Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1699/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyaya qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyaya qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 13 dekabr 1994-cü il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Anası X1 Əli Əliydər oğlunu övladlığa götürmüş və daha sonra 06 iyun 2015-ci il tarixdə vəfat etmişdir. X3 psixi xəstəlikdən əziyyət çəkdiyindən ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyin edilmiş və əlilliyə görə pensiya almaq hüququ yaranmışdır. Lakin, analarının ölümündən sonra qardaşına əlilliyə görə təyin edilmiş pensiya dayandırılmış və ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Qardaşı psixi xəstəlikdən əziyyət çəkdiyindən hərbi xidmətə də yararsız olmuş və bunu təsdiq edən sənədlər də mövcuddur. X3 həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. X15 özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Buna görə də, 13 dekabr 1994-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verərək, ərizəsində göstərilən “X15” ifadəsinin “X14” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir (məhkəmənin hazırlıq iclasında maraqlı şəxsin nümayəndəsi iştirak etmişdir). Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 13 dekabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır; - 11 fevral 2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, 02 dekabr 1967-ci il təvəllüdlü X5, 03 dekabr 1994-cü il təvəllüdlü X14, 19 aprel 2018-ci il təvəllüdlü X16 və 03 avqust 1989-cu il təvəllüdlü Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadırlar; - XVİ-ЖГ seriyalı, 300348 saylı doğum haqqında şəhadətnamənin və AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi 03 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, X2 qeyd olunmuşdur; - AZ-İ seriyalı, 003460 saylı övladlığa götürmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 13 dekabr 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş X14, X4 tərəfindən övladlığa götürülmüş və ona “Həsənli” soyadı, “Emil” adı, “Əliydər” ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 24 sentyabr 2004-cü il tarixdə, 17 nömrə ilə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində qeyd edilmişdir, şəhadətnamə 24 sentyabr 2004-cü il tarixdə verilmişdir; - AZ-İİ seriyalı, 681440 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 13 dekabr 1994-cü il tarixdə doğulmuşdur, atası X10, X2 qeyd edilmişdir; - AZ-İ seriyalı, 773727 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 06 iyun 2015-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 iyun 2015-ci il tarixdə, 410 nömrə ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeyd edilmişdir; - Baş Səhiyyə İdarəsinin Uşaq Ruhi-Əsəb Dispanserinin 29 noyabr 2004-cü il tarixli, 257/02 saylı arayışından görünür ki, 13 dekabr 1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X14 xəstədir və dispanserdə “postkommotsion sindrom (ensefalopatiya) nitq və intellektin ləngiməsi” diaqnozu ilə qeydiyyatdadır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 11 fevral 2021-ci il tarixli, ********** saylı pensiya haqqında arayışından görünür ki, 13 dekabr 1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X11 ailə başçısını itirdiyinə görə 01 iyul 2015-ci il tarixdən etibarən 527,58 manat pensiya təyin edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 26 aprel 2021-ci il tarixli, 902 saylı rəyindən görünür ki, X6 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ağıl zəifliyi ilə əlaqədar olaraq təhsil ala bilməməsi, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X26 Dispanserində qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeyriadekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 13 dekabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş X6 orta dərəcəli əqli gerilik qeyd olunur. O, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 13 dekabr 1994-cü il tarixdə doğulmuş qardaşı X14 “postkommotsion sindrom (ensefalopatiya) nitq və intellektin ləngiməsi” diaqnozu ilə xəstədir və həmin xəstəliklə əlaqədar X26 Dispanserində qeydiyyatdadır, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə 26 aprel 2021-ci il tarixli 902 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan bacısı Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 13 dekabr 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 dekabr 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1699/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1699/2021
20.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver