Məhkəmə qərarları › İş №2(007)-164/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-164/2022

16.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-164/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı2, Cavabdeh vəkili Vəkil, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2rşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respubliksası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi cəlb edilməklə “paylı mülkiyyətin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2rşı “paylı mülkiyyətin bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilinin vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 12, mənzil 03-də qeydiyyatda olan və yaşayan oğlu X5 11 noyabr 2015-ci ildə vəfat etmişdir. Bundan əvvəl oğlu 27 yanvar 2015-ci il tarixli 2V-09 sayla qeydə alınmış vəsiyyətnamə ilə ona məxsusu olan bütün əmlakını bacısı İddiaçı2 Yevqenevaya vəsiyyət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-1295/2016 saylı, 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə miras əmlak üzrə pay bölgüsü aparılmış, ona məxsus olan əmlakın 50 faizinin İddiaçı2 Yevqenevaya, 25 fazinin ona və 25 faizinin Cavabdehy Aleksandroviçə verilməsi qət edilmişdir. Eyni zamanda X3 məxsus Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4806a saylı, üzərində iki mərtəbəli tikili olan bağ sahəsi də məxsus olmuşdur. Lakin bağ sahəsinə aid qeyd hələlik DƏDRX Bakı Ərazi İdarəsi tərəfində aparılmadığı üçün o, miras əmlakın bölgüsünə daxil edilməmişdi. Mövcud qanunlara əsasən bağ sahəsi və onun üzərində olan tikili X3 məxsusdur və onun mülkiyyətindədir. Bu əmlak üzərində hüquqlar qeydə alındıqdan sonra vərəsəlik haqında qanuna uyğun olaraq bölünməli idi. Lakin 25 faiz paya sahib olan Cavabdeh real qiymətlə bölgü aparılmasına razılaşmır, bilərəkdən işi uzadır, daha doğrusu əvvəlki bəd xislətini davam etdirir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mübahisələndirilən mənzildə anasıyla birgə yaşayır, mənzilə görə cavabdehə 35 min məbləğində pul verə bilərlər. Mənzil köhnə mənzildir, hazırda bərbad vəziyyətdədir. Torpaq sahəsi 12 sotdur, onun 9 sotu onlarındır. Həyətin bir çıxışı vardır. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o cavabdehə iddiaçıların ona hər iki əmlaklara görə 35 min manat məbləğində vəsait vermək istəmələrinə dair təklif etmələrini bildirmişdir. O, tərəflərin tərəflərin barışığa gəlməsini təklif edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı1 və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respubliksası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilə hissədə xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə pay hüququ İddiaçı2 adına, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzil xüsusi mülkiyyət hüququ hər birinin ¼ hissədə payı olmaqla İddiaçı1 və Cavabdehy Aleksandroviçin payları müəyyən olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1255/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsini surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(007)-2193/2018 saylı qətnaməsi qismən, ilkin iddianın təmin olunmayan hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdehy Aleksandroviç adına verilmiş RX seriyalı 112 161 saylı çıxarışın ləğv edilməsi, Cavabdehy Aleksandroviç ilə X14 arasında bağlanmış 17 sentyabr 2017-ci il tarixli AN-İ N ******* saylı alğı-satqı müqaviləsi və DƏDRX-də iS 4390 sayla qeydə alınmış 23 oktyabr 2017-ci il tarixli 11553772 saylı çıxarışın ləğv edilməsi, Cavabdehy Aleksandroviçdən 10000 (on min) manat pul vəsaitin alınaraq X8ytarılması, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4806a saylı, 0,1163 hektar bağ sahəsinə ½ hissədə İddiaçı2, ¼ hissədə Cavabdehy Aleksandroviçin, ¼ hissədə isə İddiaçı1 paylarının müəyyən edilməsi, cavabdehlər Cavabdehy Aleksandroviç, X9 və X10 apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - 20 avqust 2021-ci il tarixli və 15 avqust 2021-ci il tarixli İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdehy Aleksandroviçə ünvanlanmış təklif-müraciətlərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilin ümumi dəyəri olan 125 000 (yüz iyirmi beş) min manatın 25 faizi olan 33 250 (otuz üç min iki yüz əlli) manat vərəsə payı kimi Cavabdehy Aleksandroviçə təklif edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2022-ci il tarixli, 10/1289 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin otağının yerləşmə vəziyyətinə uyğun olaraq payçılar arasında 1/2 və 1/4 hissə olmaqla 3 hissəyə paylara uyğun bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2 və 2.4-cü bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə uyğun real və ideal qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi X11 tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışla Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilə hissəvi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə pay hüququ İddiaçı2 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzil xüsusi mülkiyyət hüququ hər birinin ¼ hissədə payı olmaqla İddiaçı1 və Cavabdehy Aleksandroviçin payları müəyyən olunmuşdur. 20 avqust 2021-ci il tarixli və 15 avqust 2021-ci il tarixli İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdehy Aleksandroviçə ünvanlanmış təklif-müraciətlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilin ümumi dəyəri olan 125 000 (yüz iyirmi beş) min manatın 25 faizi olan 33 250 (otuz üç min iki yüz əlli) manat vərəsə payı kimi Cavabdehy Aleksandroviçə təklif edilmişdir. Məhkəmə iclasında tərəflər bu barədə razılığa gəlməmişlər. Məhkəmə qərardadına əsasən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2022-ci il tarixli, 10/1289 nömrəli rəyinin nəticə hissəsi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilin tərəflər (payçılar) arasında naturada bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2 və 2.4-cü bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə uyğun real və ideal qaydada texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, X5 hüquqi varisi İddiaçı2 mübahisəli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilində yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmiş, mübahisəli mənzilin ¼ hissəsi İddiaçı1, digər ¼ hissəsi isə Cavabdehy Aleksandroviçin mülkiyyətindədir. Məhkəmə, payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2022-ci il tarixli, 10/1289 nömrəli rəyinin nəticə hissəsi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilin tərəflər (payçılar) arasında naturada bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2 və 2.4-cü bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə uyğun real və ideal qaydada texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilin naturada bölünməsi mümkün olmadığından iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilinin vərəsələr arasında bölünməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri qismində iddiaçının nümayəndəsi X11 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat pul müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən, 12 saylı evin 3 saylı mənzilinin vərəsələr arasında bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçının nümayəndəsi X11 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat pul müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar