Məhkəmə qərarları › İş №2(007)-1782/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1782/2021

26.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1782/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızı sədrliyi Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Cavabdeh3, Cavabdeh7 nümayəndəsi və vəkili Cavabdeh4, Cavabdeh6, X3 X1, Cavabdeh9, Cavabdeh10 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X2, Cavabdeh9, Cavabdeh10 qarşı "mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, cavabdehlərin kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X2, Cavabdeh9, Cavabdeh10 qarşı "mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, cavabdehlərin kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, bildirdi ki, məhkəməyə bu şəkildə iddanın təqdim edilməsi, cavabdehlərin kütləvi şəkildə qeyd edilməsi, bir iddianın həmin iddiaya aidiyyatı və münasibəti bilinməyən 10 nəfərə qarşı qaldırılması əsassızdır. iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X2, Cavabdeh9, Cavabdeh10 qarşı "mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, cavabdehlərin kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsi" tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar