Məhkəmə qərarları › İş №2-2(102)-397/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-397/2023

20.09.2023 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-397/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun və cərimənin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçının Cavabdehə qarşı "borcun və cərimənin ödənilməsi" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2- 2(103)-178/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2012-ci il 6 dekabr tarixli 104-LD/12 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqaviləyə əsasən, lizinq verən "xxxx" ASC 50 faiz güzəştdən sonrakı ümumi dəyəri 3.622,80 manat olan Holştin-friz cinsindən olan 2 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 1.816,90 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 1.816,90 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı dövlət vəsaiti hesabına i dxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqaviləyə əsasən, lizinq verən "xxxx" ASC ümumi dəyəri 87.003,29 manat olan Holştin-friz cinsindən olan 50 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 43.501,65 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 43.501,64 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 2014-cü il 16 sentyabr tarixli pretenziya məktubuna əsasən, 2014-cü il 1 sentyabr tarixədək yaranmış 4.103 manat borcun ödənilməsi, 2016-cü il 14 iyun tarixli pretenziya məktubuna əsasən, 2016-cı il 1 iyun tarixə dək gecikdirilmiş 28.751,54 manat borcun ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2017-ci il 1 avqust tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı cavabdehdən 23.965,92 manat əsas borc, 17.922,15 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 41.918,07 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və müqavilənin ləğv edilərək, lizinq obyekti olan 52 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə iddia ərizəsi ilə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

5. Sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2012-ci il 6 noyabr tarixli 104-L D/12 və 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı müqavilələr üzrə yaranmış 23.965,92 əsas borc, 40.189,63 manat cərimə və 30 manat məbləgində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2012-ci il 6 noyabr tarixli 104-LD/12 və 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 52 baş cins damazlıq heyvanı lizinqə götürmüş, damazlıq heyvanların dəyərindən 45.318,55 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun müqavilələr üzrə 2020-ci il 4 fevral tarixi nədək 23.965,92 manat əsas borc, 40.189,63 manat cərimə borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

7. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 427.3, 445.2.1, 748-1.12.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 40.2-ci maddələrinə istinad edilmişdir.

8. Cavabdehin vəkili və nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək ekspertiza təyin edilməsini xahiş etmişdir.

9. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2017-ci il 15 noyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksp ertizası Mərkəzinə həvalə edilmişdir (hakim – V.Həsənov).

10. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 11 oktyabr tarixli 31369 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 2017-ci il 20 iyun tarixinədək iddiaçıya ümumi 41.888,08 manat borcu vardır.

11. Cavabdeh 2020-ci il 16 yanvar tarixində vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə vəsatət təmin edilmişdir.

12. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli 2(008)104/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə cavabdehdən 23.965,91 manat əsas borc, 4.000 manat dəbbə pulu, cəmi 27.965,92 manat borc və 30 manat dövlət rüsumu, ümumilikdə 27.995,92 manat məbləğində pul vəsaitinin tutulması qət edi lmişdir (hakim - Z.Hacıyev).

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli 2(103)-4062/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - X.Mərdanova, hakimlər - E.Həsənov və F.Babayev).

14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli 2(102)-4873/2021 saylı qərarı ilə şikayət təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən - V.Həsənov, hakimlər – Ə.Əhmədov və İ.Şəfiyev).

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 1 de kabr tarixli 2(103)-10842/2021 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli 2(008)-104/2020 saylı qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən - İ.Şirinov, hakimlər T.Səmədov və A.Tanrıverdiyev).

16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli 2-2(113)-1200/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 23.965,92 manat əsas borc, 1.000 manat dəbbə pulu, cəmi 24.965,92 manat pul və 11,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, 18,60 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləgin 60 manat məbləğinin c avabehdən, 90 manat məbləğinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq olunan sənədlərlə cavabdehin lizinq müqavilələri üzrə iddiaçıya olan gecikdirilmiş borcu təsdiq olunduğundan 23.965,93 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. İddiaçı 40.189,63 manat dəbbə pulu tələb etsədə ekspert rəyi ilə dəbbə pulunun məbləgi 17.922,15 manat müəyyən olunmuşdur. Tələb olunan dəbbə pulu məbləği yaranmış 23.965,93 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləği azaldılaraq 1.000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətli hesab edilmişdir.

19. İddianın təmin edilmiş hissəsini nəzərə alaraq ödənilmiş 30 manat dövlət rüsumun 11,40 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18,60 manat məbləğ iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğin 60 manat məbləği cavabdehdən, 90 manat məbləği isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

20. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 467, 747.1, 748-10.1-ci; MPM-in 14.2, 80, 119.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin, iddianın təmin edildiyi hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Ap ellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı 2022-ci il 22 iyun tarixində vəsatətlə məhkəməyə müraciət edərək, bağlanmış lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Agentliyə ötürüldüyünü bildirmiş, ona görə də Agentliyinin işə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli qərardadı ilə iddiaçı, prosessual hüquq varisi olan Agentlik ilə əvəz olunmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 22(103)-471/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbano v).

25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, tərəflər arasında iki lizinq müqaviləsi bağlanmışdır. Müqavilələrə əsasən, iki müqavilə üzrə ilkin ödənişlər çıxılmaqla cavabdeh tərəfindən cəmi 45.318,54 manat (1.816,90 manat+43.501,64 manat) ödəniş edilməli idi.

26. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 11 oktyabr tarixli 31369 nömrəli ekspert rəyinə əsasən, cavabdehin 2017-ci il 20 iyun tarixinə iddiaçıya olan əsas borcu 23.965,93 manat, cərimə borcu 17.922,15 manat olmaqla, ümumi borcu 41.888,08 manat müəyyən edilmişdir. Rəyə əsasən cavabdeh tərəfindən iki müqavilə üzrə ödəniş qrafikləri əsasında ödənilməli olan məbləğdən 21.352,62 manat ödəniş həyata keçirilmişdir.

27. İddiaçı tərəfindən təqdim edilmiş, iş material larının 1-ci cildinin 96-cı vərəqinə əlavə edilmiş maliyyə arayışında da cavabdehin qrafiklər üzrə ödənişlərinin ümumi məbləğinin 21.352,62 manat olduğu qeyd edilmişdir.

28. İddiaçı tərəfindən məhkəməyə tələb edilən 40.189,63 manat cərimənin hansı qaydada hesablanması ilə bağlı cədvəl təqdim edilmişdir.

29. Cavabdehin iddiaya etirazı bundan ibarət olmuşdur ki, cavabdehin lizinq şirkətinə qalıq borcu düzgün hesablanmamış, 80.000 manata yaxın məbləğ ödənildiyi nəzərə alınmamış, 13 baş heyvan tələf olmuş, həmin heyvanlara görə iddiaçı "xxxx" ASC – dən sığorta pulu almışdır.

30. Cavabdeh "xxxx" ASC tərəfindən cavabdehə lizinqə verilmiş və tələf olmuş mallara görə iddiaçıya hansı məbləğdə sığorta ödənişi ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

31. Cavabdeh tərəfindən m əhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən və lizinq müqavilələrinə əsasən tərtib edilmiş qrafiklər üzrə nağd olaraq 2013-cü il 8 may tarixində 604 manat, 9 iyul tarixində 3.500 manat, 13 avqust tarixində 604 manat, 4 oktyabr tarixində 4.105 manat, 4 noyabr tarixində 4.103 manat, 2014-cü il 27 yanvar tarixində 4.105 manat vəsait ödənilmişdir.

32. Cavabdeh tərəfindən sığorta haqqı ödənişləri, heyvanların saxlanma xərci ilə bağlı təqdim etdiyi mədaxil qəbzləri məhkəmə tərəfindən lizinq borcu üzrə ödəniş kimi qəbul edilməmişdir. 33. "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilsə də, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və mübahisə ilə bağlı məhkəməyə yazılı izahat göndərməmişdir.

34. İddiaçının Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış 2020-ci il 5 fevral tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehə lizinqə verilmiş və tələb olmuş 22.745,06 manat dəyərində 13 baş damazlıq heyvandan 4 baş heyvana görə "xxxx" ASC tərəfindən 4.785,61 manat məbləğində sığorta ödənişi ödənilmiş, həmin məbləğ cavabdehin ərizəsi əsasında borcuna yönəldilmişdir. 12.301,43 manat məbləğində 7 baş heyvanın sığorta hadisələri "xxxx" ASC tərəfindən araşdırılaraq baxımsızlıq və təsərrüfatsızlıq səbəbindən sığorta ödənişlərindən imtina edilmiş, 1.745,66 manat məbləğində 1 baş heyvanın tələb olması barədə sənədlərin cavabdeh tərəfindən sığorta hadisəsindən uzun müddət (6-8 ay) keçdikdən sonra "xxxx" ASC-nin sığorta şirkətinə müraciəti cavabsız qalmış, 1.769,25 manat məbləğində 1 baş heyvanın tələf olması barədə sənədlər isə sahibkar tərəfindən ümumiyyətlə təqdim edi lməmişdir.

35. İddiaçı lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən cavabdehdən öhdəliyin ödəniş qrafikinə uyğun həyata keçirilməməsinə görə dəbbə pulu tələb etməyə haqlı olsa da, öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehin ödəməli olduğu dəbbə pulunun məbləği 40.189,63 manat deyil, ekspert rəyinə əsasən 17.922,15 manat müəyyən olunduğundan və bu məbləğ borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, azaldaraq 1.000 manat həddində müəyyən edilməlidir.

36. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

37. Cavabdeh ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün apellyasiya şikayətində hər hansı əsaslı dəlil qeyd etməmişdir. Apellyasiya şikayətində istinad edilmiş 2013-cü il 27 mart tarixli 2 85552 saylı (damazlıq heyvanların üstəlik xərci), 2013-cü il 28 mart tarixli 286665 saylı (damazlıq heyvanların saxlanma xərci), 2013-cü il 8 aprel tarixli 288798 saylı (sığorta haqqı), 2013-cü il 8 may tarixli 357220 saylı (sığorta haqqı) kassa mədaxil qəbzlərində ödənişin təyinatı fərqli olduğundan həmin ödənişlərin cavabdehin lizinq borcundan çıxılmaması pozuntu hesab edilə və təkrar ekspertiza təyin edilməsi üçün əsas ola bilməz.

38. Lizinq müqavilələri üzrə əsas borcun tam ödənildiyi cavabdeh tərəfindən sübut edilmədiyindən qətnamə cavabdehdən iddiaçının xeyrinə öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsində də əsaslı hesab edilir.

39. Apellyasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, məhkəmə tələf olmuş heyvanlara görə sığorta ödənişinin məblə ği ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş məktubla kifayətlənmiş, bununla bağlı üçüncü şəxsin mövqeyini nəzərə almamışdır.

40. MPM-in tələbinə əsasən, lizinqə verilmiş və tələf olmuş heyvanlara görə "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin məbləğinin iddiaçının qeyd etdiyi məbləğdən artıq olduğunun sübut edilməsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bu barədə məhkəməyə sübut təqdim etmədiyindən məhkəmənin iş materiallarında mövcud olan sübutlar əsasında qətnamə qəbul etməsi pozuntu hesab edilə bilməz. "xxxx" ASC mübahisə ilə bağlı hər hansı mövqe bildirmədiyindən məhkəmə tərəfindən üçüncü şəxsin mövqeyinin nəzərə alınmadığına dair mülahizə də əsassız hesab edilmişdir.

41. Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, cavabdehə tələb edilən borc məbləği ilə bağlı iddiaçı tərəfindən pretenziya məktubu göndərilməmişdir.

42. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməməsi iddianın rədd edilməsi üçün deyil, MPM-in 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsas ola bilərdi.

43. İş materiallarına əsasən, hazırkı halda gecikdirilmiş borcun ödənilməsi ilə bağlı cavabdehə iddiaçı tərəfindən iki dəfə, sonuncu dəfə 28.751,54 manat məbləğində borcla bağlı 2016-cı il 14 iyun tarixində pretenziya göndərilmiş, həmin məktubların surətləri iş materiallarına əlavə edilmişdir (1-ci cild 11 və 137-ci vərəqlər). İşə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılarkən cavabdeh məhkəməyə pretenziya məktublarını almaması və bu əsasla iddianın baxılmamış saxlanılmasına dair vəsatətlə müraciət etməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 385.1, 445.1, 462.1, 465.2, 467, 747.1, 748-10.1-ci; MPM-in 14.2, 77.1, 102.2, 259.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 18 iyul tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

46. Cavabdeh 2022-ci il 14 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 noyabr tarixli 2-2(102)-695/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)-471/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – İ.Dadaşov, hakimlər – B.Qəribov və A.Abbasov).

48. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, məhkəmələr qətnamə qəbul edərkən ekspert rəyini sübut kimi qəbul etsələr də, ekspertin rəyindən tədqqiqat aparılarkən cavabdeh tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinin hamısının nəzərə alınmadığı aydın olmuşdur. Cavabdehin apellyasiya və kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 1.498, 35 manat, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 8.000 manat, 2013-cü il 8 a prel tarixli 288798 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 7.000 manat, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 3.525 manat, cəmi 20.023,35 manat ekspert tədqiqatı aparılarkən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi tərəfindən isə həmin dəlillərə müfəssəl və adekvat hüquqi qiymət verilməsi təmin edilməmiş, həmçinin rəydən ekspertin cavabdehin borcunu hansı qaydada və hansı sənədlərə əsasən hesabladığını da müəyyən etmək olmamışdır. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı və digər sübutlarla birlikdə məhkəmələr tərəfindən qiymətləndirilməli olduğu nəzərə alınarsa, həmin rəyin mötəbərliyi işdəki digər sübutlarla da təsdiq edilməmişdir.

49. İş materiallarında olan qəbzlər ksero surətdir və məhkəmələr tərəfindən işə baxılarkən onların əsillərinə baxı ş keçirilib-keçirilmədiyi iş materiallarından aydın olmamışdır.

50. Bundan əlavə cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş, sığorta ilə bağlı 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən silinməsi göstərilsə də, ekspertin rəyində öz əksini tapmamışdır.

51. Həmçinin qanunvericiliyin (MM-in 748-10.1-ci maddəsi) tələblərinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir və lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

52. İş materialların a əsasən isə, hər iki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği (3.622,80 + 87.003,29) 90.626,09 manat təşkil etmişdir və sadə riyazi toplama aparan zaman məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 2013-cü il 13 mart tarixində 15.000 manat, 27 mart tarixində 28.501,65 manat, 27 mart tarixində 1.498,35 manat, 28 mart tarixində 8.000 manat, 8 aprel tarixində 7.000 manat, 8 may tarixində 3.525 manat, 9 iyul tarixində 3.500 manat, 13 avqust tarixində 604 manat, 4 oktyabr tarixində 4.105 manat, 4 noyabr tarixində 4.103 manat, 2014-cü il 27 yanvar tarixində 4.105 manat, cəmi 79.942 manat vəsait ödənilmişdir.

53. Mübahisələndirilən qətnamədən isə cavabdeh tərəfindən aparılmış bütün ödənişlərin mülki qanunvericiliyin istinad olunan normalarının tələbləri nəzərə alınmaqla qiymətləndirildiyi görünməmişdir və lizinq verən tərəfindən cavabdehin apardığı ödənişlərin bəzilərinin lizinq ödənişlərinə aid edilməməsinə apellyasiya məhkəməsi işə baxan zaman düzgün hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

54. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, kassa mədaxil qəbzlərinin əsilləri, yaxud onların lazımi qaydada təsdiq edilmiş surətləri əldə olunaraq iş materiallarına əlavə edilməli, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin iştirakı təmin edilərək, işin halları (aparılmış sığorta ödənişləri) barədə mövqeyi, edilmiş sığorta ödənişlərinin məbləği dəqiqləşdirilməli, cavabdehin apardığı ödənişlər isə MM-in 748-10-cu maddəsinin tələbləri baxımından qiymətləndiri lməklə, mübahisənin qanuni həlli təmin edilməlidir.

55. Ali Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 390.1, 445.1, 462.1, 465.2, 467, 747.1, 748-10.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarına; MPM-in 77.1, 88, 89.3, 102.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

56. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli, 2-2(113)-1200/2022 saylı qətnaməsi qismən, cavabdehdən 9.498,35 manat əsas borcun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – X.Cəmilova, hakimlər – A.Oruczadə və R.Səmədov).

57. Apellyasiya baxışı zamanı iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qoyulan (3-cü şəxs "xxxx" ASC-nin iştirakının təmin edilməsi) barədə olan göstərişin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilsə də, həmin 3-cü şəxsin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. İşdə iştirak edən şəxslər hazırk işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişlər. Bununl a bağlı apellyasiya instansiyası məhkəməsi MPM-nin 376.2-ci maddəsinə əsasən, işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

58. Apellyasiya instansiyası məhkəməsi işə həmin 3-cü şəxsin iştirakı olmadan baxılıb qərar qəbul edilməsini mümkün sayarkən onu da nəzərə almışdır ki, aşağıda qeyd olunan araşdırmaların aparılması hazırkı vəziyyətdə məhkəmənin iş üzrə müvafiq qənaətə 3-cü şəxsin iştirakı olmadan da gəlməsi üçün yetərli olmuşdur.

59. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 2 müqavilə olmuş və müqavilənin dəyərinin ilkin olaraq 50% ödənildikdən sonra ödəniş qrafiki açılmışdır.

60. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən iş üçün əhəmiyyətli sayılan kassa mədaxil orderlərinin qəbzlərinin (4 sayda) əslləri məhkəməyə təqdim olunmuşdur. Həmin kassa mədaxil orderlərinin qəbzləri nəzərdən keçirilərkən müəyyən olundu ki, 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzi üzrə 1.498,35 manat, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzi üzrə 8.000 manat, 2013-cü il 8 aprel tarixli 288798 №-li kassa mədaxil qəbzi üzrə 7.000 manat, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzi üzrə 3525 manat olmaqla, ümumilikdə cavabdeh tərəfindən 20.023,35 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaitlərinin iddiaçının tələb etdiyi lizinq ödənişlərinə aid edilməli olması barədə məsələ araşdırılarkən müəyyən olundu ki, təqdim olunan ÇBÜ/2 seriyalı 288798 saylı 2013-cü il 8 aprel və ÇBÜ/2 seriyalı 357220 saylı 2013-cü il 8 may tarixli kassa mədaxil orderlərinin qəbzlər inə əsasən cavabdeh tərəfindən müvafiq olaraq 7.000 manat və 3.525 manat məbləğində pul vəsaiti həmin qəbzlərin özündə də qeyd olunduğu kimi, “damazlıq heyvanların sığorta haqqı” təyinatı üzrə ödənilmişdir. İddiaçı tərəf həmin ödənilmiş pul vəsaitinin həqiqətən də sığorta haqqına aid olduğu üçün lizinq ödənişlərinə aid edilməsinin qeyri-mümkünlüyünü bildirmişdir. Cavabdeh tərəf isə həmin pul vəsaitinin ödəniş təyinatının qəbzlərdə iddiaçı tərəfindən göstərildiyini və həmin pul vəsaitinin də lizinq ödənişlərinə aid edilməli olduğunu bildirmişdir.

61. Məhkəmə araşdırmaları zamanı məlum oldu ki, tərəflər arasında 2012-ci il 6 dekabr və 2013-cü il 28 mart tarixli sığorta haqqının ödənilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, lizinq alan 10.022,78 manat və 418,61 manat məbləğində olmaqla, cəmi 10.441,39 manat sığorta haqlarını Lizinq verənə tam ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı cavabdeh tərəfin hər iki müqavilə üzrə ÇBÜ/2 seriyalı 288798 saylı 2013-cü il 8 aprel tarixli və ÇBÜ/2 seriyalı 357220 saylı 2013-cü il 8 may tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən müvafiq olaraq 7.000 manat və 3.525 manat olmaqla, cəmi 10.525 manat məbləğində pul vəsaitini haqlı olaraq ödənilmiş sığorta haqqı kimi qəbul etmiş və həmin məbləğləri lizinq ödənişlərinə aid etməmişdir. Cavabdeh tərəf isə həmin pul vəsaitinin məhz tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı deyil, lizinq ödənişləri ilə bağlı ödənildiyini əsaslandıra bilməmişdir. Buna görə də adı çəkilən hər iki qəbz üzrə ödənilmiş 10.525 manat pul vəsai ti lizinq müqaviləsi üzrə müəyyən edilmiş ödənişlərə aid edilə bilməz.

62. Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim etdiyi digər iki - ÇBÜ/2 seriyalı 286552 saylı 2013-cü il 27 mart tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı 2013-cü il 28 mart tarixli kassa mədaxil orderlərinin qəbzlərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin qəbzlərdə ödənişin təyinatı olaraq “damazlıq heyvanların saxlanma və üstəlik xərci” göstərilmişdir. Hər iki qəbzə əsasən müvafiq olaraq 1.498,35 manat və 8.000 manat olmaqla, cəmi 9.498,35 manat məbləğində vəsait ödənilmişdir. Həmin vəsaitin iddiaçı tərəfindən tələb olunan lizinq ödənişlərinə aid edilməli olması barədə məsələ araşdırılarkən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.1-ci bəndinə əsasən, lizinq alan damazlıq heyvanl arın daşınma, saxlanma, boşaltma və digər xərclərinin ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, damazlıq heyvanların saxlanması və digər hər iki qəbzdə göstərilən “üstəlik xərcləri” həmin müqavilələr üzrə tərəflər arasında ödənilməsi müəyyənləşdirilmiş ümumi lizinq ödənişinin tərkibinə daxildir. Belə olan halda, cavabdeh tərəfin müqavilə üzrə razılaşdırılmış qrafikə əsasən hər dəfə iddiaçıya ödədiyi ümumi lizinq ödənişi, həm də lizinq predmetinin saxlanması və digər xərcləri də əhatə etmişdir. Odur ki, iddiaçının hazırda cavabdehdən tələb etdiyi lizinq ödənişindən ekspert rəyi əsasında müəyyənləşdirilmiş 23.965,92 manat əsas borc məbləğindən cavabdehin hər iki ÇBÜ/2 seriyalı 286552 saylı 2013-cü il 27 mart tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı 2013-cü il 28 mart tarixli kassa mədaxil or derlərinin qəbzlərinə əsasən ödədiyi 1.498,35 manat və 8.000 manat olmaqla, cəmi 9.498,35 manat pul vəsaiti çıxılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəf bu ödənişin lizinq ödənişinə aid edilməli olduğunu nəzərə alıb onu tələb etdiyi borc məbləğindən çıxmalı idi, lakin bunu etmədiyi üçün həmin ödənişlər lizinq ödənişi olaraq nəzərə alındığından iddiaçının həmin pul vəsaitini tələb etməsi əsassız hesab edilmişdir.

63. İddiaçı tərəf sözügedən sonuncu iki qəbzlə ödənilmiş 9.498,35 manat pul vəsaitinin lizinq ödənişlərinə aid edilməsinin qeyri-mümkünlüyünü əsaslandıra bilməmişdir. Əksinə, məhkəmə araşdırmaları zamanı həmin qəbzlərin, o cümlədən ödənişin təyinatının, yəni qəbzdəki “nə üçün” qrafasının iddiaçının səlahiyyətli şəxsi (mühasibi) tərəfindən doldurulduğu müəyyən e dilməklə yanaşı, tərəflər arasında bağlanmış lizinq müqavilələrin 2.2.1-ci bəndinə əsasən, damazlıq heyvanların saxlanması və s. xərclərin lizinq alanın üzərinə qoyulduğu və bu xərclərin də tərtib olunan qrafik üzrə ümumilikdə ödənilməli olan lizinq ödənişlərinin tərkibində olduğu təsdiq olunmuşdur.

64. Həmçinin iddiaçı tərəfindən damazlıq heyvanların saxlanması və s. ilə bağlı ayrıca xərclərin çəkildiyi və bunun lizinq ödənişlərinə aid olmadığı halı da sübuta yetirilməmiş, bu barədə müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır.

65. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 385.1, 445.1, 462.1, 465.2, 747.1, 748-10.1-ci; MPM-in 77.1, 384.0.2, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

66. Həmin qətnamə 2023-cü il 31 mart tarixində tərəflər in elektron kabinetinə yerləşdirilmişdir.

67. Cavabdeh 2023-cü il 29 may tarixində kassasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edildiyi hissəsini (qətnamənin qalan hissələrində dəyişdirilmədən saxlanıldığı hissəsini) ləğv edərək, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri e) kassasiya şikayətinin dəlilləri

68. MM-nin 462.2-ci maddəsi üzrə – məhkəmə tərəfindən 1.000 manat dəbbə pulunun tutulması qət edilmişdir. Hesab edirəm məhkəmə düzgün hesablama aparmadığından iddiaçıya borc qalmadığından dəbbə pulu da tutula bilməz.

69. MPM-nin 420-ci maddəsi üzrə – Ali Məhkəmənin göstərişinə düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehin mübahisələndirdiyi hissədə hər iki müqavilə üzrə cavabdeh tərəfin dən müvafiq olaraq 7.000 manat və 3.525 manat olmaqla, cəmi 10.525 manat məbləğində pul vəsaiti məhz lizinq ödənişi üçün ödənilmişdir. Lakin iddiaçı həmin pul vəsaitini sığorta haqqı kimi qəbul etmiş, lizinq ödənişlərinə aid etməmişdir. Bu sırf iddiaçı tərəfindən öz günahı ucbatından baş vermiş prosedurdur, qəbzlərdə özləri belə qeyd etmişdir. Məhkəmədə öz növbəsində kassa mədaxil orderlərinin qəbzlərində qeyd olunan təyinat formasını əsas götürərək həmin ödənişləri lizinq ödənişləri kimi yox, sığorta ödənişləri göstərməsində düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, Ali Məhkəmənin qərarının 69-cü bəndində “Alfa Sığorta“ ASC tərəfindən iddiaçıya ödənilmiş 4.785,62 manat pulun hissəsində cavabdehin əsas borcundan silinməsini apellyasiya instansiya məhkəməsi təmin etməmişdir.

70. MPM-n in 77.1-ci maddəsi üzrə – Məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. İddiaçı tərəfindən Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş 2020-ci il 5 fevral tarixli məktuba əsasən, guya sığorta ilə bağlı 4.785,62 manat məbləğində sığorta ödənişi təmin edilmiş həmin məbləğ cavabdeh ərizəsi əsasında borcuna silinmişdir. Göstərilmiş 4.785,62 manat məbləğ iddiaçı tərəfindən silinməsi göstərilsədə ekspertin rəyində öz əksinin tapmamışdır və ümumiyyətlə silinmə ilə bağlı cavabdehin ərizəsini iddiaçı məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının məhkəməyə sığorta ilə bağlı təqdim etdiyi məktubla kifayətlənməməli idi. Həmin məktuba əsasən, 13 baş damazlıq heyvandan 4 ilə bağlı sığorta pulu alınıb, 7 heyvanla bağlı (12.301,43 manat) imtina olunması göstərilmiş, 1 baş heyvanla bağlı (1.745,66 manat) "xxxx" ASC ləğv olunması ərəfəsində olduğundan cavabsız qalmış, 1 baş heyvanla bağlı sənədlər sahibkar tərəfindən təqdim edilmədiyi göstərilmişdir. Lakin göstərilən dəlillərlə bağlı iddiaçı tərəf heç bir sənəd təqdim etməmişdir, çünki həmin heyvanlarla bağlı iddiçı tərəf pul almışdır. Həmiçinin sığorta şirkətinin ləğv olunması imtina üçün əsas ola bilməz. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

71. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassa mədaxil orderlərinin qəbzlərində qeyd olunan təyinat formasına uyğun olaraq ödənişlər lizinq ödənişləri kimi yox, sığorta ödənişləri qismində həyata keçirilmişdir. Bunu sığorta haqqının ödənilməsi ilə bağlı müqavilələr də sübut edir. Cavabdehin dəbbə pulu ilə bağlı iddiası da əsassızdır. Belə ki, cavabdeh öhdəliklərini vaxtlı-vaxtında icra etməmiş, bununla da müqavilə şərtlərinə uyğun olaraq dəbbə pulu hesablanmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

72. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

73. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edildiyi hissədə mübahisələndiriyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri). 7

4. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır...” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona z ərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdi rilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tər əfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəy ləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir …” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

77. İddiaçı lizinq müqavilələri üzrə yaranmış 23.965,92 manat əsas borcun, 40.189,63 manat cərimənin cavabdehdən tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən – 23.965,92 manat əsas borc, 1.000 manat dəbbə pulu (cəmi 24.965,92 manat) hissəsində təmin etmiş, son apellyasiya baxışında məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qismən – 9.498,35 manat hissəsində ləğv edərək iddianı həmin hissədə rədd etmiş, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır.

78. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verməmiş, cavabdeh isə qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir.

79. Qeyd etmək lazımdır ki, hazırkı işə ilk dəfə kassasiya icraatında baxılmasının nəticəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi qərarda verdiyi göstərişlərdən biri cavabdehin apardığı ödənişlərin MM-748-10-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməsi olmuşdur.

80. Həmin ödənişlərdən biri hazırda kassatorun mübahisələndirdiyi sığorta ödənişləridir.

81. Mübahisələndirilən qətnamədən məlum olur ki, tərəflər arasında 2012-ci il 6 dekabr və 2013-cü il 28 mart tarixli sığorta haqqının ödənilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, lizinq alan 10.022,78 manat və 418,61 manat məbləğində olmaqla, cəmi 10.441,39 manat sığorta haqlarını Lizinq verənə tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin hər iki müqavilə üzrə 2 dəfəyə ödədiyi müvafiq olaraq 7.000 manat və 3.525 manat olmaqla, cəmi 10.525 manat məbləğində pul vəsaitini sığorta haqqı kimi qəbul etmiş və həmin məbləğləri lizinq ödənişlərinə aid etməmişdir.

82. Son apellyasiya baxışında məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh həmin pul vəsaitinin məhz tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı deyil, lizinq ödənişləri ilə bağlı ödənildiyini əsaslandıra bilməmişdir. Buna görə də ödənilmiş 10.525 manat pul vəsaiti lizinq müqaviləsi üzrə müəyyən edilm iş ödənişlərə aid edilə bilməz.

83. Kassator məhkəmənin sözügedən mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

84. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini MPM-in 217.1-ci maddəsinin (bax yuxarıda § 76) tələblərinə uyğun olaraq qanuni və əsaslı hesab edir.

85. Bu baxımdan, məhkəmə kollegiyası kassatorun ona dəbbə pulunun əsassız hesablandığına dair dəlillə də razılaşmır.

86. Bununla belə, məhkəmə kollegiyası əsas borcun 4.785,62 manatı hissəsində kassasiya şikayətinin dəlilləri ilə razılaşır.

87. Belə ki, iş materiallaından məlum olur ki, iddiaçının Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış 2020-ci il 5 fevral tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehə lizinqə verilmiş və tələf olmuş 22.745,06 manat dəyərində 13 baş damazlıq h eyvandan 4 baş heyvana görə "xxxx" ASC tərəfindən 4.785,61 manat məbləğində sığorta ödənişi ödənilmiş, həmin məbləğ cavabdehin ərizəsi əsasında borcuna yönəldilmişdir.

88. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarda məhkəmə tərəfindən sığorta ilə bağlı 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən silinməsi göstərilsə də, ekspertin rəyində öz əksini tapmadığı qeyd olunmuş və son apellyasiya baxışında, aparılmış sığorta ödənişləri ilə bağlı mövqeyin dəqiqləşdirilməsi barədə göstəriş verilmişdir.

89. Lakin apellyasiya instansiyası məhkəməsi həmin göstərişi yerinə yetirməmiş, nəticədə MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 76) tələbləri pozulmuşdur.

90. Bu isə sözügedən 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin i ddiaçı tərəfindən cavabdehin borcuna yönəldilib-yönəldilməməsi və bununla əlaqədar hazırda cavabdehdən tələb olunan borc məbləğinə daxil edilib-edilməməsi barədə birmənalı nəticəyə gəlməyə imkan vermir.

91. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi qismən - əsas borcun 4.785,62 manatı hissəsində ləğv edilməli, İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

92. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikay əti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 22(103)-178/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - əsas borcun 4.785,62 manatı hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirlmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar