Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1718/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Əliqəmdər oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Bakı şəhəri, Keşlə qəsəbəsi, H.Cavid döngəsi 1 (keçmiş 1-ci Əzizbəyov döngəsi) ünvanında anadan olmuşdur və hazırda həmin ünvanda yaşayır. Həmin ev onun yaxınlarının olmuş və sonradan vərəsəlik qaydası ilə ev vərəsələr arasında 1/3 payları müəyyən edilməklə bölünmüşdür. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-501/2012 saylı 17.11.2012-ci il taixli qərardadı ilə miras əmlak vərəsələr arasında paylar üzrə bölüşdürülmüşdür. Sonradan paylı mülkiyyətə dair və digər vərəsələrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində ona çıxarış verilmişdir. Lakin hazırda ona məlum olmuşdur ki, Bakı şəhəri, Keşlə qəsəbəsi, H.Cavid döngəsi 1 (keçmiş 1-ci Əzizbəyov döngəsi) ünvanında, vərəsəlik əsasında onun xüsusi mülkiyyətində olan evi onun tərəfdən heç bir sənədləşdirmə aparılmadan Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Belə ki, Cavabdeh1 onun yaşlı olmağından istifadə edərək Dövlət Notariat Kontoru ilə qeyri rəsmi əlaqəyə girərək saxtakarlıq etməklə onun evini bağışlama müqaviləsi (ya da alqı-satqı) əsasında müqavilə bağlatdırmaqla əlindən almışdır. Həmin müqavilə əsasında Cavabdeh1 onun evinə dair öz adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhəri Ərazi İdarəsində 250 nömrəli reyestr kitabının 23212 nömrəli vərəqində 12.06.2015-ci il tarixində **********55-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla RX seriyalı ******* saylı Çıxarış verilmişdir.O dəfələrlə Cavabdeh1 onun evini hansı əsaslarla öz adına keçirilməsini soruşsa da, lakin cavabdeh heç bir əsas gətirmədən ona cavab verməkdən boyun qaçırır. Bununla əlaqədar o Cavabdeh1 və Notarial Kontorunun qanunsuz əməlindən prokurorluğa şikayət etmiş, lakin bu vaxta kimi ona cavab verilməmişdir. Vərəsəlik qaydası ilə ona məxsus olmuş və xüsusi mülkiyətində olan Bakı şəhəri, Keşlə qəsəbəsi, H.Cavid döngəsi 1 (keçmiş 1-ci Əzizbəyov döngəsi) ünvanında yerləşən evini öz adına sənədləşdirməsi qanunsuzdur və ləğv edilməlidir. Qeyd olunanlara əsasən onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Keşlə qəsəbəsi, H.Cavid döngəsi 1 (keçmiş 1-ci Əzizbəyov döngəsi) ünvanında yerləşən evinə dar Bakı şəhəri X5 bağlanmış müqavilənin etibarsiz hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Şəhəri Ərazi İdarəsində 250 nömrəli reyestr kitabının 23212 nömrəli vərəqində 12.06.2015-ci il tarixində **********55-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Əliqəmdər oğlu iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə bağlanıb, həmin müqavilədən irəli gələn digər qanuni aktlar əldə olunub. Hər hansı bir pozuntuya yol verilməyib. Bundan əlavə onu da, qeyd etmək istəyir ki, iş üzrə iddia müddəti də, ötürülüb, o bununla bağlı ərizə təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Əliqəmdər oğlunun izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışından görünür ki,Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, H.Cavid döngəsindəki 1 saylı ev paylı mülkiyyət hüququ əsasında 1/3 hissədə X1,X3 və X4 adına hər birinə 1/3 hissədə pay olmaqla 29.05.2015 tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. 02.06.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X6 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, H. Cavid döngəsi, 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan 1/3 hissəsini Cavabdeh1 bağışlamışdır. Bakı şəhəri 10 saylı Notariat Ofisinin 04 may 2021-ci il 244 nömrəli məktubunda qeyd olunur ki, ünvan 4 ünvanında qeydiyyatda olan X6 ilə həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 arasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, H. Cavid döngəsi, 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə dair bağışlanma müqaviləsi rəsmiləşdirilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Müqavilə rəsmiləşdirilərkən X6 şəxsən iştirak etmişdir. İddiaçı tam fəaliyyət qabiliyyətli olması yoxlanılmış və müqavilənin hüquqi nəticələri barədə ona ətraflı izahat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X6 Bakı şəhəri, Keşlə qəsəbəsi, H.Cavid döngəsi 1 (keçmiş 1-ci Əzizbəyov döngəsi) ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. Həmin ev onun yaxınlarının olmuş və sonradan vərəsəlik qaydası ilə ev vərəsələr arasında 1/3 payları müəyyən edilməklə bölünmüşdür. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-501/2012 saylı 17.11.2012-ci il taixli qərardadı ilə miras əmlak vərəsələr arasında paylar üzrə bölüşdürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 5 ünvanı paylı mülkiyyət hüququ əsasında 29.05.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İddiaçı 02.06.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, H. Cavid döngəsi, 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan 1/3 hissəsini Cavabdeh1 bağışlamışdır. İddiaçı bağışlama müqaviləsi bağlanarkən aldadıldığını,nəyə imza etdiyini bilmədiyini, Cavabdeh1 notariusla əlaqəyə girərək saxtakarlıq etdiklərini bildirsə də,işdə olan sənədlərlə və işin faktiki halları ilə onun qeyd etdikləri öz təsdiqini tapmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 10 saylı Notariat Ofisinin 04 may 2021-ci il 244 nömrəli məktubundan da göründüyü kimi ünvan 4 ünvanında qeydiyyatda olan X6 ilə həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 arasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, H. Cavid döngəsi, 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə dair bağışlanma müqaviləsi rəsmiləşdirilərkən heç bir qanun pozğunluğuna yol verilməmişdir. Müqavilə rəsmiləşdirilərkən X6 şəxsən iştirak etmişdir. İddiaçı tam fəaliyyət qabiliyyətli olması yoxlanılmış və müqavilənin hüquqi nəticələri barədə ona ətraflı izahat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd olunan hüquq normalarına və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən hesab edir ki,iddiaçı əqdin etibarsız hesab olunması üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinin dispozisiyasından da göründüyü kimi, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İddiaçı ona məxsus əmlakı digər şəxsə bağışlayarkən öz iradə ifadəsini bildirmişdir, bunu da iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsindəndə görmək mümkündür. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin hallarından görünür ki,bağışlama müqaviləsi 02.06.2015-ci il tarixdə rəsmiləşdirilsə də iddiaçə məhkəməyə 1 illik iddia müddətini açıq-aşkar ötürməklə 03.03.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Əliqəmdər oğlu məhkəmə araşdırması zamanı mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair ərizə vermişdir.http://eqanun.az/framework/46944 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş dir.Bundan başqa,iddaçı qanunla müəyyən olunan iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev Əsli ilə düzdür:
Məhkəmə qərarları › İş №2(007)-1718/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1718/2021
24.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver