Məhkəmə qərarları › İş №2(007)-1629/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1629/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1629/2020 19.05.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.09.2018-ci il tarixli müqaviləyə əsasən Delonghi markalı izqara və mikrodalğalı soba üçün 382 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu borcu yaranmışdır. 14 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********79360 Samsung Galaxy A6 markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə pulu borcu yaranmışdır. 22 iyul 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********86257 LG Q6 markalı telefon üçün 431 manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 1511 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1541 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.09.2018-ci il, 14.09.2018-ci il, 22.07.2018-ci il tarixli müqavilələrinə əsasən Delonghi markalı İzqara və mikrodalğalı soba, İMEİ kod **********79366 Samsung Galaxy A6 markalı telefon, İMEİ kod **********86257 LG Q6 markalı telefon almış və nəticədə 1511 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.09.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756manat olan Delonghi markalı İzqara və mikrodalğalı soba üçün ümumilikdə 420 manat olmaqla, ondan 382 manat ödənilməmiş hissə, 126 manatcərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 38 manat cərimə pulu borcu yaranmışdır. 14.09.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 943manat olan İMEİ kod **********79366 Samsung Galaxv A6 markalı telefon üçün ümumilikdə 617 manat olmaqla, ondan 561 manat ödənilməmiş hissə, 187 manatcərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 56 manat cərimə pulu borcu yaranmışdır. 22.07.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 696 manat olan İMEİ kod **********86257 LG Q6 markalı telefon üçün ümumilikdə 474 manat olmaqla, ondan 431 manat ödənilməmiş hissə, 139 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 43 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1021 manat təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ciil tarixli, K00284004 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 756 manat olan Delonghi markalı izqara və mikrodalğalı soba satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2018ci il tarixli, 00295348 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 943 manat olan Samsung Galaxy A6 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2018-ci il tarixli, K00223300 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 696 manat olan LG Q6 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 12 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 sentyabr 2018-ciil tarixli müqavilə üzrə əsas borc üzrə 382 manat, cərimə borcu üzrə 38 manat olmaqla, ümumilikdə 420 manat borcu vardır. Cavabdeh 14 sentyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 561 manat, cərimə borcu üzrə 56 manat olmaqla, ümumilikdə 618 manat, 22 iyul 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 431 manat, cərimə borcu üzrə 43 manat olmaqla, ümumilikdə 474 manat borcu vardır. İşə əlavə olunmuş 13 mart 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 07 sentyabr 2018-ciil tarixli, 14 sentyabr 2018-ci il tarixli və 22 iyul 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 07 sentyabr 2018-ciil tarixli, K00284004 nömrəli müqavilə üzrə 382 manat əsas borc, 38 manat cərimə borcu olmaqla, ümumilikdə 420 manat borc, 14 sentyabr 2018-ci il tarixli, 00295348 nömrəli müqavilə üzrə 561 manat əsas borc, 56 manat cərimə borcu olmaqla, ümumilikdə 617 manat borc, 22 iyul 2018-ci il tarixli, K00223300 nömrəli müqavilə üzrə 431 manat əsas borc, 43 manat cərimə borcu olmaqla, ümumilikdə 474 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar