Məhkəmə qərarları › İş №2(007)-1771/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1771/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1771/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC ilə bağlanmış 11.01.2020-ci il,16.01.2020-ci il,,16.01.2020-ci il müqavilələrə əsasən cavabdehə Braun markalı tozsoran,Gorenje markalı fen satılmış və nəticədə 283.4 manat borc yaranmışdır. 11.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehin alqı-satqı qiyməti 92,8 manat olan Braun markalı tozsoran ümumilikdə, 68.8 manat olmaqla,62 manat ödənilməmiş hissə, 06 manat cərimə borcu yaranmışdır. 16.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehin alqı-satqı qiyməti 222.6 manat olan Philips markalı tozsoran üçün 156.6 manat olmaqla,150.6 ödənilməmiş hissə, 15 manat cərimə borcu yaranmışdır. 16.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehin alqı-satqı qiyməti 57 manat olan Gorenje markalı fen üçün ümumilikdə, 49 manat olmaqla,45 manat ödənilməmiş hissə, 04 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 114 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh oğlundan "xxxx" MMC-nin xeyrinə 11.01.2020-ci il,16.01.2020-ci il,16.01.2020-ci il müqavilələrə əsasən cəmi 283 manat 40 qəpik borc və 30 manat dövlət rüsumu,cəmi 303 manat tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş 11.01.2020-ci il,16.01.2020-ci il,16.01.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə Braun markalı tozsoran, Gorenje markalı fen və Philips markalı tozsoran verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüş,lakin öz öhdəliklərini tam və layiqincə icra etməmişdir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən X1 göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh oğlundan borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 11.01.2020-ci il,16.01.2020-ci il,16.01.2020-ci il tarixli kredit müqavilələri üzrə 283 manat 40 qəpik borc manat borcu vardır. İşə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh oğlu 11.01.2020-ci il,16.01.2020-ci il,16.01.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmış, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə Braun markalı tozsoran, Gorenje markalı fen və Philips markalı tozsoran verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüş,lakin öz öhdəliklərini tam və layiqincə icra etməmişdir. Cavabdeh oğlu müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 11.01.2020-ci il, 16.01.2020-ci il, 16.01.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə görə 283 manat 40 qəpik borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 303 manat 40 qəpik manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar