Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1572/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5 Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-yə vurulmuş 6831 manat zərərin və ödənmiş 30 manat dövlət rüsumunun, cəmi 6861 manat pul vəsaitinin Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Cavabdeh ilə 06 yanvar 2018-ci il tarixində əmək müqaviləsi bağlamış, cavabadeh öhdəlik əsasında İddiaçı QSCnin 25 dekabr 2017-ci il tarixində "xxxx" MMC ilə bağladığı icarə müqaviləsi əsasında icarəyə götürdüyü “X9” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 24 iyun 2018-ci il tarixində Nizami rayonu, Elşər Süleymanov küçəsində cavabdeh “X9” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmişdir. Cavabdeh X2 təqsiri ucbatından baş vermiş yol hərəkət hadisəsi nəticəsində bir nəfər xəsarət almış və X1 rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 ci və 264-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilimiş və Ali Məhkəmənin 22 sentyabr 2020-ci il tarixli Qərarı ilə hökm qanuni qüvvəsini almışdır. "xxxx" MMC sığorta şirkətinin verdiyi qiymətləndirməyə görə, cavabdeh X2 təqsirli hərəkəti nəticəsində “X9” minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə 6831 manat məbləğində zərər dəyib. Cavabdehə dəfələrlə edilən xəbərdarlığa baxmayaraq İddiaçı QSC-yə vurulmuş zərəri ödəməkdən imtina edir. Cavabdeh X2 imzaladığı vəzifə təlimatının vəzifə borcu hissəsində istifadəsində olan bütün növ minik avtomobillərin, avtobusların, bütün növdən olan yük maşınlarının və s. avtomobillərin texniki təhlükəsizliyinə riayət etməklə idarə olunması qeyd edilmişdir. Cavabdehin imzaladığı öhdəlik müqaviləsində də, texnikanın istismarı zamanı onun günahı, səhlənkarlığı və yaxud yol hərəkəti, təhlükəsizlik texnikası qaydalarını pozması ucbatından hər hansı maddi zərər dəyərsə həmin zərərin aradan qaldırılmasını öhdəsinə gütürür. Bundan əlavə cavabdeh X3 06 yanvar 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” Müqavilə imzalayaraq əmək münasibətləri prosesində ona cəmiyyət tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşımasına dair öhdəliyi götürüb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o, qeyd etdi ki, "xxxx" MMC ilə cavabdehin 2017-ci ildə bağladığı icarə müqaviləsi əsasında iddiaçı “X9” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. İcarəyə verən şirkətin fəaliyyətinin dayandırılması şirkət ləğv edilməsi kimi qəbul oluna bilməz. Cavabdeh hadisəni törədib və ziyanı vurmuş, maşının kimə məxsus olmasından asılı olmayaraq, o, dəyən zərərin pulunu iddiaçıya ödəməlidir. Ekspert rəyi ilə razı olduqlarını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, bu işə görə onu azadlıqdan məhrum etdiklərini, iddiaçı tərəfindən “X9” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-dən icarə müqaviləsi əsasınd icarəyə götürdüyü qeyd edilsə də, həmin şirkətin faliyyətdə olmamasını bildirdi. Əlavə olaraq ekspert rəyi ilə razılaşmadığını, ekspertiza nəticəsində müəyyən olunmuş zərər məbləğinin çox olduğunu qeyd etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AB 268743 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X9” minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. 25 dekabr 2017-ci il tarixli, "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış icarə müqaviləsindən görünür ki, “X9” minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə 25 dekabr 2018-ci il tarixinədək icarə verilmişdir - Cavabdeh və İddiaçı QSC arasında bağlanmış 06.01.2018-ci il tarixli “Müqaviləöhdəlik”dən görünür ki, Cavabdeh sürücü kimi ona etibar edilmiş əmlak və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatlar zamanı onların bütövlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həzmdə maddi məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. - 29.06.2018-ci il tarixli"xxxx" MMC sığorta şirkətinin verdiyi qiymətləndirmədən görünür ki, X9 minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə 6831 manat məbləğində zərər dəymişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünasılıq və məhkəmə tikinti-əmtəə ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 9/5779-4/491 nömrəli rəyinin nəticəsindən görünür ki, Cavabdeh və İddiaçı QSC arasında bağlanmış 06.01.2018-ci il tarixli maddi məsuliyyət haqqında müqavilənin arxa tərəfində “Tərəflərin imzaları” hissəsində “CavabdehƏ” yazılarının aşağısında olan imzanın Cavabdeh tərəfindən icra olunmuş, "xxxx" MMC-nin 29.06.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohisələrin qiymətləri nəzərə alınmaqla, 2006-cı il buraxılışlı “X9” minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə başverən tarixə təxminən 5067,00 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22.09.2020-ci il tarixli, 1(102)-598/2020 saylı Qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 20 9-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh ban isində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı məhkum Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının 25 dekabr 2017-ci il tarixində "xxxx" MMC ilə bağladığı icarə müqaviləsi əsasında icarəyə götürdüyü “X9” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh idarə edərkən 24 iyun 2018-ci il tarixində Nizami rayonu, Elşər Süleymanov küçəsində “X9” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmişdir. Baş vermiş yol hərəkət hadisəsi nəticəsində bir nəfər xəsarət almış və X1 rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 ci və 264-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilimiş və Ali Məhkəmənin 22 sentyabr 2020-ci il tarixli Qərarı ilə hökm qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı QSC Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.2-ci maddəsinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə hesab edir ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə, cavabdeh tərəfindən iddiaçıya zərər vurulduğu müəyyən edilir və cavabdeh iddiaçı ilə aralarında bağlanılmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən sürücü kimi ona etibar edilmiş əmlak və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatlar zamanı onların bütövlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həzmdə maddi məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmin zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qeyd edir ki, “X9” minik markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi aparılmış, 15 sentyabr 2021-ci il tarixli 9/5779-4/491 nömrəli məhkəmə tikinti-əmtəə ekspertizasının rəyi nəticəsində avtomobilə 5067,00 manat zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi zərərin həcmi müəyyənləşdiriərkən ekspertin rəyi nəzərə alınmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5067,00 manat (beş min beş altmış yeddi) manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə iddiaçı "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin xeyrinə maddi zərərə görə 5067 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq və məhkəmə xətşünaslıq ekspertizasına sərf olunmuş 100,00 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1572/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1572/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver