Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-582/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizing obyektinin istismara yaralı vəziyyətdə təhvil verilməməsinin hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilələrin ləğvi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 21 oktyabr tarixli 2(1 03)-530/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 yanvar 2011-ci il tarixli 05-LA/11 №-li lizinq müqaviləsi ilə "xxxx" ASC (hazırda İddiaçı ASC) tərəfindən ümumi məbləği 410109 manat olan 500 ton tutumlu soyuducu kamera avadanlıqları, dəyərinin 82022 manat hissəsinin 19 dekabr 2008-ci il tarixli ilkin müqavilə üzrə X1 tərəfindən ödənilməsi ilkin ödəniş kimi nəzərə alınmaqla, qalan hissəsinin isə lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənilməklə 10 il müddətinə Cavabdeh lizinqə verilmişdir. 2. 14 may 2012-ci il tarixli 19-LA/12 №-li lizinq müqaviləsi ilə "xxxx" ASC (hazırda İddiaçı ASC) tərəfindən dəyəri 48800 manat olan 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları, dəyərinin 4900 manat hissəsi əvvəlcədən, qalan məbləği isə lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənilməklə 10 il müddətinə Cavabdeh lizinqə verilmişdir.
3. Cavabdehin, iddiaçı ASC-nin və "xxxx" MMM-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli “Təhvil-təslim barədə” aktda qeyd olunur ki, 19 yanvar 2011-ci il tarixli lizinq müqaviləsinin predmeti olan soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən müəyyən edilmişdir ki, həmin avadanlığın qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları donur. Həmin aktdan həmçinin görünür ki, soyuduc u kamera avadanlıqlarından aşkar edilmiş nöqsanların aradan qaldırılması iddiaçı ASC tərəfindən "xxxx" MMM-yə tapşırılmışdır.
4. Tərəflərin iştirakı ilə tərtib olunmuş 27 noyabr 2010-cu il tarixli akta görə, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, divardan etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (tərlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyas iya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır (bu akt tərəflər arasında müqavilə bağlanan tarixdən əvvələ aiddir).
5. ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 07 noyabr 2012-ci il tarixli aktdan görünür ki, soyuducu anbara yığılmış məhsulları uzun müddətə saxlamaq mümkün olmadığı üçün avadanlığın (41/12 nömrəli, 29 iyun 2012-ci il tarixli müqavilədə göstərilən texniki təsnifata uyğun olaraq) atmosfer kontrol hissəsinin bir hissəsi gətirilib və soyuducu anbarın həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılır, hazırda soyuducu anbar nasaz vəziyyətdədir, məhsul vurulmayıb, bütün kameralar boşdur. 2012-ci ilin İV rübün axırına cavabdehin borcu 40087 manat təşkil edir və o, həmin borcu soyuducu işə düşdükdən sonra ödəməyi öhdəsinə götürür. Soyuducu anbara yığılmış məhsulları uzun müddət saxlamaq mümkün olmadığı üçün 29 iyun 2012-ci il tarixdə müqavilədə göstərilən əlavə avadanlığın quraşdırılması işləri aparılmışdır.
6. ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 23 noyabr 2013-cü il tarixli aktdan görünür ki, soyuducunun soyutma sistemi faktiki işləyir, lakin sistemə mayeni nəql etdirən 2 ədəd nasosdan birinin aşağı hissəsində boru xəttinə qoşulan hissədə buzlaşma aşkar olunur. Cavabdeh həmin aktda qeyd etmişdir ki, soyuducu 2009cu ildən bəri normal işləməyib, soyuducuya məhsul vura bilmir, vurduğu məhsul da tez zamanda xarab olur.
7. ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 23 noyabr 2013-cü il tarixli akta görə soyuducu kamera üçün avadanlıqların bir hissəsi 29 iyun 2012 -ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Cavabdeh bu aktda qeyd etmişdir ki, soyuducu avadanlıq işlək vəziyyətə gətirilməyincə o, həmin lizinq müqaviləsi üzrə ödənişləri etməyəcək.
8. ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 12 iyul 2014-ci il tarixli aktda qeyd olunub ki, soyuducu kameralarda qurulmalı olan atmosfer kontrol hissələr quraşdırılmayıb, müqavilədə göstərilən 8 ədəd nəmləndirici qurğu yenilənməmiş, əvvəlki müqavilə şərtlərinə nəmləndiricilər olduğu kimi saxlanılmış, müqavilədə göstərilən 9 ədəd qapı yenilənməmiş, zəruri avadanlıqlar gətirilmiş, lakin hələ quraşdırılmamış, kameralarda müqavilə üzrə görüləcək işlər tam başa çatdırılmadığı üçün avadanlıqlar tam gücü ilə işə salınaraq sahibkara təhvil verilməmişdir, quraşdırılma işlər i tam başa çatdıqdan sonra təhvil təslim işləri aparıla bilər.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş “500 ton tutumlu soyuducu kameranın texniki nəzarət jurnalından” görünür ki, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015-ci, xx.xx.2018ci, xx.xx.2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş və müəyyən edilmişdir ki, soyuducu kamerada nöqsanlar var.
10. ASC-nin Şəmkir regional nümayəndəliyi tərəfindən cavabdehə ünvanlanmış 12 sentyabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, cavabdehə məxsus soyuducu anbardan sökülən soyuducu avadanlıqlar həmin Nümayəndəliyin anbarında saxlanılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" ASC (hazırda İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü ma ddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 yanvar 2011-ci il və 14 may 2012-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr üzrə yaranmış və 26 yanvar 2018-ci il tarixə kimi ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 241187 manat, cərimə borcunun ödənilməsi məqsədi ilə 248874 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, lizinq obyektlərinin dəyərini müqavilələrin şərtlərinə və ödəniş cədvəllərinə uyğun olaraq ASC-yə ödəməmişdir.
13. Cavabdeh birinci in stansiya məhkəməsində iddia tələbinə etiraz verərək göstərmişdir ki, ASC-nin 19 yanvar 2011-ci il tarixli lizinq müqaviləsi üzrə təhvil verməli olduğu soyuducu kamera istismara yararsız vəziyyətə olmuşdur. Belə ki, “Lizinq müqaviləsi” bağlanmamışdan əvvəl, yəni 19 dekabr 2008-ci il tarixdə həmin soyuducu avadanlıqla bağlı onların arasında ilkin müqavilə bağlanmış və o, ASC-yə 82022 manat məbləğində ilkin ödəniş etmişdir. 27 noyabr 2010-cu il tarixdə ASC-nin əməkdaşları tərəfindən soyuducu anbara baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, avadanlığın divarlarından etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uz un müddət də ərimir (tərlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır. ASC-nin buna səlahiyyəti olan əməkdaşları ona vədlər vermişlər ki, qeyd edilən nasazlıqları aradan qaldıracaqlar. O, bu vədlərə inanaraq 19 yanvar 2011-ci il tarixdə ASC ilə lizinq müqaviləsi bağlamışdır. Bundan sonra, yəni 21 yanvar 2011-ci il tarixdə ASC-nin rəhbərli tərəfindən əmr qəbul edilmişdir ki, aralarında bağlanmış 19 dekabr 2008- ci il tarixli ilkin müqaviləyə xitam verilsin və soyuducu kameranın avadanlıqları 10 il müddətinə ona lizinqə verilsin. Bunun üstündən uzun müddət keçməsinə baxmayaraq, avadanlıq təmir edilməmiş, istismara yararlı vəziyyətə gətirilməmişdir. Baxmayaraq ki, 19 yanvar 2011-ci il tarixli lizinq müqaviləsinin 2.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ASC, lizinqin obyektini tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Soyuducu kameranın “Lizinq alana təhvil verilməsi barədə” 29 yanvar 2011-ci il tarixli aktda da göstərilmişdir ki, qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları dondurur. "xxxx" Müəssisəsinə tapşırılsın ki, qısa mü ddətdə yuxarıda göstərilən nöqsanlar aradan qaldırılsın. Göründüyü kimi, əşya ona tam işlək vəziyyətdə təhvil verilməmişdir. O, bu barədə qeydlərini onunla ASC arasında “İlkin müqavilə” bağlanan zaman tərtib edilmiş 27 noyabr 2010-cu il tarixli, lizinq müqaviləsi bağlanan zaman tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli aktlarda, habelə onunla ASC-nin əməkdaşlarının vaxtaşırı tərtib etdikləri çoxsaylı “Üzləşmə aktlarında” qeyd etmiş və elə həmin aktlarda da yazmışdır ki, soyuducu avadanlıq işlək vəziyyətə gətirilməyincə o, həmin “Lizinq müqaviləsi” üzrə ödənişləri etməyəcək. Bundan başqa, soyuducuya zəruri avadanlığın quraşdırılması üçün 29 iyun 2012-ci il tarixdə müqavilə bağlandığı qeyd edilir. Soyuducu cavabdehə təhvil verilən zaman da qüsurların olduğu göstərilmişdir. 23 noyabr 2013-c ü il tarixdə tərtib edilmiş aktda isə göstərilir ki, soyuducu kamera üçün avadanlıqların bir hissəsi 29 iyun 2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Həmin akta da cavabdeh tərəfindən qeyd verilərək soyuducu anbar işləmədiyinə görə cavabdehə işlək vəziyyətdə təhvil verilməsi, bundan sonra ödənişləri edəcəyi bildirilmişdir. Bundan başqa, soyuducu kameranın texniki nəzarət jurnalından görünür ki, 13 may 2014-cü, 03 dekabr 2014-cü, 10 noyabr 2015-ci, 11 dekabr 2018-ci, 20 noyabr 2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş, nöqsan və qüsurlar müəyyən edilmişdir. Göründüyü kimi, maddi zərər ASC-yə deyil, əslində cavabdehə dəymişdir. Çünki cavabdeh soyuducu kameradan təyinatına uyğun istifadə edə bilməmişdir. Bu baxımdan hesab edir ki, ASC, onların arasında soyuducu avadanlıqla bağlı bağladıqları müqavilə üzrə ondan nə əsas borcu, nə də ki, cərimə borcunu tələb edə bilməz. İddia tələbinin, 2 ha istixana üçün 3000 kkal gücə malik olan 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı onunla ASC arasında bağlanmış 14 may 2012-ci il tarixli lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə hissəsinə gəldikdə isə, həmin müqavilə üzrə onun ASC-yə həqiqətən də borcu var. Lakin ASC bu tələbdə həmin müqavilə üzrə onun dəqiq olaraq hansı məbləğdə borcunun olması, ötən illər ərzində nə qədər ödəniş etməsini göstərmir. ASC tərəfindən ona göndərilmiş pretenziya məktubunda isə bu müqavilə üzrə onun ASC-yə 234000 manat məbləğində borcunun yarandığı qeyd edilir.
14. Cavabdeh həmçinin birinci instansiya məhkəməsinə ərizə verərək göstərmişdir ki, onunla ASC arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli lizinq müqaviləsinin predmeti olan soyuducu kameraya 23 noyabr 2013-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tərtib edilmiş aktda o qeyd etmişdir ki, soyuducu kamera istismara yarasız olduğu üçün həmin müqavilə üzrə ödəniş etməyəcək. ASC-nin həmin vaxtdan məlumatı var idi ki, həmin müqavilə üzrə ödənişlər olmayacaq. ASC həmin müqavilə ilə bağlı iddia tələbini 5 ildən çox müddət keçdikdən sonra irəli sürmüş, iddia ərizəsini 06 iyun 2018-ci il tarixdə məhkəməyə vermişdir. Buna görə də, həmin tələbə iddia müddəti tətbiq edilməli və tələb rədd edilməlidir.
15. Birinci instansiya məhkəməsi tərəfindən lizinq obyekti olan soyuducu kameranın istifadəyə yararlı olub-olmaması, təyinatına uyğun is tifadə edilməsinin mümkün olubolmamasını müəyyən etmək üçün texniki-mühəndislik və borcun müəyyən olunması üçün mühasibatlıq ekspertizası təyin edilmişdir.
16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli mühəndis-texniki ekspertizası rəyinə əsasən 500 ton tutumlu soyuducu kameranın hər-iki kompressor çıxışlarında yağ buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın içərisində olan 2 ədəd yağ açarlarının salniklərinin tamamilə sıradan çıxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın kondinser sisteminin daxili pətəklərində sızmalarin olduğu, sistemin çıxış xətti qara metal boru olduğundan izolyasiya altında paslanıb çürüdüyü, yağ ayırıcından kondinserə çıxış xəttinin birləşmələrində sızmalar olduğu, metal hissələri korroziyaya uğradığı, 2 ədəd su n asosunun yararsız halda olduğu, çıxışlar və birləşmələrin paslandığı, 18 ədəd buzxanalarin hamısında əsas paylayıcı balonlardan və kalaşlardan buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, şoklama otağı üçün 2 ədəd kopeland “15 hp” kompressorunun dolaq sisteminin yandığı, istifadəyə yararsız vəziyyətdə olduğu, nəmliyi ölçən qurğuların işləmədiyi, yer izolyasiya olunmadığı, beton örtüyün dağıldığı, qapıların atmosfer tənzimləyicilərinin düzgün işləmədiyi, hava buraxdığı, germetikliyi olmadığı, rezinləri çürüdüyü və yararsız olduğu, bununla da, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış birinci müqavilə əsasında cavabdehə lizinqə verilmiş və hazırda Şəmkir rayonu, Keçili kəndində quraşdırılan 500 ton tutumlu soyuducu kameranın istifadəyə yararlı olmadığı müəyyən edilmişdir.
17. Ədliyyə N azirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən, cavabdeh tərəfindən iki kassa mədaxil orderi üzrə 4700 manat ödəniş edilmiş, həmin ödənişlərin hansı müqaviləyə aid olması müəyyən edilməmişdir. Kassa mədaxil orderləri məlumatları, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 06 iyun 2018-ci il tarixədək (iddia ərizəsi verildiyi tarixə) "xxxx" ASC-yə olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi müəyyən edilmişdir: ödənilməli borc 25400 manat, ödənilən borc 4700 manat, qalıq borc 20700 manat. Kassa mədaxil orderləri nəzərə alınmamaqla, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 06 iyun 2018-ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi m üəyyən edilmişdir: ödənilməli borc 25400 manat, ödənilən borc 0,00 manat, qalıq borc 25400 manat.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(008)49/2022 nömrəli qətnaməsi ilə (hakim Cavabdeh) iddia qismən təmin edilərək, 14 may 2012-ci il tarixli 19-LA/12 №-li müqavilə üzrə 26 yanvar 2018-ci il tarixə olan 20700 manat əsas borcun, 2000 manat cərimənin, cəmi 22700 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə «Bermtech» LTD arasında soyuducu anbar üçün əlavə avadanlıqların satın alınması barədə xx.xx.2012-ci il tarixli müqavilə bağlanmış, lakin həmin avadanlıqlar alınmamış və cavabdehlə həmin avadanlıql ara dair lizinq müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən tərtib edilmiş 500 ton tutumlu soyuducu kameranın texniki nəzarət jurnalına əsasən xx.xx.2014, xx.xx.2014, xx.xx.2015-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş, nöqsan və qüsurlar müəyyən edilməklə qeyd edilmişdir.
20. İddiaçının cavabdehə verdiyi lizinq obyekti işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb iddiaçının Şəmkir filialına yığıldığından və bu günədək lizinq obyekti işlək vəziyyətdə cavabdehə təhvil verilmədiyindən, birinci müqavilə üzrə borc tələb edilə bilməz.
21. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının xeyrinə ikinci müqavilə üzrə əsas borc 20700 manat borc tutulmalıdır (ekspert rəyinə əsasən). Belə ki, ödənil miş və tələb edilən məbləğlər iddiaçı tərəfindən müqavilələr üzrə bölünməmiş, cavabdeh isə ödənişləri yalnız ikinci müqavilə üzrə etmişdir.
22. İddiaçı iddia tələbində əsas borcla yanaşı, cərimə borcunun da tutulmasını istəmişdir (əsas borca nisbətdə 103 % cərimə). İddiaçının mövqeyi nəzərə alınarsa, 20700,00 manat əsas borca 21321 manat məbləğində cərimə hesablanmalıdır. Məhkəmə hesab etmişdir ki, belə əsas məbləğə nisbətdə 103 % cərimənin hesablanması tənasübsüz surətdə yüksəkdir və 2000 manat cərimə, yəni əsas məbləğin 10 faizi miqdarında cərimənin tutulması ədalətli hesab edilir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1, 441.2, 442, 443.1, 448.1, 747.1, 748-1.5, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1, 748-7.11, 749.1-ci, Mülki Pros essual Məcəllənin 14.2, 77.1, 107 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayevanın və F.Talışınskinin iştirakı ilə) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Birinci i nstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ikinci müqavilənin predmeti olan istixana üçün qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları işlək vəziyyətdə olsa da, birinci müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları işlək vəziyyətdə deyil. Soyuducu kamera avadanlıqları sökülmüş və cavabdehdən alınaraq ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarında saxlanılır.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə verdiyi lizinq obyekti - soyuducu avadanlıq işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına yığıldığından və soyuducu avadanlıq ASC ilə cavabdeh arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli lizinq müqaviləsinin şərtinə uyğun olaraq işlək vəziyyətdə cavabdehə təhvil verilmədiyindən, rayon məhkəməsi 19 yanvar 2011-ci il tarixli lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi təmin etməkdə haqlı olmuşdur. ASC-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır.
28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı iş üzrə tərəflər arasında bağlanmış 14 may 2012-ci il tarixli lizinq müqaviləsi üzrə 26 yanvar 2018-ci il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 20700 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə haqlı olmuşdur. AS C-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlili də əsassızdır. Belə ki, iddiaçı ASC qeyd edilən 14 may 2012-ci il tarixli lizinq müqaviləsi üzrə cavabdehin əsas borcunun daha yüksək məbləğdə olmasını və ekspertiza tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli, 9/3401 saylı rəyi şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 14 may 2012ci il tarixli lizinq müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi üçün hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 2000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə də haqlı olmuşdur. c) Kassasiya instansiy ası məhkəməsində birinci icraat
30. İddiaçı ASC kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən Mülki Məcəllənin 390, 748-7.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-cü maddələrinin tələblərini pozmuş, müqavilənin şərtlərini nəzərə almamışdır. Belə ki, məhkəmə qərar qəbul edərkən avadanlığın təhvil və baxışı üzrə aktlarda yazılmış qeydlərə əsaslanmışdır. Halbuki, 19 yanvar 2011-ci il tarixli 05-LA/11 nömrəli müqavilənin predmeti olan soyuducu kamera zavod spesifikasiyası üzrə tam şəkildə təhvil verilmiş, lakin həmin müqavilənin texniki təsnifatında cavabdehin tələb etdiyi əlavə avadanlıqlar, yəni atmosfer kontrol və nəmləndirici qurğular olmamışdır. Buna baxmayaraq cavabdehin tələb etdiyi əlavə avadanlıqlar üzrə (atmosfer kontrol və nəmləndirici qurğular) ölkə xaricindən idxal olunması üçün lizinq alanın sifarişi əsasında yeni satınalma müqaviləsi bağlanılmışdır. Hansı ki, İddiaçı ASC-nin əlavə avadanlıqların lizinq alana təhvil verilməsi öhdəliyi olmamış, lizinq alan müstəqil surətdə həmin əlavə avadanlıqların alınması ilə bağlı istehsalçı zavoddan və ya başqa təşkilat vasitəsilə sifariş vermək imkanına malik olmuşdur. Beləliklə, İddiaçı ASC ilə “Bermtech” LTD arasında soyuducu anbar üçün əlavə avadanlıqların satın alınması barədə 29 iyun 2012-ci il tar ixli müqavilə bağlanması və həmin avadanlıqların tam gətirilməməsi və cavabdehlə həmin avadanlıqlara dair lizinq müqaviləsi bağlanmaması tərəflər arasında olan mübahisə predmetinə aid olmasa da bu hal məhkəmə qətnaməsində ASC-nin əleyhinə şərh olunmuş və bu da iddia tələbinin həmin hissədə təmin edilməməsi ilə nəticələnmişdir. Soyuducu kamera avadanlıqlarının texniki vəziyyətini müəyyən etmək məqsədilə məhkəmənin müəyyən etdiyi "xxxx" X2 Şirkəti tərəfindən avadanlıqlara baxış birtərəfli qaydada həyata keçirilmişdir. Avadanlıqlara mütəxəssis baxışının keçirilməsi barədə Cəmiyyətə hər hansı məlumat daxil olmamışdır. "xxxx" X2 Şirkətinin mütəxəssisləri cavabdehin təqdimatı, göstərişləri əsasında birtərəfli rəy tərtib etmişlər. Bundan başqa "xxxx" X2 Şirkətinin mütəxəssislərinin soyuducu kamer a avadanlıqları üzrə xüsusi biliyə malik olması, onların iş üzrə izahat verilməsi ilə bağlı tələblər məhkəmədə cavabsız qalmışdır. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza rəyləri arasında kifayət qədər ziddiyyətlər var. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən rəy tərtib olunarkən avadanlıqların işləməməsinə əsaslanmış, lakin mütəxəssis rəyində göstərilən avadanlığın istifadə olunmasına diqqət yetirməmişdir. Yəni avadanlıq işləməmişdirsə necə istifadə oluna bilərdi sualına aydınlıq gətirilməmişdir. Avadanlıqların lizinqə verilməsindən uzun müddət keçməsini və avadanlığa normal qulluğun, o cümlədən təmir və texniki qulluqların lizinq alan tərəfindən həyata keçirilməsi hallarını ekspert qeydə almamış və əhəmiyyət verilməmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilə şərtlər inə əsasən lizinq alan avadanlığa texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3 və 3.9-cu maddələrindən görünür ki, lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması üçün məsuliyyət daşıyır və texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir. Texnika tam saz və işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq, cavabdeh əsaslı sübut gətirmədən texnikada yaranmış nasazlıqları şifahi mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə isə həmin mülahizələri süb ut kimi qəbul edərək iddiaçının iddia tələbini rədd etmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən cavabdeh tərəfindən 14 iyun 2013-cü il, 27 iyun 2014-cü il, 27 sentyabr 2016-cı il, 24 fevral 2017-ci il və 12 aprel 2017-ci il tarixlərdə ümumilikdə 15700 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Avadanlıq istismar olunmamaşdırsa ödənişlərin hansı əsasla yerinə yetirilməsi sualı cavabsız qalmış, cavabdeh heç bir sənəd, sübut təqdim etmədən ödənişlərin digər müqavilə üzrə yerinə yetirilməsini bildirmiş, məhkəmə isə cavabdehin mülahizəsinə əsaslanaraq qərar qəbul etmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(102)-3379/2023 saylı qərarı ilə (hakimlər – E.Şamayev (məruzəçi) Nümayəndəa və Ə.Xıdırov) kas sasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.
33. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddianı soyuducu anbara münasibətdə təmin etməyən məhkəmələr, lizinq verənin lizinq obyektini işlək vəziyyətdə cavabdehə təhvil vermədiyini, həmin müqavilə üzrə lizinq ödənişlərini tələb etmək hüququna malik olmadığını əsas tutmuşdur. Bu zaman məhkəmələr sübut kimi cavabdehin, iddiaçı ASCnin və "xxxx" MMM-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli “Təhvil-təslim barədə” aktına, tərəflərin iştiralı ilə tərtib olunmuş 27 noyabr 2010-cu il tarixli, 07 noyabr 2012-ci il tarixli, 23 noyabr 2013-cü il tarixli, 12 iyul 2014-ci il tarixli aktlara, ASC-nin Şəmkir regional nümayəndəliyi tərəfindən cavabdehə ünvanlanmış 12 sentyabr 2022-ci il tarixli məktuba, ASC tərəfindən tərtib edilmiş “500 ton tutumlu soyuducu kameranın texniki nəzarət jurnalı”nda xx.xx.2014, xx.xx.2014, xx.xx.2015-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilməsi və soyuducu kamerada nöqsanlar olduğu barədə qeydlərə istinad etmişlər.
34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları qiymətləndirərkən, mülki prosessual qanunvericiliyin tələblərinə tam riayət etməmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
35. Belə ki, tərəflər arasında imz alanmış lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən lizinq alan avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhviltəslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərin yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Müqavilənin 3.8-ci bəndinə əsasən lizinq alan avadanlıqlardan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borcludur. Müqavilənin 3.9cu bəndinə əsasən isə lizinq alan avadanlığa texn iki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir.
36. İddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 441.1 və 441.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Mülki Məcəllənin həmin müddəalarına görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
38. Apellyasiya məhkəməsinin də qeyd etdiyi ki mi, iş materiallarında olan təhviltəslim barədə 29 yanvar 2011-ci il tarixli aktda “Qeyd” olaraq göstərilmişdir ki, lizinq müqaviləsinin predmeti olan soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən müəyyən edilmişdir ki, həmin avadanlığın qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları donur. Məhkəmə bu nöqsanları iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi icra edilməməsi kimi qiymətləndirmişdir.
39. Lakin həmin aktda həmçinin qeyd olunmuşdur ki, tutumu 50 ton olan soyuducu kameranın tərkibinə məxsus texnoloji avadanlıq quraşdırılmış və komplekt halda, istifadəyə hazır təhvil-qəbul edilmişdir. Aktda olan cədvələ görə soyuducu kameralar 9 otaqdan ibarət olmaqla, 3 cihazla təmin edil mişdir.
40. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırki mübahisəyə Mülki Məcəllənin 441.2-ci maddəsinin tətbiqi üçün aktın qeyd hissəsində göstərilən nöqsanların iddiaçı tərəfindən müqavilənin şərtləndirilmiş qaydada icra olunmama kimi qiymətləndirilməsinə əsas olduğu araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən bu hala dair hər hansı hüquqi qiymət verilməmişdir.
41. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilsə də, ekspertin rəyində avadanlıqların ekspertiza tədqiqatı zamanı istifadəyə yararlı olmaması göstərilmişdir. Həmin zaman ekspertin qarşısında soyuducu kamera avadanlıqları təhvil verilərkən aktda göstərilən nöqsanların həmin avadanlıqların istismara yararsızlığına səbəb olub-olmamasına dair mühüm halla bağlı suallar qoyulm amışdır.
42. Həmçinin nəzərə almaq lazımdır ki, soyuducu anbarla bağlı növbəti akt təhviltəslimdən təxminən 1 il 10 ay sonra, 07 noyabr 2012-ci il tarixdə tərtib olunmuş və həmin aktda avadanlığın atmosfer kontrol hissəsinin bir hissəsi gətirilməsi və həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılması qeyd olunmuşdur. İşdə olan növbəti aktlarda da, soyuducu kameraların normal işləməsi üçün zəruri olan ehtiyat hissələrin gətirilməsi, lakin quraşdırılmaması və avadanlıqların tam yararlı hala gətirilməməsi qeyd olunmuşdur. Bununla belə, həmin aktların bəzilərində cavabdehin soyuducu kameralardan (onların bir neçəsindən) olduğu kimi istifadə etməsi, kameralarda meyvə saxlanılması qeyd olunmuşdur.
43. Nəhayət, iddiaçının 12 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən olunmuşd ur ki, lizinq predmeti sökülərək, ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına təhvil verilmişdir. Lakin avadanlıqların nə vaxt və hansı vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə sübutlar iş materiallarına əlavə olunmamışdır.
44. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin düzgün həlli üçün ilk olaraq lizinq predmeti olan avadanlıqlar cavabdehə təhvil verilən zaman, istifadəyə yararlı olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, aktda göstərilən nöqsanlar mövcud olsa da, həmin avadanlıq təhvil verilərkən istifadəyə yararlı olduğu halda, tərəflər arasında bağlanmış müqavilənin 3.3, 3.8 və 3.9-cu bəndlərinə və Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən onun sonradan saz vəziyyətdə saxlamağa, texniki qulluq və təmir xidmətlərini aparmağa görə məsuliyyət cavabde hin üzərinə düşür və avadanlıqların işləməməsi (lazımi qaydada işləməməsi) lizinq alanı lizinq ödənişləri etmək vəzifəsindən azad etmir.
45. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamış, lizinq predmetinin 10 ildən artıq müddətdə cavabdehin sahibliyində və istifadəsində qalmasını, iddiaçı müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu halda, cavabdehin bu müddət ərzində Mülki Məcəllənin 421-ci maddəsinə uyğun olaraq müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi prosedurlara başlamamasını nəzərə almamışdır.
46. İşə yenidən baxan məhkəmə, izinq predmetinin təhvil-təslim zamanı yararlı olubolmamasını müəyyən etmək, həmin zaman və sonrakı dövrdə müəyyən olunan nöqsanlara görə məsuliyyətin tərəflərdən hansının üzərinə düşməsini araşdırmaq məqsədi ilə i ş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizanın keçirilməsi məsələsi tərəflərlə müzakirə olunmalı, tərəflərdən hansının müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə məsuliyyət daşımasını müəyyən etməli, cavabdehin özdəliyini icra etməməsi müəyyən edildiyi halda, lizinq avadlanlıqlarının lizinq alana qaytarılması nəzərə alınmaqla, onun həmin müqavilə üzrə iddiaçıya olan borcun məbləği müəyyən edilməlidir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
47. Apelyasiya instansiyası məhkəməsində işə yenidən baxılarkən iddiaçının nümayəndəsi, mütəxəssis X3 tərəfindən verilmiş rəyi təqdim etmişdir. Rəydə qeyd olunur ki, “Təhvil-təslim barədə” aktda göstərilmiş çatışmazlıqlara baxmayaraq, soyuducu kamera işlək vəziyyətdə olmuşdur. Avadanlıqlar təhvil verilərkən aktda göstərilən nöqsanlar həmin avadanlıqların istismara yararsızlığını müəyyən etmir. Bu nöqsanlar məhsulun saxlanması müddətini qısalda bilər və soyuducunun kameralarına 500 ton məhsul yığmaq mümkün olmaz.
48. Həmçinin cavabdeh “Climaservice isitmə, soyutma və havalandırma” şirkəti tərəfindən verilmiş mütəxəssis rəyini təqdim etmişdir. Həmin rəydə qeyd olunur ki, "xxxx" ASC-nin və "xxxx" MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli “Təhvil-təslim barədə” aktda göstərilənlər nəzərə alınmaqla soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən tam işlək vəziyyətdə olması fiziki cəhətdən mümkün deyildir. Belə ki, aktdan göründüyü kimi sistemin hissə və ya hissələrinin yoxluğu (dövriyyə nasosunun olmaması) və ya nasazlığı (idarəetmə sisteminin tam və ya qi smən nasazlığı, buxarlandırıcı fanlarının donması) sistemin tam və ya qismən istismara yararsız olduğunu ortaya qoyur.
49. Apelyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
50. «X6 Taahhüt Sanayi və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli rəyində göstərilir ki, İddiaçı ASC-nin və "xxxx" MMM-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli “təhviltəslim barədə” aktda olan məlumatlara görə, soyutma sisteminin əsas elementlərindən olan dövriyyə nasosunun çatışmamazlığı və sistemi idarə edən idarəetmə sisteminin işləməməsi səbəbindən soyuducu kamera avadanlıqları işlək vəziyyətdə ola bilməz. 29 yanvar 2011-ci il tarixli aktla avadanlıqlar təhvil verilərkən a ktda göstərilən nöqsanlar avadanlığın istismarını yararsız edir. Soyutma sistemi (avadanlıqları) dedikdə dəst (qrup) şəklində, bütün elementlərin işlək vəziyyəti zamanı soyutma sistemi yararlı olur. Hər hansı bir hissənin olmaması və ya qüsurlu olması ümumilikdə soyutma sistemini yararsız edir. 29 yanvar 2011-ci il tarixli təhvil-təslim barədə aktın qeyd hissəsində göstərilən nöqsanlar mövcud olduğu təqdirdə müqavilənin predmeti olan 500 ton tutumlu soyuducu kamera işlək vəziyyətdə ola bilməz. Səbəb: soyutma sisteminin hər hansı bir hissəsinin olmaması və ya qüsurlu olması ümumilikdə soyutma sistemini yararsız edir. Nöqsanlı avadanlıqlar istismara yararlı sayıla bilməz. Avadanlıqlar tam işlək vəziyyətdə təhvil verilməlidir. Nöqsanlı, yararsız hissələrin olması soyutma sisteminin (avadanlıq larının) təbiətinə ziddir, düzgün işləməsi qeyri-mümkündür. 29 yanvar 2011-ci il tarixli təhvil-təslim barədə aktın qeyd hissəsində göstərilən nöqsanlar müvcud olduğu təqdirdə soyuducu anbarda kənd təsərrüfatı malları saxlamaq olmaz.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 316-16/2 10/4467 saylı, 20 sentyabr 2024-cü il tarixli rəyində də eyni nəticə əksini tapmışdır.
52. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2024-cü il tarixli, 2(103)-530/2024 nömrəli qətnaməsi ilə (hakim X.A. Mərdanova (sədrliyi və məruzəsi ilə), hakimlər V.N. Sadıqov, S.X.Bəhrəmzadə iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 2(008)-49/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
53. Məhkəmə kollegiyası iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərinə qiymət verərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, ikinci müqavilənin predmeti olan istixana üçün qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları işlək vəziyyətdə olsa da, birinci müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları işlək vəziyyətdə olmamışdır Soyuducu kamera avadanlıqları sökülmüş və cavabdehdən alınaraq ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarında saxlanılır.
54. Göründüyü kimi iddiaçı ASC-nin cavabdehə verdiyi lizinq obyekti soyuducu avadanlıq işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına yığıldığından və bugünədək soyuducu avadanlıq ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsinin” şərtinə uyğun olaraq işlək vəziyyətdə cavabdehə təhvil verimədiyindən, birinci instansiya məhkəməsi xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi təmin etməməkdə haqlı olmuşdur.
55. Məhkəmə kollegiyası hesab edib ki, ASC-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır. Bu baxımdan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə məsuliyyət daşıması müəyyən edilməmişdir.
56. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirmişdir ki, digər tərəfdən idd iaçı qeyd edilən xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsi” üzrə cavabdehin əsas borcunun daha yüksək məbləğdə olmasını və ekspertiza tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3401 saylı rəyi və «X7 Taaşşüt Sanayi və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli rəyini şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Kassasiya şikayətinin dəlilləri
57. İddiaçı (onun nümayəndəsi və vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(103)-530/2024 nömrəli qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
58. Kassasi ya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilən zaman tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin mövcudluğu nəzərə alınmamışdır. Müqavilənin bəndlərindən də görünür ki, lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması üçün məsuliyyət daşıyır və texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir. Avadanlıq təhvil verərkən istifadəyə yararlı vəziyyətdə olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştira k edən mütəxəssis X3 rəy təqdim etmişdir. Rəydə qeyd olunub ki, “Təhvil-təslim barədə” aktda göstərilmiş çatışmazlıqlara baxmayaraq, soyuducu kamera işlək vəziyyətdə olmuşdur, 2-ci sual üzrə-aktla avadanlıqlar təhvil verilərkən aktda göstərilən nöqsanların həmin avadanlıqların istismara yararsızlığını müəyyən etmir. Belə ki, məhsulun saxlanması müddətini qısalda bilər; 3-cü sual üzrə - “Təhvil-təslim barədə” aktın qeyd hissəsində göstərilən nöqsanlar mövcud olduğu halda soyuducu kamera işlək vəziyyətdə ola bilər. Ancaq məhsul saxlama müddəti kiçilə bilər və soyuducunun kameralarına 500 ton məhsul yığmaq mümkün olmaz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/210/4467 saylı, 20 sentyabr 2024-cü il tarixli rəyi isə cavabdeh “Climaservice isitmə, soyutm a və havalandırma” şirkəti tərəfindən verilmiş mütəxəssis rəyinə və «X8 Taahhüt Sanayi və Ticarət Anonim Şirkəti»-nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli rəyinə əsaslanaraq yazılmış, hətta birəbir oradan köçürülmüş və əsasən soyuducu kameraların işlək vəziyyətdə olmamsını müəyyən hissələrin olmaması ilə əlaqələndirmişdir. Halbuki 19 yanvar 2011-ci il tarixli 05LA/11 nömrəli müqavilənin predmeti olan soyuducu kamera zavod spesifikasiyası üzrə tam şəkildə təhvil verilmiş, lakin həmin müqavilənin texniki təsnifatında cavabdehin tələb etdiyi əlavə avadanlıqlar, yəni atmosfer kontrol və nəmləndirici qurğular olmamışdır. Buna baxmayaraq cavabdehin tələb etdiyi əlavə avadanlıqlar üzrə (atmosfer kontrol və nəmləndirici qurğular) ölkə xaricindən idxal olunması üçün lizi nq alanın sifarişi əsasında yeni satınalma müqaviləsi bağlanılmışdır. Hansı ki, İddiaçı ASC-nin əlavə avadanlıqların lizinq alana təhvil verilməsi öhdəliyi olmamış, lizinq alan müstəqil surətdə həmin əlavə avadanlıqların alınması ilə bağlı istehsalçı zavoddan və ya başqa təşkilat vasitəsilə sifariş vermək imkanına malik olmuşdur. Beləliklə, İddiaçı ASC ilə “Bermtech” LTD arasında soyuducu anbar üçün əlavə avadanlıqların satın alınması barədə xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdir. Avadanlıq tam, saz və işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq cavabdeh əsaslı sübut gətirmədən soyuducu kamera avadanlığında yaranmış nasazlıqları şifahi mülahizələri və özü tərəfindən təqdim edilmiş rəylərlə əsaslandırmışdır. Ekspertiza isə mütəxəssis rəyi ilə birəbir eyni olan rəy vermişdir. Məhk əmə isə həmin mülahizələri və rəyi sübut kimi qəbul edərək iddiaçının iddia tələbini rədd etmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış 14 may 2012-ci il tarixli 19-LA/12 nömrəli müqavilənin və 19 yanvar 2011-ci il tarixli 05-LA/11 nömrəli müqavilənin şərtlərinə əsasən Cavabdeh tərəfindən xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə ümumilikdə 15700,0 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Avdanlıq istismar olunmamaşdırsa ödənişlərin hansı əsasla yerinə yetirilməsi sualı cavabsız qalmış, cavabdeh heç bir sənəd, sübut təqdim etmədən ödənişlərin digər müqavilə üzrə yerinə yetirilməsini bildirmiş, məhkəmə isə cavabdehin mülahizəsinə əsaslanaraq qərar qəbul etmişdir. Cavabdeh avadanlığın ona tam kompektləşdirilmiş halda təhvil verilmədiyini, təhvil verilərkən çatışmazlıqların olduğunu bildirmişdir. Halbuki cavabdeh həmin avadanlığı hansı hissələri ilə birlikdə komplekt təşkil etdiyini, hansı avadanlıqların isə əlavə avadanlıq olduğuna dair məhkəməyə sübutlar təqdim etməmiş, məhkəmə isə iddiaçının avadanlığın məhz komplektləşdirilmiş şəkildə cavabdehə təhvil verilməsi ilə bağlı iddialarına cavab verməmişdir.
59. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390,748 7.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
61. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
62. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
63. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
64. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərl ər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
65. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
66. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
67. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini i cra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
68. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
69. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazl ıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.
70. Maddə 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
71. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
72. M addə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
73. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
74. Maddə 749.1. Kirayə müqaviləsinin qaydalarına uy ğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır.
75. Maddə 749.2. Tərəflər razılığa gələ bilərlər ki, lizinq alan lizinq verənə qarşı pretenziyalar irəli sürməzdən əvvəl tələbin əmlakı göndərən tərəfindən yerinə yetirilməsini tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
79. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
80. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
81. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
83. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
85. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
88. Bu baxımdan işin hallarına nəzər salındıqda görün ür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
89. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırı lmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
90. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulm uş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
92. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 21 oktyabr tarixli 2(103)-530/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.