Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1741/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “enerji sərfiyyatına görə hesablanmış əsassız borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “enerji sərfiyyatına görə hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbini dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küç, ev 137, 55 nömrəli mənzildə 3 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşadığı müddətdə onun istifadə etmədiyi elektrik enerjisinə görə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 227795 nömrəli aktın və 721 manat 46 qəpik vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küç, ev 137, 55 saylı mənzildə 3 nəfərdən ibarət ailəsi ilə birlikdə vaşayır. Yaşadığı mənzil 1992-ci ildə Qarabağ uğrunda iştirak etdiyinə və yaralandığına görə işlədiyi 4 saylı Tikinti Trestindən növbədən kənar verilmiş və o, həmin mənzili xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüquq əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində ********** N: ilə qeydiyyatdan keçirmişdir. Yaşadığı çoxmərtəbəli evlərin bütün mənzillərinə Bakı Elektrik Şəbəkə trəfindən mərkəzləşdirilmiş qaydada Sayğac quraşdırılmışdır. Onun yaşadığı mənzil binanın 1-ci mərtəbəsində olmasına baxmayaraq, mənzilinin sayğacı binanın 5-ci mərtəbəsində ümumi “Şitin” içində quraşdırıblar. O, zaman onun mənzilinə gələn elektrik xətti ümumi “Şit”ə yerləşdirilmiş Sayğacdan Liftin yanı ilə çəkilmiş və onun mənzilinə ayrı xətlə birləşdirilmişdir. Onun mənzilinə birləşdirilən elektrik xətti bilavasitə, Elektrik şəbəkəsinin işçiləri və nəzarətçiləri tərəfindən həyata keçirilmişdir. O zaman onun evindən çıxan elektrik xətti ümumi “şitdən’’ gətirilən xəttə birləşdirilmiş və suvağın altında yerləşdirilmişdir. Kənar şəxslərin həmin xəttə müdaxiləsi qeyri-mümkündür. Artıq 15 ildən çoxdur ki, onun mənzilinə çəkilən elektrik xətli daimi olaraq Şəbəkənin işçiləri tərəfindən nəzarət edilir. Bu müddətdə ona qarşı hər hansı bir iradlar olmamış və o, sayğaca yüklədiyi vəsait əsasında elektrikdən istifadə etmişdir. Bunu yoxlamaq üçün Elektrik şəbəkəsinin arxivindən çıxarılmış Arayış əsasında müəyyən etmək olar. 2022-ci ildə təxminən saat 18:00 radələrində sayğacında vəsaitinin olub-olmamasını yoxlamaq üçün baxış keçirmiş və müəyyən etmişdir ki, sayğacda vəsait qurtarmaq üzrədir. Ona görə o, “Smart kart” vasitəsi ilə sayğaca pul köçürmək istədikdə, lakin nədənsə Kartdan sayğaca pul yüklənməmişdir. Bundan sonra yoldaşı da sayğaca pul yükləmək üçün Smart Karta pul yükləmiş və həmin vəsaitin Sayğaca yüklənməsi mümkün olmamışdır. Bu barədə onun əlində Smart karta pul vəsaitinin yüklənməsi barədə 3 ədəd ödəniş qəbzləri vardır. Sayğaca pul yüklənmədiyi üçün yoldaşı işıq İdarəsinə zəng etmiş və qaranlıqda qaldığını bildirmişdir. İşıq idarəsinin əməkdaşları 5 manat kredit olaraq yükləmişlər. Sonradan yoldaşı işıq idarəsinə getmiş və özündə olan çekləri təqdim etmiş və əlavə ödənilmiş 5 manatı qayarmışdır. Həmçinin ona bildirilmişdir ki, tezliklə işıq idarəsinin nəzarətçiləri gəlib yerində araşdıracaqlar. Sonradan o da Sayğaca pul yükləmək istədikdə yenə də sayğaca pul yüklənilməsi mümkün olmamışdır. Ona görə də o, İşıq İdarəsinin “199” saylı qaynar Xəttinə zəng etmiş və pulun sayğacına yüklənmədiyini bildirmişdir. Qaynar xəttdən ona bildirmişlər ki, sahədə elektrik xəttlərinə xidmət edən nəzarətçilərə müraciət etməli olduğunu bildirmişlər. Ona görə o, elektrik nəzarətçisi Xəqani adlı şəxsə zəng etmiş, Xəqani sayğaca baxış keçirmiş və qaynar xətdə olan şəxslə telefonla danışmış və bildirmişdir ki, onun sayğacınısəhəri gün düzəldəcəklər. Həmin gün “Qaynar xəttin əməkdaşları onun sayğacına 5 manatlıq pul yükləmişlər. Lakin deyilən vaxtda onun elektrik sayğacında olan nasazlıqları aradan qaldırılmaşıdır. Sonradan ona məlumat verilmədən guya İşıq İdarəsi Nəzarətçiləri sayğacda olan nasazlıqları aradan qaldırılması üçün baxış keçirmiş və guya müəyyən etmişlər ki, onun evi daxil olan işıq xətti harasa birləşdrilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixində “227795 N:İi” Akt tərtib edilmiş və 721 manat 46 qəpik vəsait yazılmışdır. Ancaq aktın yazılmasından onun xəbəri yoxdur və onun iştirakı ilə yazılmamışdır. Onun mənzilinin sayğacı nasaz olarkan dəfələrlə Sayğaca baxış keçirilmiş və heç vaxt mənzilinin elektrik xəttini başqa xəttə qoşulması müəyyən edilməmişdir. Lakin onun iştirakı olmadan belə bir AKT-ın tərtib edilməsi tamamilə əsasızdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır, liftin yanından qoşulan işıqla heç bir aidiyyəti yoxdur, oradan işıq götürmür və işıq qoşmamışdır. "xxxx" ASC ona əsassız yerə cərimə yazmıdır. Onlarda elektrik sayğacı 5-ci mərtəbədə yerləşir. O, birinci mərtəbədə yaşayır. Onun evində bir neçə il bundan öncə təmir işi aparanda oradan ustalar işıq götürmüşdür, onlarda onu əsas gətirirlər. Təmir vaxtı onun evinə gələn xətt yuxarıdan gələn xətlə birləşib. Yuxarıdan gələn xətt onların evinə bütöv keçməlidir. Onun əlavə xətti olmamışdır. Cavabdehin Xəqani adlı işçisi onun evinə gələn işığın haradan gəldiyini görmüş və baxış keçirmişdir. Orada anlaşılmazlıq var, o xətt aşağı düşür 5-ci mərtəbədən, onun evində təmir vaxtı olan xəttə birləşdirilib. Liftin yanında olan xətin üstü açıqdır, onun evinə gedən xətt liftin yanından keçib gedir. Əlavə xəttlə bağlı akt tərtib edilərkən həyat yoldaşı orada iştirak etməmişdir. "xxxx" ASC-dən ona cərimənin səhvən yazıldığı deyilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. O, ekspert rəyi ilə bağlı qeyd etdi ki, ekspertiza aparılan zaman artıq əlavə xətt ləğv olunmuşdur. Ona görə də ekspert orada xətti müəyyən edə bilməmişdir. Onlar akt tərtib edərkən iddiaçıya məxsus sayğacda əlavə xətt və suvaq altı xətt aşkar edilmişdir. Orada iddiaçının həyat yoldaşı da iştirak etmiş, video çəkiliş edilmiş, lakin texniki nasazlıq ucbatından videoçəkiliş silinmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 227795 nömrəli akt tərtib edilmiş və aktda müvafiq olaraq bildirilmişdir ki, abonent İddiaçı məxsus mənzildə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı abonentin lift xəttindən birbaşa suvaq altı xətt çəkərək mənzili kənar xətt vasitəsilə qidalandırdığı, ölçmə zamanı kənar xətdən axan cərəyan olduğu müəyyən olunmuşdur. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı bildiriş qəbz ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli göstəricilər ilə iddiaçı tərəfindən 721,46 manat ödəniləcək vəsait müəyyən edilmişdir. Məhkəmə qərardadı ilə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2022-ci il tarixli rəyi ilə tədqiqata təqdim edilən elektrik sayğacının və naqilin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, elektrik sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona yazılmış 721,46 manat vəsaitin silinməsini xahiş etmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 227795 nömrəli akt tərtib edilərək işıqdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edildiyi müəyyən edilsə də ekspert rəyi ilə iddiaçının mənzilində yerləşən elektrik sayğacının və naqilin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, elektrik sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Bu isə "xxxx" ASC tərəfindən iddiaçıya 721,46 manat borcun əsassız olaraq yazılmasına gətirib çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2022ci il tarixdə tərtib edilmiş 227795 nömrəli akt ləğv edilməli və "xxxx" ASC tərəfindən həmin akta əsasən İddiaçı hesablanmış 721,46 manat vəsait silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcinə daxil olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, Məhkəmə-trasoloji ekspertizasına sərf olunmuş 64,0 manat məbləğində vəsait "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 227795 nömrəli akt ləğv edilsin və həmin akta əsasən "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 721,46 manat vəsait silinsin. "xxxx" ASC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-trasoloji ekspertizalarına sərf olunmuş 64,0 manat məbləğində vəsait "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1741/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1741/2022
20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver