Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1587/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Mustagayev Əşrəf Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədi-çıxarışı yoxdur. Həmin mənzilin işıq pulu bibisinin həyat yoldaşı olan X4 adınadır. X8 1993-cü ildə vəfat etmişdir. O, bu yaxınlarda "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib, işıq pulunu öz adına keçirmək istədi. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona bildirildi ki, X4 mənzildə işıqdan istifadəyə görə 2000-2004-cü illərdə 93 manat 59 qəpik məbləğində borc yazılmışdır. Onun yaşadığı həmin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsi, ev 11-də yerləşən 10 nömrəli mənzildə işıq pulunu öz adına keçirmək üçün həmin məbləği ödəməyi tələb olunur. Onun fikrincə isə bu borc qanunsuz olaraq yazılmışdır. Çünki bu illər ərzində onlara heç bir xəbərdarlıq olunmamış və işıq pulu borcu olmasına baxmayaraq işıq xətti kəsilməmişdir Məhkəməyə müraciət etməkdə məqsədi 2000-2004cü illər ərzində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsi, ev 11-də yerləşən 10 nömrəli mənzildə işıqdan istifadəyə görə X4 adına yazılmış 93 manat 59 qəpik məbləğində borcun silinməsi ilə bağlıdır Qeyd edilənlərə əsasən onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsi, ev 11-də yerləşən 10 nömrəli mənzildə işıq pulunu öz adına keçirə bilməyi üçün 2000-2004-cü illərdə işıqdan istifadəyə görə X4 adına yazılmış 93 manat 59 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, 2000-2004-cü illər ərzində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsi, ev 11-də yerləşən 10 nömrəli mənzildə işıqdan istifadəyə görə X4 adına yazılmış borcun silinməsinə etiraz etmir, iddiaçıya qarşı hər hansı bir tələbləri yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami Rayonu Xalq Deputatları İcra Komitəsinin “Nizami rayon Sovetinin “vətəndaş X7 mənzil verilməsi haqqında 8/1630 saylı 17.05.89-cü il tarixli qərarı”nın qismən dəyişdirilməsi” haqqında 20/3006 saylı Qərarından görünür ki, “vətəndaş X7 mənzil verilməsi” haqqında 6/1630 saylı 27.05.89-cu il qərarına qismən dəyişiklik edilərək, qərarın son abzası aşağıdakı redaktədə verilmişdir: X6 Zakir küçəsi 11/10 ünvanında yerləşən 24,5 kv.m yaşayış sahəsinə malik öztikili evində M.Ə.Hüseynovun ailəsinin yaşamasına icazə verilsin, vətəndaş M.Ə.Hüseynovun Zakir küçəsi 11 ünvanında 14,5 kv.m yaşayış sahəinə malik evi sökülsün. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - İV-ЖГ seriyalı 370332 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 may 1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 iyun 1993-cü il tarixdə 73 nömrəsi ilə qeyd edilmişdir; - Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********71114 olan abunəçi X6 cari tarixə 93,59 manat borcu vardır; Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. Həmin evin işıq ödənişləri X6 adından həyata keçirilsə də, o, 01 may 1993-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı işıqdan istifadəyə görə 2000-2004-cü illərdə yaranmış borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təminetməlidir. Belə ki, məhkəm araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. İddiaçı 2000-2004-cü illərdə işıqdan istifadəyə görə yaranmış 93,59 mnat borcun silinməsini xahiş etmiş, cavabdeh isə borcun silinməsi məsələsinə etiraz etməmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən borca görə evin işıqla təmin edilməsi dayandırılmamış, cavabdeh tərəfindən borcun ödənilməsi tələb edilməmiş və ya borcla bağlı məhkəməyə müraciət olunmamışdır. X1 adına olan Abunə haqqında məlumatın borc bölməsində 93,56 manat borc olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 93,56 manat məbləğində yaranmış borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasının müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği 2004-cü il tarixinə kimi olan borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 3 ünvanında yerləşən mənzil üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 93,59 manat borc cavabdeh "xxxx" ASC tərəfindən X6 (abonent kodu: **********71114) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzil üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 93,59 manat borc cavabdeh "xxxx" ASC tərəfindən X6 (abonent kodu: **********71114) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1587/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1587/2022
05.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver