Məhkəmə qərarları › İş №2-2(102)-246/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-246/2024

29.03.2024 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-246/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı x1nin Cavabdeh qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-941/2023 nömrəli 2023-cü il 12 dekabr tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı x1 (bundan sonra-“id diaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2012-ci il 6 noyabr tarixli * və 2013-cü il 28 mart tarixli ** saylı müqavilələr üzrə yaranmış 23.965,92 əsas borc, 40.189,63 manat cərimə və 30 manat məbləgində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli 2-2(113)-1200/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 23.965,92 manat əsas borc, 1.000 manat dəbbə pulu, cəmi 24.965,92 manat pul və 11,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, 18,60 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keç irilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləgin 60 manat məbləğinin cavabehdən, 90 manat məbləğinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev). Qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-471/2022 saylı 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov, R.Qurbanov ). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)695/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 7 iyul 2022-ci il tarixli 2-2(103)-471/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və A.Abbasov). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli, 2-2(113)-1200/2022 saylı qətnaməsi qismən, cavabdehdən 9.498,35 manat əsas borcun tutulması his səsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim X.Cəmilova, hakimlər A.Oruczadə və R.Səmədov). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(102)-397/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - əsas borcun 4.785,62 manatı hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər Ə.Nurməmmədov və A.Hüseynov). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 dekabr tarixli 2-2(103)-941/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2-2(113)-1200/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim C.Musayeva, hakimlər F.Babayev və G.Axundova). Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İstinad olunan normanın tələbləri baxımından kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya qaydasında yoxlanıla bil məz. Hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli 22(102)-397/2023 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas borcun 4.785,62 manatı hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, yeni apellyasiya instansiyası məhkəməsinin baxış hədlərini iddianın yalnız 4.785,62 manat borcla bağlı hissəsi təşkil etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan, MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-941/2023 nömrəli 2023-cü il 12 dekabr tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.R.Vəliyeva Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar