Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1629/2021 03.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə “xxxx” MMC ilə bağlanmış 06.10.2019-cu il tarixli 00961663 nömrəli müqaviləyə əsasən cavabdehə İMEİ kodu **********97754 olan «Xiaomi Redmi 7» markalı telefon satılmış və nəticədə 248 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 386 manat (12 ay x 32 manat + 2 manat ilkin ödəniş) İMEİ kodu **********97754 olan «Xiaomi Redmi 7» markalı telefon üçün ümumilikdə, 248 manat olmaqla ondan 226 manat ödənilməmiş hissə, 67 manat hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunmaqla 22 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 160 manat təşkil edir. Qeyd olunanlara əsasən 06.10.2019-cu il tarixli 00961663 nömrəli müqaviləyə əsasən, İMEİ kodu **********97754 olan «Xiaomi Redmi 7» markalı telefon üçün 226 manat ödənilməmiş hissə, 22 manat cərimə, ümumilikdə 248 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 268 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 06.10.2019-cu il tarixli 00961663 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********97754 olan «Xiaomi Redmi 7» markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 06.10.2019-cu il tarixli 00961663 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 19-dan gec olmayaraq 12 ay müddətinə 32 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən Cavabdeh göndərilmiş 15.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 02.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.10.2019-cu il tarixli 00961663 nömrəli kredit müqavilə üzrə 226 manat ödənilməmiş hissə, 22 manat cərimə, cəmi 248 manat borcu vardır. İşə əlavə olunmuş 03.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 06.10.2019-cu il tarixli 00961663 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********97754 olan «Xiaomi Redmi 7» markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 06.10.2019-cu il tarixli 00961663 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 19-dan gec olmayaraq 12 ay müddətinə 32 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 06.10.2019-cu il tarixli 00961663 nömrəli müqaviləyə əsasən, İMEİ kodu **********97754 olan «Xiaomi Redmi 7» markalı telefon üçün 226 manat ödənilməmiş hissə, 22 manat cərimə, ümumilikdə 248 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 268 manat məbləğində pul "İddiaçı" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1629/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1629/2021
03.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver