Məhkəmə qərarları › İş №2(007)-1734/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1734/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1734/2020 25.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********78583 Xiaomi Mi 6 markalı telefon, X3 markalı qulcaqcıq üçün , 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 55 manat. 17 avqust 2018-ci il tarixli müqaviləsinə əsasən, X1 Gray markalı qulcaqcıq, USB Cable markalı aksesuar üçün 149 (yüz qırx doqquz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, cəmi 163 manat. Ümumilikdə 218 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 238 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.03.2018-ci il tarixli və 17.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********78583 Xiaomi Mi 6 markalı telefon, X2 markalı qulcaqcıq və X1 Gray markalı qulcaqcıq, USB Cable markalı aksesuar almış və nəticədə 218 (iki yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticələ 11.03.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1111 manat olan İMEİ Kodu **********78583 Xiaomi Mi 6 markalı telefon, X3 markalı qulcaqcıqüçün55 manatolmaqla ondan,50 manat ödənilməmiş hissə, 5 manatcərimə; 17.08.2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satcı qiyməti180 manat olanX1 Gray markalı qulcaqcıq, USB Cable markalı aksesuarüçün 163 manat olmaqla ondan,149manat ödənilməmiş hissə, 14manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1092 manat təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2018-ci il tarixli, 76097 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1056 manat olan Xiaomi Mi 6 markalı telefon, dəyəri 37 manat olan X3 markalı qulcaqcıq satılmış və telefon quraşdırma xidməti 18 manat təşkil etmişdir. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2018-ci il tarixli, K00255690 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 180 manat olan X1 Gray markalı qulcaqcıq, USB Cable markalı aksesuar satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 01 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 mart 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 50 manat, cərimə borcu üzrə 5 manat olmaqla, ümumilikdə 55 manat borcu vardır. Cavabdeh 17 avqust 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 149 manat, cərimə borcu üzrə 14 manat olmaqla, ümumilikdə 163 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 218 manat borcu vardır. İşə əlavə olunmuş 19 mart 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 11 mart 2018-ci il tarixli və 17 avqust 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 11 mart 2018-ci il tarixli, 76097 nömrəli müqavilə üzrə 50 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 55 manat borc, 17 avqust 2018-ci il tarixli, K00255690 nömrəli müqavilə üzrə 149 manat əsas borc, 14 manat cərimə borcu olmaqla, ümumilikdə 163 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar