Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1768/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə xitam veriliməsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri qanunsuz hesab edərək ləğv edilməsini və İddiaçı əvvəlki iş yeri olan işəgötürən Cavabdeh QSC-də mühafizəçi vəzifəsinə bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək orta əmək haqqını cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC-nin (Cavabdeh QSC) xx.xx.2018-ci il tarixli 4/1100 nömrəli əmri ilə mühafizəçi vəzifəsinə işə qəbul edilib. İşə qəbul olunan gündən iddiaçı cavabdehin mühafizə etdiyi obyektlərdən birində qanunsuz olaraq hər gün gecə növbəsinə təyin olunub. Maddi vəziyyəti pis olduğuna və iş tapmaq çətin olduğuna görə iddiaçı bu şərtlərlə razılaşmış, cavabdeh təşkilat isə iddiaçının bu vəziyyətindən sui-istifadə edərək onun əmək hüquqlarını pozmuşdur. İddiaçı bu işdə təxminən bir aya yaxın işlədikdən sonra gecə növbəsində olarkən mühafizə olunan əraziyə baxış keçirərkən nəzarətçi onun iş yerinə guya yoxlamaq məqsədilə gəlmiş və onu otaqda görmədikdə iddiaçının iş yerini guya icazəsiz tərk etdiyi və cərimə olunacağı barədə iddiaçıya əsassız pretenziya bildirmişdir. Bununla razılaşmayan iddiaçı növbədə olduğu zaman ərazidə olduğunu bildirmiş və ona qarşı tətbiq olunacaq cərimənin qeyri-qanuni olduğunu nəzarətçinin diqqətinə çatdırmışdır. Cavabdeh təşkilatın rəhbərliyi iddiaçının gətirdiyi əsaslarla razılaşmayaraq onu şifahi olaraq işdən kənarlaşdırmışdır. Bu zaman heç bir əlavə araşdırma aparılmamış və iddiaçıya yazılı izahat verməsi təklif olunmamışdır. İddiaçı məcburiyyət qarşısında iş yerini tərk etmişdir. Bildirir ki, iddiaçı 2023-cü ilin fevral ayında yeni iş yeri tapmış və əmək müqaviləsi bağlamaq istəyərkən ona bildirilmişdir ki, elektron informasiya sistemində "xxxx" MMC-nin 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikasınının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının cavabdeh ilə əmək müqaviləsinə xilam verilmişdir. Qeyd edir ki, "xxxx" MMC-nin 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmrinin surəti, əmək kitabçası və işəgötürənin son haqqhesabı iddiaçıya verilməmişdir. Bu barədə iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata yuxarıda qeyd olunan əmrin surətinin və əmək kitabçasının ona verilməsi ilə bağlı məktub göndərmiş, lakin cavabdeh tələblə bağlı tədbir görməmiş və iddiaçıya heç bir cavab verməmişdir. Eyni zamanda həmin sənədlərin verilməsi ilə bağlı iddiaçının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı məktuba xidmətdən daxil olmuş cavabda bildirilir ki, müraciətilə bağlı "xxxx" QSC-nə göndərilmiş məktub geri qayıtdığından müraciətin araşdırılması mümkün olmamışdır. Əmək kitabçası Mediasiya prosesi zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya təqdim olunmuşdur. Beləliklə, iddiaçının əmək hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək İddiaçı cavabdeh “Tornado-Ş" MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri qanunsuz hesab edərək ləğv edilməsini və İddiaçı əvvəlki iş yeri olan isəgötürən Cavabdeh QSC-də mühafizəçi vazifəsinə bərpa edilməsi, iddiaçi İddiaçı oglunun qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək olan əmək haqqını cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir. Bildirir ki, "xxxx" MMC-nin (Cavabdeh QSC) xx.xx.2018-ci il tarixli 4/1232 nömrəli İddiaçı əmak müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutularaq mühafizəçi İddiaçı əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən heç bir üzürlü səbəb olmadan və heç kimə məlumat vermədən xidməti növbələrinə çıxmadığına görə xitam verilmişdir. Əmr verilməsinə əsas həmin tarixli MMC-nin bölmə rəisinin raportu olmuşdur. Həmin raportda göstərilmişdir ki, “məruzə edərək bildirirəm ki, mühafizəçi İddiaçı xx.xx.2018-ci il tarixdən heç kimə məlumat vermədən və heç bir üzürlü səbəb olmadan xidməti növbələrinə gəlmir. Telefon zənglərinə cavab vermədiyinə görə onunla əlaqə saxlamaq mümkün olmamışdır”. Raport verilməmişdən qabaq, MMC-nin bir neçə əməkdaşı ilə birlikdə araşdırma aparılmış və akt tərtib edilərək imzalanmışdır. xx.xx.2018-ci il tarixli aktın mətnini məhkəmənin diqqətinə çatdırır: “Onlar aşağıda imza edənlər-müfəttiş X5, bölmə rəisi X6, mühafizəçi X2 bu aktı tərtib edirik ondan ötəri ki, həqiqətən də mühafizəçi İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən heç kimə məlumat vermədən və heç bir üzürlü səbəb olmadan xidməti növbələrinə gəlməmişdir. Onunla telefon zənglərinə cavab vermədiyinə görə əlaqə saxlamaq mümkün olmamışdır.” Göründüyü kimi, iddiaçının əmək müqaviləsinin qanunvercilikdə və əmək Məcləsinin 70-ci maddəsinin “ç”-bəndi ilə xitam verilməsi üçün əsaslar olmuşdur. Hətta bu faktı iddiaçı özü də iddia ərizəsində etiraf etmişdir. Belə ki, iddiaçı iş yerini tərk etdiyini bildirir. Həmçinin bildirmək istəyir ki, iddiaçı işdən çıxarılması barədə məlumatlı olsa da hazırki iddia ərizəsi ilə məhkəməyə təxminən beş il sonra müraciət etmişdir. Bu isə iddia müddətinin ötürülməsi deməkdir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Maddənin mənasına görə iddia müddəti dedikdəməhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır İddiaçının beş ildən artıq müddətdə işə gəlməməsi, əmək haqqı almaması, şirkətdən olan zənglərə cavab verməməsi və heç bir müraciət etməməsi onun işdən çıxarılması barədə məlumatlı olmaması ilə bağlı şübhələri aradan qaldırır və bu barədə məlumatlı olduğunu sübut edir. Odur ki, hazırkı işə 1 aylıq iddia müddəti tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş edir. Həmçinin bildirir ki, əmək kitabçası mediasiya prosesindən əvvəl iddiaçıya təqdim edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, Ayxan hər gün qanunsuz gecə növbəsinə məruz qalıb. İşəgötürən gəlib onun yerində olmadığını görəndə cərimələyəcəyini demişdir. Ona əmək müqaviləsinə xitam verildiyi deyilməyib. O, elə bilib kənarlaşdırılıb. İddiaçı 2023-cü ildə yenidən iş axtaranda Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə xitam verilməsi barədə xəbərdar olmuşdur. İşəgötürən işçinin hüquqlarına xitam verərkən onun izahatını almalı idi. Əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almış, xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş, 25 aprel 2023-cü il tarixdə də mediasiya bitmişdir. xx.xx.2023-cü il tarixdə də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddət ötürülməmişdir. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Şəxs 3 gün xx.xx.2018-ci il tarixdən heç bir üzürlü səbəb olmadan və heç kimə məlumat vermədən xidmət növbələrinə çıxmamışdır. xx.xx.2018-ci ildə müfəttiş, bölmə rəisi və mühafizəçi İddiaçı növbəyə gəməməsi barədə akt tərtib etmişlər. Ona zəng edilib, amma telefonu da açmamışdır. O, bilir ki, 5 ildir işləmir. Əmək haqqı almırsa, özünü necə Cavabdeh QSC-nin işçisi kimi görə bilər? Bildiriş də göndərilmişdir. Məhkəməyə müraciət etmək üçün müddət ötmüşdür. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ünvanlamışdır. Onun müracətinə əsasən Cavabdeh: QSC-nin ünvanına yazılı müraciət ünvanlanmışdır və olan sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin Cavabdeh QSC həmin ünvanda fəaliyyət göstərmədiyi üçün məktub geri qayıtdığından müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Cavabdeh QSC Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən İddiaçı yazılı izahat almalı idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. - Cavabdeh MMC tərəfindən verilən 01 oktyabr 2018-ci il tarixli, 4/1232 nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən heç bir üzürlü səbəb olmadan və heç kimə məlumat vermədən xidmət növbələrinə çıxmadığına görə xitam verilsin. İddiaçı xx.xx.2018/2019 iş dövrünə mütənasib istifadə etmədiyi 4 məzuniyyət günü üçün pul əvəzi hesablanıb ödənilsin. - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, əmək hüquqlarının pozulması ilə əlaqədar müraciət etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan 13 mart 2023-cü il tarixli, 3-17- 5/2-7-8169/2023 nömrəli məktubundan görünür ki, müraciətin araşdırılması məqsədilə Cavabdeh: QSC-nin ünvanına (ünvan 3t TV-nin binası)) 3-17-5/2-5753/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla (SS8********) müraciət olunaraq ona olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin Cavabdeh QSC həmin ünvanda fəaliyyət göstərmədiyi üçün məktub geri qayıtdığından müraciətin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. Eyni zamanda, araşdırmada iştirakını təmin etmək və əlavə izahat, müvafiq təsdiqləyici sənədlərin təqdim olunması məqsədi ilə yaşadığı ünvana məktub göndərilmiş, lakin o, iştirak etməmişdir. Nəzərinə çatdırılır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. - Mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, 07 mart 2023-cü il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə təklif göndərilmişdir. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/1/2023-00093 saylı, 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, bildiriş Cavabdeh QSC-nin hüquqi ünvanına çatmadığı üçün iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 57 (əlli yeddi) manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə “mühafizəçi” vəzifəsinə işə qəbul olunub və xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, xx.xx.2018-ci il tarixli, xxxxxxx0004X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi bildirişi xx.xx.2018-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. - 06 nömrəli “Əmək kitabçalarının və onlara əlavə içliklərin hərəkətinin qeydiyyatı jurnalı”ndan görünür ki, İddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almışdır. - xx.xx.2018-ci il tarixli raportdan görünür ki, mühafizəçi İddiaçı xx.xx.2018-ci il tarixdən heç kimə məlumat vermədən və heç bir üzürlü səbəb olmadan xidmət növbələrinə gəlmir. Telefon zənglərinə cavab vermədiyinə görə onunla əlaqə saxlamaq mümkün olmamışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, mühafizəçi İddiaçı xx.xx.2018-ci il tarixdən heç kimə məlumat vermədən və heç bir üzürlü səbəb olmadan xidmət növbələrinə gəlmir. Telefon zənglərinə cavab vermədiyinə görə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Lakin xx.xx.2018-ci il tarixdən heç kimə məlumat vermədən və heç bir üzürlü səbəb olmadan xidmət növbələrinə çıxmadığı və işə çıxmamasının səbəbləri barədə Cəmiyyətə məlumat vermədiyi üçün xx.xx.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını təhvil almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 İddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almasını, xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərilməsini, xx.xx.2023cü il tarixdə də məhkəməyə müraciət etməsini və məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin ötürülmədiyini bildirir. Cavabdehin vəkili və nümayəndəsi hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünü və iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 6-ci hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə iddiaçının əmək kitabçasını xx.xx.2023-cü il tarixdə aldığı üçün məhkəməyə 5 il keçdikdən sonra müraciət etməsini hüququnun pozulmasının aşkar edildiyi gün kimi qiymətləndirə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-ci hissəsində qeyd olunan üzürlü səbəblər olmadan iddiaçı uzun müddət ərzində məhkəməyə müraciət etməmişdir. İddiaçı Cavabdeh QSC-dən işdən azad olunduqdan sonra taksi sürücüsü kimi fəaliyyət göstərmiş, fərdi əməklə məşğul olmuşdur. Cavabdeh QSC -yə 2018-ci ildən 2023-cü ilədək getməmiş və əmək haqqı almamışdırsa iddiaçı faktiki olaraq qeyd olunan Cəmiyyətdən işdən azad olunduğunu bilirdi. Bundan başqa Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. İş materiallarına əlavə olunmuş raportdan və aktdan görünür ki, İddiaçı telefon vasitəsi ilə zəng olunsa da iddiaçı telefona cavab verməmişdir. Belə olan halda ondan izahat alına bilməzdi. Həmçinin əmək kitabçası da iddiaçı ilə əlaqə saxlanıla bimədyi halda ona təqdim oluna bilməzdi. Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, iddiaçı heç bir üzürlü səbəb olmadan özü işdən hansı əsasla və nə zaman azad olunması barədə maraqlanmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə xitam veriliməsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri qanunsuz hesab edərək ləğv edilməsini və İddiaçı əvvəlki iş yeri olan işəgötürən Cavabdeh QSC-də mühafizəçi vəzifəsinə bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək orta əmək haqqını cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə tələbi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 296cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 03 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilinəsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri qanunsuz hesab edərək ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan işəgötürən Cavabdeh QSC-də mühafizəçi vəzifəsinə bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək orta əmək haqqını cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş müddət ötdüyündən təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilinəsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri qanunsuz hesab edərək ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan işəgötürən Cavabdeh QSC-də mühafizəçi vəzifəsinə bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək orta əmək haqqını cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1768/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1768/2023
11.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver