Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1778/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən keçirilmiş mediasiya sessiyasında onunla X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək, tərəflərin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər uşaq üçün 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat aliment pulunun Ərizəçi xeyrinə tutulması və Maraqlı şəxs adına olan, Gəncə şəhəri 1-ci mkr bina 1, mənzil 15-də yerləşən ümumi sahəsi 78 kv.m olan, 3 otaqlı mənzilin notarial qaydada tərəflərin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 bağışlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Uşağın saxlanılması üçün alimentin tutulması və Maraqlı şəxs adına olan, Gəncə şəhəri 1-ci mkr bina 1, mənzil 15-də yerləşən ümumi sahəsi 78 kv.m olan, 3 otaqlı mənzili 30 (otuz) gün müddətində uşaqlarının adına keçirməsi, yəni notariat qaydasında bağışlamasını öhdəsinə götürməsi mediasiya qaydasında barışıq sazişi ilə həll edilmiş, lakin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmıış müddətin və əmlakın bağışlanması hissəsində isə barışıq sazişində qeyd olunan müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Bu səbəbədən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Hazırda Ərizəçi ilə Maraqlı şəxs aralarında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) arzu edən tərəf aidiyyəti rayon (şəhər) məhkəməsinə nikahın pozulması barədə müraciət ədə bilər; 2) uşaqlar: X6 və X5 analarının himayəsində, yanında qalırlar. Tərəflərin razılığına əsasən uşaqların atası Maraqlı şəxs uşaqları ilə, heç bir məhdudiyyət goyulmadan arzu etdiyi vaxt görüşə bilər və atalıq qayğısını göstərə bilər. 3) Maraqlı şəxs uşaqların saxlanılması üçün, hər ay könüllü olaraq hər uşaq üçün 220 manat olmaq şərtilə, cəmi 440 (dörd yüz qırx) manat aliment pulunu Ərizəçi xeyrinə, hesabına ödəməyi öhdəsinə götürür. 4) Maraqlı şəxs adına olan, Gəncə şəh. 1-ci mkr bina 1, mənzil 15-də yerləşən ümumi sahəsi 78 kv.m olan, 3 otaqlı mənzili 30 (otuz) gün müddətində uşaqlarının adına keçirməsini, yəni notariat qaydasında bağışlamasını öhdəsinə götürür. 5) hazırda tərəflər arasında əmlak mübahisəsi yoxdur. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli, MSB/2-02183/2023 saylı barışıq sazişinin aliment və mənzil hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X7 Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X7 ilə X9 arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00437 saylı barışıq sazişi aliment və mənzilin bağışlanması hissəsində təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli, MSB/2-02183/2023 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Maraqlı şəxs uşaqları xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün, hər ay könüllü olaraq hər uşaq üçün 220 manat olmaq şərtilə, cəmi 440 (dörd yüz qırx) manat aliment pulunu Ərizəçi xeyrinə, hesabına ödəməyi öhdəsinə götürür.
2. Maraqlı şəxs adına olan, Gəncə şəh. 1-ci mkr bina 1, mənzil 15-də yerləşən ümumi sahəsi 78 kv.m olan, 3 otaqlı mənzili 30 (otuz) gün müddətində uşaqlarının xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 adına keçirməsini, yəni notariat qaydasında bağışlamasını öhdəsinə götürür. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Həqiqət Əhmədova