Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1691/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ondan almış olduğu malların dəyəri kimi 6764 manat məbləğində pulunun və 30 manat dövlət rüsumunun X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, tanışı olan X2 xahişi ilə bir neçə ay bundan əvvəl aralarında olan şifahi razılaşmaya əsasən, ona məxsus olan müxtəlif məişət, qızıl-ziııyət əşyalarını və elektrotexnika mallarını satmış və ya onun adına onları mağazalardan kreditlə alıb cavabdehə vermişdir. O, pulun bir hissəsini ona ödəyəndən sonra böyük məbləğdə qalan hissəslərini ödəməkdən əvvəlcə müxtəlif bəhanələrlə yayınmağa, sonda isə tam inkar etməyə başladı. Buna səbəb kimi pulunun olmadığını bildirir. Belə ki,X3 o, bir neçə ay bundan əvvəl aşağıdakı malları satmışdır: Z.Ömerə mağazadan öz adına "Samsung-A-51" markalı mobil telefon alıb vermişdir. Telefonun imei kodu...**********29 və **********29986-dır. Telefonun qiyməti 924 manat olmaqla telefonun pulundan Z.Ömer ona cəmi 320 manat ödəmişdir. 604 manat borclu qalmışdır. Z.Ömerə Notebook alıb vermişdir. Onun qiyməti 3000 manatdır. Bu puldan ona heç nə ödəməyib. Notebook onun adına alırmışdır. Z.Ömerə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mağazasından müqavilə üzrə qiyməti 3920 manat olan qızıl-zinyət əşyalarımı almışdır və Z.Ömerə satlıq mal kimi vermişdir. O, bu qızıl-zinət əşyalarının pulundan ona cəmi 820 manat qaytarmışdır. 3100 manat borclu qalmışdır. Z.Ömerə qiyməti 120 manat olan bir ədəd Blinder satmışdır. Ona cəmi 60 manat ödəniş edib, 60 manat borclu qalmışdır. Hesablamaları ila müəyyən etmişdir ki, bu günə ona 6764 manat borcu vardır. Qeyd etdiyim qızıl-zinyət əşyaları, məişət və elektrotexnika mallları indi də Z.Ömerin evindədir və özü istifadə edir. Züleyxa Ömer ona ödədiyi pulların hamısının özündə yazılı qeydini aparmaqla şəxsən ona imza da etdirmişdir. Lakin cavabedhə inamına görə satdığı malları və əşyaları qəbzlə verməmişdir. Buna baxmayaraq, həmin malların ona məxsus olmasını onda olan texniki pasportları, imeil kodları, mağazalardan alınmasına dair alqı-satqı müqavilələri, mağazalara ödəniş cədvəlləri, bildirişlər, pul ödənişinə dair kassa qəbzləri və s. sənədləri ilə də müəyyən etmək olar və tam təsdiq olunur. Ona olan borcların etirafına dair Z.Ömerin və onun anasının telefon səs yazıları da onda vardır. Bundan başqa, bu faktları təsdiq edə biləcək kifayət qədər şahidləri də vardır. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, X1 6364 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və cavabdehin ona hal hazırda 6364 manat borcu qaldığını bildirdi. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, həmin malları o, nisiyə götürmüşdür. Pandemiyadan öncə o, borcunu vaxtlı vaxtında ödəsə də, sonradan işlər bağlanmış, toylar bağlanmış, borcunu ödəyə bilməmişdir. Hazırda isə valideynləri həmin borcdan hissə-hissə ödəyir. O, borcunu etiraf edir. 6364 manat borcu vardır və həmin borcu ödəyəcəkdir. Pandemiyaya görə yaranmış maddi vəziyyəti ilə bağlı borcu ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Soliton” LTD ilə İddiaçı arasında bağlanmış 20 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı “Soliton” LTD-dən ümumi dəyəri 2939 manat olan məişət avadanlıqları almış və həmin məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - “Soliton” LTD ilə İddiaçı arasında bağlanmış 13 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı “Soliton” LTD-dən ümumi dəyəri 924 manat olan məişət avadanlıqları almış və həmin məbləği hissə hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı öz adına əşyalar alaraq cavabdehə vermiş, cavabdeh X4 isə həmin əşyaların dəyərini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş və iddiaçıya borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borcu etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 İddiaçı xeyrinə 6364 manat vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X1 tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X1 6364 (altı min üç yüz altmış dörd) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1691/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1691/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver