Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2049/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra hər iki tərəf məhkəməyə birgə tərtib etdikləri ərizə və barışıq sazişi təqdim edərək, təqdim edilən barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanan barışıq sazişi təsdiq edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 18 avqust 2025-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən:
1. İddiaçı X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı "işə bərpa edilməsi və cavabdehdən maddi zərərə görə 30.000 manat pulun tutulması" tələbinə dair iddia tələblərindən imtina edir.
2. X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi 2.000 (iki min) manat məbləğində pulu barışıq sazişinin təsdiqi haqqında qərardad qəbul edildikdən sonra 5 iş günü ərzində İddiaçı (Kapital Bank OJSC, Kapital Bank bas ofisi, Filialın kodu - 200004, VÖEN - **********, SWİFT - AİİBAZ2X, hesablaşma hesabı AZ93AİİB********************, müştəri adı- İddiaçı) ödəməyi öhdəsinə götürür.
3. Tərəflər bu Sazişi imzalamaqla bildirir ki, Sazişin bütün bəndləri icra olunduqdan sonra Saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı, eyni zamanda X2 Xaç Komitəsi Təşkilatının Azərbavcan Respublikasındakı Nümayəndəliyinin işçilərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər-hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.
4. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız Sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş 180 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır (xx.xx.2025-ci il tarixli, **********44 nömrəli mədaxil qəbzi). Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qismən olmaqla aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı "işə bərpa edilməsi və cavabdehdən maddi zərərə görə 30.000 manat pulun tutulması" tələbinə dair iddia tələblərindən imtina edir.
2. X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi 2.000 (iki min) manat məbləğində pulu barışıq sazişinin təsdiqi haqqında qərardad qəbul edildikdən sonra 5 iş günü ərzində İddiaçı (Kapital Bank OJSC, Kapital Bank bas ofisi, Filialın kodu - 200004, VÖEN - **********, SWİFT - AİİBAZ2X, hesablaşma hesabı AZ93AİİB********************, müştəri adı- İddiaçı) ödəməyi öhdəsinə götürür.
3. Tərəflər bu Sazişi imzalamaqla bildirir ki, Sazişin bütün bəndləri icra olunduqdan sonra Saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı, eyni zamanda X2 Xaç Komitəsi Təşkilatının Azərbavcan Respublikasındakı Nümayəndəliyinin işçilərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər-hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.
4. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız Sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər.
İddiaçı cavabdeh X2 Xaç Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.