4 dərin (idiotiya dərəcəsində) əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və oz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. X1 onun məhkəmə iclasında iştirakına yol vermir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 321.2-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, onunla birlikdə yaşayan bacısı Ərizəçi ərizəsi üzrə qaldırılmış və ərizə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu, psixi vəziyyətinə görə onun məhkəmə iclasında iştirakına yol verilməməsi barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1958-ci il tarixində Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuş və ünvan 1 ünvanında yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci bəndinə əsasən məcburi köçkün olduğu üçün ərizəçi rüsum ödəməkdən azaddır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ərizəçinin ödəməkdən azad olunduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ərizəçi ödəməkdən azad olunduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1560/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1560/2024
07.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver