Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1771/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulların qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulların qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən tərəflər arasında qanunun tələblərinə zidd şifahi formada bağlanmış icarə müqaviləsinin etibarsız (əhəmiyyətsiz) sayılması, tərəflərin etibarsız əqd üzrə aldıqlarının eyni vaxta geri qaytarılması, əsassız varlanmış cavabdehdən 19190 manat tutularaq ona (məhrum olmaqla) qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, İddiaçı, Cavabdeh qarşı Nizami rayon məhkəməsinə müraciət edərək “müqavilənin etibarsız sayılması, etibarsız əqd üzrə tərəflər arasında müqavilədən əvvəl mövcüd olan vəziyyətin bərpa edilməsi ( restitusiya), müqavilə və digər qanuni əsaslar olmadan əsassız varlanmış cavabdehdən 19 190 manat pulun tutulıması və mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami rayon məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(007)-1771 /2024 saylı qərardadı mənim iddia ərizəm icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nınxx.xx.2025-ci il tarixli, 2(103)- 3201/2025 saylı qərardadı ilə onun şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1771/2025 nömrəli qərardadının ləğv edilməsi və hazırki qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nizami rayon məhkəməsinin (hakim Stara Əliyeva) xx.xx.2025-ci il tarixli, 2(007)-1771/2024 saylı qərardadı ilə onun iddia ərizəsinin geri qaytarılması haqqında qərar verilmişdir. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki iddiaçı iddia ərizəsinin məzmununa iddiaçının tələbi aydın olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsini mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət etmədən tərtib etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində məhkəmədən xahişinin nə olduğunu ümumiyyətlə qeyd etməməklə yanaşı, cavabdeh qismində cəlb etdiyi Cavabdeh qarşı yönələn tələbi də aydın şəkildə göstərməmişdir. İddiaçı müqavilənin kiminlə və nə vaxt bağlandığını qeyd etmədən, məhkəmə üçün qeyri-müəyyən olan müqavilənin sadəcə etibarsız sayılmasını xahiş etməklə kifayətlənmişdir. Aşağıda göstərilənlərə əsasən Nizami rayon məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(007)-1771 /2024 saylı qərardadı qanunsuz və əsassızdır və ləğv edilməlidir. Birincisi məhkəmənin qərardadı ilə onun AR MPM -nin 4-cü maddəsində təsbit edilmiş pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmədə müraciət etmək hüququ kobut surətdə pozulmuşdur. Məhkəmənin mövqeyni görə, iddia ərizəsində məhkəmədən xahişinin nədən ibarət olduğunu ümumiyyətlə göstərməmiş, cavabdeh qarşı yönələn tələbi aydın şəkildə ifadə etməmişdir. Bununla bağlı bildirir ki, elektron sistem vasitəsi ilə Nizami rayon məhkəməsinə təqdim etdiyi ilk iddia ərizəsinin nətəcəvi hissəsi (xahiş hissəsi) ümumiyyətlə göstərilməmişdir. Bu məhkəmə elektron sistemində baş vermiş problemlə bağlı olmuşdur, ola bilər ki iddia ərizəsi kopiya və skan edilib sistemə vurularkən onun nəticəvi hissəsi sistemə düşməmişdir. İddia ərizəsi məhkəmənin elekton sistemdə qeydə alınandan sonra o, bu noqsanı aşkar etmiş və dərhal aradan qaldırmışdır. Belə ki iddia ərizəsini tam mətndə məhkəmənin elektron sistemində yenidən yükləmişdir. Məhkəmənin elektron sistemə yenidən yerləşdirilmiş iddia ərizəsində iddia tələbinin (iddianın predmeti) nədən ibarət olduğunu aydın şəkildə ifadə etmişdir: tərəflər arasında qanunun tələblərinə zidd olaraq şifahi formada bağlanmış avtomobilin icarə müqaviləsinin etibarsız sayılması, etibarsız sayılmış əqd üzrə tərəflərin aldıqlarının eyni vaxta qeri qaytarılması, qanuni əsaslar olmadan əsassız varlanmış cavabdehdən əsassız varlanma prdmeti olan 19190 manat pulun tutlması və məhrum olunana (iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsidir Tərəflərin izahatları :
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan digər iş üzrə yekun məhkəmə aktı çıxarılsa da, onun hüquqları pozulmuşdur. Belə ki, iddiaçı həmin qətnamədən də apellyasiya şikayəti vermiş, Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirmədən saxlamışdır. Digər iş ilə hazırki tələbi eyni deyil. Apellyasiya Məhkəməsində keçirilən iclasda iştirak etmiş və öz etirazlarını bildirmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Belə olan halda məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.
7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :
1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
8. “Dövlət rüsumu haqqında” Qanun :
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.
10. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.
11. İşin müəyyən edilmiş halı odur ki, Bakı şəhəri Nizami Rayon məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla yekun məhkəmə aktı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş e-2(007)-189/2025 saylı mülki iş olmuşdur.
12. Belə ki, həmin mülki iş üzrə İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, avtomobilin iddiaçının mülkiyyətinə verilməsi və ya avtomobilin dəyərinin iddiaçıya ödənilməsi və əldən çıxmış fayda" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, avtomobilin cavabdehin mülkiyyətində alınaraq onun mülkiyyətinə verilməsi və ya avtomobilin real bazar qiymətini nəzərə alaraq onun dəyərini cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh, mülki hüquqlarından sui-istifadə edərək, müqavilənin şərtlərini birtərəfli qaydada pozduğuna və bu hərəkətləri ilə digər tərəfə vurduğu ziyana görə əldən çıxmış fayda kimi 6 000 (altı min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
13. Həmçinin həmin mülki iş üzrə Cavabdeh vəkili və nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair qaşrılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən “Honda İnsight” markalı, **-RY-*** dövlət nömrə nişanlı (mühərrik 2013733, ban JHMZE2H32BS005922) minik avtomobilinin İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-189/2025 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "şifahi müqavilənin ləğv edilməsi, əmlak üzərində iddiaçının ¾ hissədə, cavabdehin ¼ hissədə payının müəyyən edilməsi, avtomobilin hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi" tələbinə dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməsi, “Honda İnsight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, JHMZE2H32BS005922 ban nömrəli, XETÇBEK ban tipli, buraxılış ili 2011, mühərrik nömrəsi 2013733, mühərrik həcmi 1339 olan avtomobilin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir.
15. Hazırki mülki iş üzrə iddiaçı məhkəmədən iddiaçı tərəflər arasında mübahisə obyekti olan “Honda İnsight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanılmış müqavilənin etibarsız hesab edilərək, etibarsız əqdin icrasının nəticələrinin qaytarılmasını xahiş etmişdir.
16. Beləliklə, hazırki mülki iş üzrə iddiaçı məhkəmədən cavabdeh ilə aralarında bağlanılmış müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmənin icraatında olan digər iş üzrə artıq həmin müqaviləyə əsaslanan tələb üzrə yekun məhkəmə aktı çıxarılmaqla, iddiaçının iddia tələbinin təmin edilməməsi qət etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadının 37-ci bəndində qeyd olunur ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir.
18. Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.
19. Göründüyü kimi, əqdə əsaslanan tələb üzrə məhkəmənin əsas vəzifəsi həmin əqdin etibarlı olub-olmamasını yoxlamaqdır. Bunun üçün isə ayrıca tələb irəli sürülməsi zərurəti yoxdur. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tərəflərin etirazlarına əsasən əqdin etibarsızlığını müəyyən etdikdə ona müvafiq olaraq mübahisəyə hüquqi qiymət verir.
20. Hazırda isə müəyyən edilmişdir ki, tərəflər arasında olan digər mülki iş üzrə mübahisə obyekti olan “Honda İnsight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərəflər arasında mövcud olan münasibətə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Həmin mülki işdən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
21. Hazırda iddiaçı bildirir ki, tərəflər arasında mövcud olan digər mülki iş üzrə irəli sürülünə iddia tələləbi ilə hazırki mülki iş üzrə irəli sürülən iddia tələbi bir-birindən tamamilə fərqlidir.
22. Bununla bağlı məhkmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadının 40-cı bəndində qeyd olunur ki, ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.
23. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
24. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir
25. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan digər iş üzrə "müqavilənin ləğv edilməsi, avtomobilin iddiaçının mülkiyyətinə verilməsi və ya avtomobilin dəyərinin iddiaçıya ödənilməsi və əldən çıxmış fayda" tələbini, hazırki mülki iş üzrə isə “müqavilənin etibarsız hesab edilməsi və pulların qaytarılması” tələbini irəli sürsə də, hər iki mülki iş üzrə iddianın predmeti eynilik təşkil edir.
26. Belə ki, iddiaçı Bakı şəhəri Nizami Rayon məhkəməsinin icraatında olan e-2(007)- 189/2025 saylı mülki iş üzrə müqavilənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Lakin mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair hər hansı müqavilə mövcud deyil.
27. Göründüyü kimi, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin etibarlı olub-olmaması məsələsinə Bakı şəhəri Nizami Rayon məhkəməsinin icraatında olan və yekun məhkəmə aktı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş e-2(007)-189/2025 saylı mülki iş üzrə artıq qiymət verilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının yuxarıda formalaşdırdığı hüquqi mövqelərdən də görünür ki, əqdə əsaslanan tələb üzrə ilkin şərt əqdin etibarlı olub-olmamasının yoxlanılmasıdır və əqdə əsaslanan tələbə mahiyyəti üzrə qiymət verildikdən sonra eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericilik baxımından yol verilməzdir.
29. Odur ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi əqdə əsaslanan digər tələbə mahiyyəti üzrə baxılıb qiymət verildiyindən həmin əqdin etibarsız hesab edilməsinə dair iddiaya ayrıca baxılması yol verilməzdir.
30. Belə ki, həmin iş üzrə məhkəmənin qiymət verdiyi, həll etdiyi məsələ hazırki mülki iş üzrə mübahisənin predmeti ilə birbaşa bağlıdır.
Nəticə :
31. Beləliklə, məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında iş olduğundan mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulların qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulların qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva