Məhkəmə qərarları › İş №2(007)-1773/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1773/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1773/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 24.05.2019-cu il, 24.05.2019-cu il, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı mini soba, Acer Aspire markalı notbuk, Kaspersky markalı antivirus, Logitech markalı mouse, SanDisk yaddaş kartı, İMEİ kodu **********40973 olan Hoffmann X Prime markalı telefon, İMEİ kodu **********26055 olan Hoffmann X Prime markalı telefon, 2 ədəd qoruyucu örtük və 2 ədəd qoruyucu üzlük almış və nəticədə 640 (altı yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 264 (iki yüz altmış dörd) manat (24 ay x 11 manat + 0 manat ilkin ödəniş) Hoffmann markalı mini soba üçün ümumilikdə, 192 (yüz doxsan iki) manat olmaqla ondan, 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə, 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 948 (doqquz yüz qırx səkkiz) manat (12 ay x 79 manat +0 manat ilkin ödəniş) Acer Aspire markalı notbuk, Kaspersky markalı antivirus, Logitech markalı mouse, SanDisk yaddaş kartı üçün ümumilikdə, 347 (üç yüz qırx yeddi) manat olmaqla ondan, 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 (otuz bir) manat cərimə, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 506 (beş yüz altı) manat (11 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40973 olan Hoffmann X Prime markalı telefon, İMEİ kodu **********26055 olan Hoffmann X Prime markalı telefon, 2 ədəd qoruyucu örtük və 2 ədəd qoruyucu üzlük üçün ümumilikdə, 101 (yüz bir) manat olmaqla ondan, 92 (doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1135 manat təşkil edir. Qeyd olunanlara əsasən 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı mini soba üçün 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı notbuk, Kaspersky markalı antivirus, Logitech markalı mouse, SanDisk yaddaş kartı üçün 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40973 olan Hoffmann X Prime markalı telefon, İMEİ kodu **********26055 olan Hoffmann X Prime markalı telefon, 2 ədəd qoruyucu örtük və 2 ədəd qoruyucu üzlük üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat, ümumilikdə, 640 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 670 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.05.2019-cu il tarixli 00679891 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Hoffmann markalı mini soba verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 24.05.2019-cu il tarixli 00679891 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 22-dən gec olmayaraq 24 ay müddətinə 11 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 175 manat ödənilməmiş hissə, 17 manat cərimə, cəmi 192 manat borcu vardır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.05.2019-cu il tarixli 00679350 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Acer Aspire markalı notbuk, Kaspersky markalı antivirus, Logitech markalı mouse, SanDisk yaddaş kartı verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 24.05.2019-cu il tarixli 00679350 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 22-dən gec olmayaraq 22 ay müddətinə 79 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 316 manat ödənilməmiş hissə, 31 manat cərimə, cəmi 347 manat borcu vardır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 20.08.2019-cu il tarixli 00859511 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********40973 olan Hoffmann X Prime markalı telefon, İMEİ kodu **********26055 olan Hoffmann X Prime markalı telefon, 2 ədəd qoruyucu örtük və 2 ədəd qoruyucu üzlük verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 20.08.2019-cu il tarixli 00859511 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 11 ay müddətinə 46 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 92 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 101 manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 25 fevral 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.05.2019-cu il, 24.05.2019-cu il, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı mini soba, Acer Aspire markalı notbuk, Kaspersky markalı antivirus, Logitech markalı mouse, SanDisk yaddaş kartı, İMEİ kodu **********40973 olan Hoffmann X Prime markalı telefon, İMEİ kodu **********26055 olan Hoffmann X Prime markalı telefon, 2 ədəd qoruyucu örtük və 2 ədəd qoruyucu üzlük almış və nəticədə 640 (altı yüz qırx) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı mini soba üçün 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı notbuk, Kaspersky markalı antivirus, Logitech markalı mouse, SanDisk yaddaş kartı üçün 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40973 olan Hoffmann X Prime markalı telefon, İMEİ kodu **********26055 olan Hoffmann X Prime markalı telefon, 2 ədəd qoruyucu örtük və 2 ədəd qoruyucu üzlük üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat, ümumilikdə, 640 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 670 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı mini soba üçün 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı notbuk, Kaspersky markalı antivirus, Logitech markalı mouse, SanDisk yaddaş kartı üçün 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40973 olan Hoffmann X Prime markalı telefon, İMEİ kodu **********26055 olan Hoffmann X Prime markalı telefon, 2 ədəd qoruyucu örtük və 2 ədəd qoruyucu üzlük üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat, ümumilikdə, 640 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 670 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar