Məhkəmə qərarları › İş №2(007)-1611/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1611/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1611/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı kondisioner üçün 1000 (min) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə; 13.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********37548 Samsung Galaxy A50 markalı telefon, Samsung markalı adapter üçün 668 (altı yüz altmış səkkiz) manat ödənilməmiş hissə,103 (yüz üç) manat dəbbə; 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən. İMEİ kod **********41399 Samsung Galaxy A50 markalı telefon üçün üçün 668 manat ödənilməmiş hissə, 160 (yüz altmış) manat dəbbə, ümumilikdə 2783 manat borc, 30 manat ödənilmiş dövki: rüsumu olmaqla, cəmi 2813 manat Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 23.06.2019-cu il, 13.07.2019-cu il, 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı kondisioner, İMEİ kod **********37548 Samsung Galaxy A50 markalı telefon, Samsung markalı adapter, İMEİ kod **********41399 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 2783 (iki min yeddi yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.06.2019-cu il taıixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1122 (min yüz iyirmi iki) manat (İİ ay x 102 manat + 0 manat ilkin ödəniş) olanHoffmann markalı kondisioner üçün ümumilikdə, 1184 (min yiız səksən dörd) manat olmaqla ondan 1000 (min) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manatdəbbə; 13.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 823 (səkkiz yüz iyirmi üç) manat (12 ay x 57 manat + 139 manat ilkin ödəniş) olan İMEİ kod **********37548 Samsung Galaxy A50 markalı telefon, Samsung markalı adapter üçün ümum likdə 771 (yeddi yüz yetmiş bir) manat olmaqla ondan, 668 (altı yüz altmış səkkiz) manat ödə diməmiş hissə, (0.57 manat x 180 gün)103 (yüz üç) manat dəbbə; 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 685 (altı yüz səksən beş) manat olan İMEİ koc **********41399 Samsung Galaxy A50 markalı telefon üçün üçün ümumilikdə 828 manat olmaqla ondan 668 (altı vüz altmış səkkiz) manat ödənilməmiş hissə, 160 (yüz altmış) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 294 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.06.2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 102 manat olmaqla, 11 ay müddətinə, 1122 manat dəyərində olan Hoffmann markalı kondisioner almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında 13.07.2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 57 manat olmaqla, 12 ay müddətinə, 822 manat dəyərində olan Samsung Galaxy A50 markalı telefon, Samsung markalı adapter almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 76 manat olmaqla, 9 ay müddətinə, 685 manat dəyərində olan Samsung Galaxy A50 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 17 mart 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 17 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23.06.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 1000 manat, dəbbə borcu 184 manat olmaqla ümumilikdə 1184 manat, 13.07.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 668 manat, dəbbə borcu 103 manat olmaqla ümumilikdə 771 manat, 20.06.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 668 manat, dəbbə borcu 160 manat olmaqla ümumilikdə 828 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.06.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 102 manat olmaqla, 11 ay müddətinə, 1122 manat dəyərində olan Hoffmann markalı kondisioner almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMCdən aylıq ödəniş 57 manat olmaqla, 12 ay müddətinə, 822 manat dəyərində olan Samsung Galaxy A50 markalı telefon, Samsung markalı adapter almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 76 manat olmaqla, 9 ay müddətinə, 685 manat dəyərində olan Samsung Galaxy A50 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 23.06.2019-cu il tarixli, 13.07.2019cu il tarixli və 20.06.2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMCdən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.06.2019-cu il tarixli, 13.07.2019-cu il tarixli və 20.06.2019-cu il tarixli müqavilələr üzrə 2336,00 manat ödənilməmiş hissə, 232,00 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2568,00 (iki min beş yüz altmış səkkiz) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.06.2019-cu il tarixli, 13.07.2019-cu il tarixli və 20.06.2019-cu il tarixli müqavilələr üzrə 2336,00 manat ödənilməmiş hissə, 232,00 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2568,00 (iki min beş yüz altmış səkkiz) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar