Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1632/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 30.12.2018ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05016 olan “Samsung J2” markalı telefon və İMEİ Kodu **********28557 olan “NOKİA 3.1” markalı telefon almış və nəticədə 361 (üç yüz altmış bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 873 manat (səkkiz yüz yetmiş üç) (yəni 12 ay x 72 manat + 9 manat ilkin ödəniş), İMEİ Kodıı **********05016 olan “Samsung J2” markalı telefon və İMEİ Kodu **********28557 olan “NOKİA 3.1” markalı telefon üçün ümumilikdə 361 (üç yüz altmış bir) manat olmaqla ondan 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat cərimə pulu (150 gün x 0.72 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 544 manat təşkil edir. Qeyd olunanlara əsasən 30.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05016 olan “Samsung J2” markalı telefon və İMEİ Kodu **********28557 olan “NOKİA 3.1” markalı telefon üçün 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, ümumilikdə 361 manat borc, 20 manat dövlət rüsumu, cəmi 381 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2018-ci il tarixli 00447417 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ Kodu **********05016 olan “Samsung J2” markalı telefon və İMEİ Kodu **********28557 olan “NOKİA 3.1” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 30.12.2018ci il tarixli 00447417 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 28-dən gec olmayaraq 12 ay müddətinə 72 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin Cavabdeh ünvanlanmış 01.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********05016 olan “Samsung J2” markalı telefon və İMEİ Kodu **********28557 olan “NOKİA 3.1” markalı telefon almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. “xxxx” MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 06.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 329 manat ödənilməmiş hissə, 32 manat cərimə, cəmi 361 manat borcu vardır. İşə əlavə olunmuş 08.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 30.12.2018-ci il tarixli 00447417 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ Kodu **********05016 olan “Samsung J2” markalı telefon və İMEİ Kodu **********28557 olan “NOKİA 3.1” markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 30.12.2018-ci il tarixli 00447417 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın hər ayın 28-dən gec olmayaraq 12 ay müddətinə 72 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 30.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05016 olan “Samsung J2” markalı telefon və İMEİ Kodu **********28557 olan “NOKİA 3.1” markalı telefon üçün 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, ümumilikdə 361 manat borc, 20 manat dövlət rüsumu, cəmi 381 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1632/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1632/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver