Məhkəmə qərarları › İş №2(007)-170/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-170/2022

15.07.2022 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-170/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İlk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayənləsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna qarşı müqavilənin ləğv olunması, ödənilmiş avansın qaytarılması və sığorta hadisəsi nəticəsində ona çatacaq pulun tutulmasına dair ilk iddia tələbi, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdeh İddiaçı qarşı borc,dəymiş zərərin hesablanması,manzildə aparılan yaxşılaşdırılma işlərinin sökülməsi və qüsurların aradan qaldırılması xərcinin müəyyən edilməsi, qeydiyyatdan çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna qarşı müqavilənin ləğv olunması, ödənilmiş avansın qaytarılması və sığorta hadisəsi nəticəsində ona çatacaq pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Məhkəmədə işə baxılarkən iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu cavabdeh İddiaçı qarşı borc,dəymiş zərərin hesablanması,manzildə aparılan yaxşılaşdırılma işlərinin sökülməsi və qüsurların aradan qaldırılması xərcinin müəyyən edilməsi,qeydiyyatdan çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişdir. 15 iyul 2022-ci il tarixli məhkəmə iclasında tərəflər barışıq sazişi bağladıqlarını bildirdilər və barışıq sazişinin təsdiq olunaraq hər iki iddia üzrə işin icraatına xitam verilməsini xahiş etdilər. X1 görə: Maddə 1. Mübahisənin qısa təsviri “1.1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-170/2022 saylı iş üzrə, ilk iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna qarşı kirayə müqaviləsinin ləğv olunması, ödənilmiş avansın qaytarılması və sığorta hadisəsi nəticəsində ona çatacaq pulun tutulması barədə iddia tələbi ilə, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu isə cavabdeh İddiaçı qarşı borc, dəymiş zərərin hesablanması, mənzildə aparılan yaxşılaşdırma işlərinin sökülməsi və qüsurların aradan qaldırılması xərcinin müəyyən edilməsi, qeydiyyatdan çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. 1.2. Mövcud iş üzrə məhkəmə tərəfindən tərəflərə barışıq sazişinin bağlanılması tövsiyə edilmiş, həmçinin İddiaçı 04 iyul 2022-ci il tarixində Fonda müraciət edərək sosial vəziyyətini, səmimi peşmançılığını dilə gətirərək aylıq ödənişlərini vaxtında ödəyəcəyini, o cümlədən yaranmış qalıq borcunu isə 3-6 ay müddətində tam ödəyəcəyini qeyd edərək barışıq sazişinin bağlanılmasını xahiş etmişdir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Bakı şəhəri Nizami Rayon Məhkəməsi (bundan sonra-məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 17 iyun 2020-ci il tarixli KM0196 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra- kirayə müqaviləsi) təkrar qüvvəyə minir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini həyata keçirəcəkdir. 2.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən 3 (üç) iş günü müddətində kirayə müqaviləsinə İkinci tərəfindən 12 avqust 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl xitam verildiyi müddətə qədər ödənilməli olan aylıq ödənişlər üzrə yaranmış 2543,91 (iki min beş yüz qırx üç manat 91 qəpik) manat borcu Birinci tərəf İkinci tərəfə ödəyir. 2.4. Tərəflər təsdiq edir ki, kirayə müqaviləsinə vaxtında əvvəl xitam verildiyi 12 avqust 2021-ci il tarixindən bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixədək olan müddət üzrə Birinci tərəfin ödənilməmiş aylıq ödənişlər üzrə aylıq 847,97 (səkkiz yüz qırx yeddi manat 97 qəpik) manat olmaqla ümumilikdə 9327,67 (doqquz min üç yüz iyirmi yeddi manat 67 qəpik) manat məbləğində İkinci tərəfə qarşı borcu yaranmışdır və bu borcu bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonrakı aydan başlayaraq 3 (üç) ay ərzində bərabər hissələrlə İkinci tərəfə ödəyəcəkdir. Birinci tərəf borc üzrə ödənişləri hər ayın 1-dən 5-ə dək aylıq 3109,22 (üç min yüz doqquz manat 22 qəpik) manat olmaqla 3 (üç) ay müddətində İkinci tərəfə nağdsız qaydada ödəyəcəkdir. 2.5. Birinci tərəf öz istəyi ilə bu Sazişin 2.4-cü maddəsində qeyd olunan umumi borc məbləğini daha qısa müddətdə və ya aylıq müəyyən edilən məbləğdən artıq qaydada ödəyə bilər. 2.6. Birinci tərəf bu Sazişin 2.3-cü və 2.4-cü maddələrində qeyd olunan öhdəlikləri ilə bərabər, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.7. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.3-cü, 2.4-cü və 2.6-cı maddələrində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə bir tərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.8. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.3-cü, 2.4-cü və 2.6-cı maddələrində qeyd olunan öhdəliklər onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunana səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə bir tərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üçün icra sənədi ilə icraya müraciət edir. 2.9. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.10. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edilyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.11.Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin özləri qarşılayırlar. 2.12. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.13. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.14. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, bu Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 3.4. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.5. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır. 3.6. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim ediləcəkdir” Azərbaycan Respublikası MPM-nin 52.3-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna qarşı müqavilənin ləğv olunması, ödənilmiş avansın qaytarılması və sığorta hadisəsi nəticəsində ona çatacaq pulun tutulmasına dair ilk iddia tələbi, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdeh İddiaçı qarşı borc,dəymiş zərərin hesablanması,manzildə aparılan yaxşılaşdırılma işlərinin sökülməsi və qüsurların aradan qaldırılması xərcinin müəyyən edilməsi,qeydiyyatdan çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq olunsun: Maddə 1. Mübahisənin qısa təsviri “1.1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-170/2022 saylı iş üzrə, ilk iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna qarşı kirayə müqaviləsinin ləğv olunması, ödənilmiş avansın qaytarılması və sığorta hadisəsi nəticəsində ona çatacaq pulun tutulması barədə iddia tələbi ilə, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu isə cavabdeh İddiaçı qarşı borc, dəymiş zərərin hesablanması, mənzildə aparılan yaxşılaşdırma işlərinin sökülməsi və qüsurların aradan qaldırılması xərcinin müəyyən edilməsi, qeydiyyatdan çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. 1.2. Mövcud iş üzrə məhkəmə tərəfindən tərəflərə barışıq sazişinin bağlanılması tövsiyə edilmiş, həmçinin İddiaçı 04 iyul 2022-ci il tarixində Fonda müraciət edərək sosial vəziyyətini, səmimi peşmançılığını dilə gətirərək aylıq ödənişlərini vaxtında ödəyəcəyini, o cümlədən yaranmış qalıq borcunu isə 3-6 ay müddətində tam ödəyəcəyini qeyd edərək barışıq sazişinin bağlanılmasını xahiş etmişdir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Bakı şəhəri Nizami Rayon Məhkəməsi (bundan sonra-məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 17 iyun 2020-ci il tarixli KM0196 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra- kirayə müqaviləsi) təkrar qüvvəyə minir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini həyata keçirəcəkdir. 2.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən 3 (üç) iş günü müddətində kirayə müqaviləsinə İkinci tərəfindən 12 avqust 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl xitam verildiyi müddətə qədər ödənilməli olan aylıq ödənişlər üzrə yaranmış 2543,91 (iki min beş yüz qırx üç manat 91 qəpik) manat borcu Birinci tərəf İkinci tərəfə ödəyir. 2.4. Tərəflər təsdiq edir ki, kirayə müqaviləsinə vaxtında əvvəl xitam verildiyi 12 avqust 2021-ci il tarixindən bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixədək olan müddət üzrə Birinci tərəfin ödənilməmiş aylıq ödənişlər üzrə aylıq 847,97 (səkkiz yüz qırx yeddi manat 97 qəpik) manat olmaqla ümumilikdə 9327,67 (doqquz min üç yüz iyirmi yeddi manat 67 qəpik) manat məbləğində İkinci tərəfə qarşı borcu yaranmışdır və bu borcu bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonrakı aydan başlayaraq 3 (üç) ay ərzində bərabər hissələrlə İkinci tərəfə ödəyəcəkdir. Birinci tərəf borc üzrə ödənişləri hər ayın 1-dən 5-ə dək aylıq 3109,22 (üç min yüz doqquz manat 22 qəpik) manat olmaqla 3 (üç) ay müddətində İkinci tərəfə nağdsız qaydada ödəyəcəkdir. 2.5. Birinci tərəf öz istəyi ilə bu Sazişin 2.4-cü maddəsində qeyd olunan umumi borc məbləğini daha qısa müddətdə və ya aylıq müəyyən edilən məbləğdən artıq qaydada ödəyə bilər. 2.6. Birinci tərəf bu Sazişin 2.3-cü və 2.4-cü maddələrində qeyd olunan öhdəlikləri ilə bərabər, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.7. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.3-cü, 2.4-cü və 2.6-cı maddələrində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə bir tərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.8. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.3-cü, 2.4-cü və 2.6-cı maddələrində qeyd olunan öhdəliklər onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunana səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə bir tərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üçün icra sənədi ilə icraya müraciət edir. 2.9. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.10. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edilyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.11.Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin özləri qarşılayırlar. 2.12. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.13. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.14. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, bu Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 3.4. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.5. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır. 3.6. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim ediləcəkdir” İddiaçı cavabdeh Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna qarşı müqavilənin ləğv olunması, ödənilmiş avansın qaytarılması və sığorta hadisəsi nəticəsində ona çatacaq pulun tutulmasına dair ilk iddia tələbi,iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdeh İddiaçı qarşı borc,dəymiş zərərin hesablanması,manzildə aparılan yaxşılaşdırılma işlərinin sökülməsi və qüsurların aradan qaldırılması xərcinin müəyyən edilməsi,qeydiyyatdan çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2 (007)-170/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar