Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1659/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh 5 Sayl Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna,Cavabdeh2,Cavabdeh3 Mirzəağa qızına,Cavabdeh4 qızına ,Cavabdeh5 və Cavabdeh6 qarşı vərəsəlik haqqında şəhadətnamədə düzəlişin edilməsi barədə iddiası üzrə mülki üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 5 Sayl Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna,Cavabdeh2,Cavabdeh3 Mirzəağa qızına,Cavabdeh4 qızına ,Cavabdeh5 və Cavabdeh6 qarşı vərəsəlik haqqında şəhadətnamədə düzəlişin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh 5 Sayl Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna, Cavabdeh2,Cavabdeh3 Mirzəağa qızına,Cavabdeh4 qızına ,Cavabdeh5 və Cavabdeh6 qarşı vərəsəlik haqqında şəhadətnamədə düzəlişin edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1659/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1659/2022
10.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver