Məhkəmə qərarları › İş №2(007)-1583/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1583/2023

07.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1583/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 17 mart 1978-ci il tarixli, 21/1a saylı Şaumyan rayon XDS İk-nin (indiki Xətai Rayon İcra Hakimiyyəti) qərarının ona, yəni Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şaumyan Rayon XDS İK-nın (Xətai Rayon İcra Hakimiyyəti) 17 mart 1978-ci il tarixli, 21/1a nömrəli qərarının “qərara aldı” hissəsinin 1-ci abzasının 5-ci bəndində qeyd edilmiş “Ərizəçi Mahmalı oğlu” sözlərinin “Ərizəçi” sözləri olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə və bütün sənədlərində atasının adı Şahmalı kimi qeyd edilmişdir. Lakin 17 mart 1978-ci il tarixli, 21/1a saylı Şaumyan rayon XDS İk-nin (indiki Xətai rayon İcra Hakimiyyəti) qərarında atasının adı «Mahmalı» kimi qeyd edilmişdir. Bu günə kimi fikir verməmişdir ki, atasının adı düzgün yazılmayıb, lakin sənədləşmə işləri apararkən məlum oldu ki, atasının adı düzgün qeyd olunmayıb. Bununla bağlı O, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdi, lakin oradan ona cavab gəldi ki, məhkəməyə müraciət etsin. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qərarda göstərilən ev orderlə atasına 1978-ci ildə iş yerindən verilmişdir. 2018-ci il tarixdə evi təmir edəndə sənədlər itmişdir. Order də həmin sənədlərlə bir yerdə itmişdir. Sorğu verəndən sonra həmin orderi alıblar. Qərarda atasının adı Mahmalı yazılıb, ona görə də evi özəlləşdirə bilmir. Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısıdır. Atasının adı Şahmalıdır. Səhvən sənədə Mahmalı yazıblar. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşıdır. Atasının adı Şahmalıdır. Ona məxsus sənədlərdə atasının adı düz yazılıb, lakin sözügedən qərarda atasının adı səhv yazılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şaumyan Rayon XDS İK-nın (Xətai Rayon İcra Hakimiyyəti) 17 mart 1978-ci il tarixli, 21/1a nömrəli qərarının surətindən görünür ki, Qubkin qəsəbəsi, Darvin küçəsi, ev 26, mənzil 73, blok 7, 4-cü mərtəbə ünvanında yerləşən mənzil X2 və onun 5 nəfər ailə üzvünə verilmişdir. Ərizəçi adında ata adı ”Mahmalı” kimi qeyd edilmişdir. - Xətai Rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı 14 aprel 2023-cü il tarixli məktubundan görünür ki, XDS-nin İK-in xx.xx.1978-ci il tarixli qərarında ata adının “Şahmalı” əvəzinə ''Mahmalı” kimi qeyd edildiyini bildirərək, qərarda qismən düzəliş edilməsində müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. Bildirilir ki, ərizədə qeyd olunan müraciətin qanunvericiliyin tələbinə əsasən müvafiq qaydada baxılmasına dair mülki prosessual müddəti ötürdüyündən, faktın müəyyən edilməsi ilə əlaqədar daimi qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. - AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X5 qeyd edilmişdir. - AZ-İİ seriyalı 298938 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 mart 1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 may 1995-ci il tarixdə 535 nömrə ilə qeyd edilmişdir. - ИЕ seriyalı, 927226 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 yanvar 1934-cüü ildə Ağdam rayonunda anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X5 qeyd edilmişdir. - АБЭ seriyalı 758841 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 adı “Şahmalı” kimi qeyd edilmişdir. - Azərbaycan SSR X15 Təhsil Komitəsi tərəfindən verilən Д 474771 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 19 iyul 1985-ci il tarixdə X15 Təhsil Komitəsini bitirmişdir. - H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi ata adı “Şahmalı” kimi qeyd edilmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 26 saylı evin, 730 saylı mənzilində qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şaumyan Rayon XDS İK-nın (Xətai Rayon İcra Hakimiyyəti) 17 mart 1978-ci il tarixli, 21/1a nömrəli qərarına əsasən Qubkin qəsəbəsi, Darvin küçəsi, ev 26, mənzil 73, blok 7, 4-cü mərtəbə ünvanında yerləşən mənzil X2 və onun 5 nəfərdən ibarət ailə üzvünə verilmişdir. Lakin qərarda X1 oğlu Ərizəçi ata adı “Mahmalı” kimi qeyd edilmişdir. Ərizəçi məxsus digər sənədlərdə atasının adı düzgün qeyd olunmuşdur. Şaumyan Rayon XDS İK-nın (Xətai Rayon İcra Hakimiyyəti) 17 mart 1978-ci il tarixli, 21/1a nömrəli qərarında atasının adının düzəldilməsi üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İddiaçı tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən və şahid ifadələrindən müəyyən olur ki, Ərizəçi ata adı “Şahmalı”dır. Odur ki, həqiqətən də Şaumyan Rayon XDS İK-nın (Xətai Rayon İcra Hakimiyyəti) 17 mart 1978-ci il tarixli, 21/1a nömrəli qərarında Ərizəçi atasının adı düz yazılmamışdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Şaumyan Rayon XDS İK-nın (Xətai Rayon İcra Hakimiyyəti) 17 mart 1978-ci il tarixli, 21/1a nömrəli qərarının “qərara aldı” hissəsinin 1-ci abzasının 5-ci bəndində qeyd edilmiş “Ərizəçi Mahmalı oğlu” sözlərinin “Ərizəçi” sözləri olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şaumyan Rayon XDS İK-nın (Xətai Rayon İcra Hakimiyyəti) 17 mart 1978-ci il tarixli, 21/1a nömrəli qərarının “qərara aldı” hissəsinin 1-ci abzasının 5-ci bəndində qeyd edilmiş “Ərizəçi Mahmalı oğlu” sözlərinin “Ərizəçi” sözləri olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar