Məhkəmə qərarları › İş №2(007)-1672/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1672/2022

21.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1672/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi2, Ərizəçi1 nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi Nümayəndə ərizəni onunla əsaslandırdı ki,onlar-ərizəçilər yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Onun valedeyinlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,05 hektar torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə şəhadətnamə verilib. Lakin şəhadətnamədə Ərizəçi1 adı “Quranxanım”, Ərizəçi2 soyadı isə Qənbərli əvəzinə “Məmmədov” yazılıb. Sənəddə getmiş bu səhv isə ailə üzvlərinin mülkiyyət hüquqlarını pozur. Bununla bağlı müvafiq dövlət orqanına müraciət edilsə də məhkəməyə müraciət edilməsi məsləhət görülüb. Qeyd olunanlara əsasən iddianın təmin olunması,JN-0013 KOD 80526018 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “X21” oğluna aid hissədə Ərizəçi2, “X14” qızına aid hissədə isə Ərizəçi1 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi Bakı Şəhəri məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası “Torpağa mülkiyyət hüququna dair” JN-0013 KOD 80526018 qeydiyyat nömrəli dövlət aktındam görünür ki,Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 11 noyabr tarixli 62 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhədd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X7,X1,X10,Nümayəndə,X11,X2,X8,X9 və X12 2.05 hektar torpaq sahəsinə hüquqları dövlət qeydiyyatından keçmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1974-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur.X4,anası X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur.X5, anası Nümayəndədır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayələndiyindən verilmiş xx.xx.2021-ci il tarixli 448 saylı arayışda qeyd olunur ki, “Verilir Ərizəçi2 barəsində ondan ötrü ki,onun adı olan JN-0013 saylı dövlət aktında texniki səhv olaraq yazılmış üçüncü adam X17-Ərizəçi2,altıncı adam X6-Ərizəçi1 eyni adamdır.Arayış DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə təqdim etmək üçün verilir.” Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçilərin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də JN-0013 KOD 80526018 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi2 adı səhvən “X21” oğlu, Ərizəçi1 adı isə “X14” qızı kimi yazılmışdır. Ona görə də ərizəçilərin hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə tələbləri təmin olunmalı,qeyd olunan yanlışlıq aradan qaldırılmalıdır. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçilərə torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınması üçün lazımdır. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, JN-0013 KOD 80526018 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “X21” oğluna aid hissədə Ərizəçi2, “X14” qızına aid hissədə isə Ərizəçi1 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 11 noyabr tarixli 62 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0013 KOD 80526018 qeydiyyat nömrəli şəhadətnamənin “X21” oğluna aid hissədə Ərizəçi2, “X14” qızına aid hissədə isə Ərizəçi1 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar