Məhkəmə qərarları › İş №2(007)-1678/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1678/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1678/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyun 2019-cu il tarixli, 25 iyun 2019-cu il tarixli və 25 iyun 2019-cü il tarixli müqavilələrə əsasən ona satdığı “Hoffmann” markalı paltaryuyan, “Hoffmann” markalı kondisioner və “X1 7” markalı telefona görə yaranmış ümumi 1849 manat dəyərində borcun və 30 manat ödənilmiş dövlət rüsumun, cəmi 1879 manat məbləğindən vəsaitin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 19 iyun 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 manat (11 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan “Hoffman” markalı paltaryuyan üçün ümumilikdə 175 manat olmaqla, ondan 159 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olaraq 16 manat cərimə pulu borcu yaranmışdır Bundan əlavə 25 iyun 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1423 manat (11 ay x 129 manat + 4 manat ilkin ödəniş) olan “Hoffmann” markalı kondisioner üçün ümumilikdə 1269 manat olmaqla, ondan 1154 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 12 manat cərimə borcu yaranmışdır. Bundan əlavə 25 iyun 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 560 manat (06 ay x 92 manat + 8 manat ilkin ödəniş) olan “X1 7” markalı telefon üçün ümumilikdə 405 manat olmaqla, ondan 368 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 115 manat cərimə borcu yaranmışdır.Hər üç müqavilələr üzrə, cavabdeh ona 830 manat məbləğində ödəmə etmiş və 1681 manat ödənilməmiş əsas borcu qalmışdır. Beləliklə, hər üç müqavilələr üzrə cavabdehin ona 1681 manat əsas borcu və 168 manat cərimə olmaqla, cəmi 1849 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 00731139 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 528 manat olan “Hoffmann” markalı paltaryuyan satılmışdır. Eləcə də, işə əlavə olunmuş 25 iyun 2019-ci il tarixli, 00741876 nömrəli müqavilədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 560 manat olan “X1 7” markalı telefon satılmışdır. Habelə, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 yun 2019-cu il tarixli, 00741946 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1423 manat olan “Hoffmann” markalı kondisioner satılmışdır. Hər üç müqavilələr üzrə Cavabdeh həmin müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 17 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 iyun 2019-cu il tarixli 00731139 nömrəli müqavilə üzrə əsas borcu 159 manat, cərimə borcu 16 manat olmaqla, cəmi 175 manat borcu qalmışdır.Eləcə də, 25 iyun 2019-cu il tarixli 00741876 nömrəli müqavilə üzrə əsas borcu 368 manat, cərimə borcu 37 manat olmaqla, cəmi 405 manat borcu qalmışdır. Habelə, 25 iyun 2019-cu il tarixli 00741946 nömrəli müqavilə üzrə əsas borcu 1154 manat, cərimə borcu 115 manat olmaqla, cəmi 1269 manat borcu qalmışdır. Beləliklə hər iki müqavilələr üzrə Cavabdeh MMC-yə cəmi 1849 manat məbləğində borcu qalmışdır. İşə əlavə olunmuş 18 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 19.06.2019-ci il tarixli 00731139 nömrəli, 25.06.2019-cü il tarixli 00741946 nömrəli və 25.06.2019-cu il tarixli 00741876 nömrəli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 19.06.2019-ci il tarixli 00731130 nömrəli, 25.06.2019-cü il tarixli 00741946 nömrəli və 25.06.2019-cu il tarixli 00741876 nömrəli müqavilələr üzrə cəmi 1849 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar