Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1743/2020 03.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ **********32271 Samsung Galaxy S9, İMEİ **********46904 HOFFMANN Neo A900 markalı telefonlar, Samsung markalı saat və Power Bank üçün 1505 (bir min beş yüz beş) manat ödənilməmiş hissə, 148 (yüz qırx sekkiz) manat cərimə, ümumilikdə 1653 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1683 manat Cavabdehalınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh,"xxxx" MMC ilə 13.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********32271 Samsung Galaxy S9 markalı telefon almış və nəticədə 1251 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəalqı-satqı qiyməti 2232 manat (yəni 18 ay x 124 manat + 0 manatilkin ödəniş), İMEİ **********32271 Samsung Galaxy S9 markalı telefon üçün ümumilikdə1251 manatolmaqla ondan 1138 manat ödənilməmişhissə,113manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1094 manat təşkil edir. Həmçinin "xxxx" MMC ilə 02.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********46904 HOFFMANN Neo A900 markalı telefon almış və nəticədə 184 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəalqı-satqı qiyməti 376 manat (yəni 12 ay x 28 manat + 40 manatilkin ödəniş), həmin telefon üçün ümumilikdə184 manatolmaqla ondan 168 manat ödənilməmişhissə,16manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 208 manat təşkil edir. Eyni zamanda 07.05.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı saat almış və nəticədə 158 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəalqı-satqı qiyməti 864 manat (yəni 12 ay x 72 manat + 0 manatilkin ödəniş), Cavabdehin cəmi ödədiyi məbləğ 720 manat təşkil edir. 15.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Power Bank almış və nəticədə 60 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəalqı-satqı qiyməti 60 manat (yəni 12 ay x 5 manat + 0 manatilkin ödəniş) olan mal üçün ümumilikdə60 manatolmaqla ondan 55 manat ödənilməmişhissə,5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində“Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.02.2019-cu il tarixli, 00512883 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2232 manat olan Samsung Galaxy S9 markalı telefon, 02.10.2018-ci il tarixli müqaviləsinə əsasən, ümumi dəyəri 376 manat olan İMEİ **********46904 HOFFMANN Neo A900 markalı telefon, 07.05.2018-ci il tarixli müqaviləsinə əsasən, ümumi dəyəri 864 manat olanSamsung markalı saat və 15.02.2019cu il tarixli müqaviləsinə əsasən, ümumi dəyəri 60 manat olan, Power Bank satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 08 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.02.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 1138 manat, cərimə borcu üzrə 113 manat olmaqla, ümumilikdə 1251 manat borcu, 02.10.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 168 manat, cərimə borcu üzrə 16 manat olmaqla, ümumilikdə 184 manat borcu, 07.05.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 144 manat, cərimə borcu üzrə 14 manat olmaqla, ümumilikdə 158 manat borcu və 15.02.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 55 manat, cərimə borcu üzrə 5 manat olmaqla, ümumilikdə 60 manat borcu qalmışdır. İşə əlavə olunmuş 05 may 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 13.02.2019-cu il tarixli, 02.10.2018-ci il tarixli, 07.05.2018-ci il tarixli və 15.02.2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 13.02.2019-cu il tarixli, 02.10.2018-ci il tarixli, 07.05.2018-ci il tarixli və 15.02.2019-cu il tarixli müqavilələr üzrə 1505 manat əsas borc, 148 manat cərimə borcu olmaqla, ümumilikdə 1653 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1743/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1743/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver