Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1789/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Ermənistan SSR, Əzizbəyov rayonu, Karmaşen kəndində anadan olması, atasının X3, anasının X4 olması faktının, doğum tarixinin xx.xx.1975-ci il olması faktının, həmçinin X3 ilə X1 20 aprel 1960-cı il tarixdə nikah akt qeydinin olması faktını hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayionu, Karmaşen kəndində anadan olub. Ərizəçinin atası X2 xx.xx.1937-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Karmaşen kəndində anadan olub, G.Məmmədrzayev 20 aprel 1960-cı il tarixdə, X4 ilə rəsmi nikaha girməklə ailə qurub. Ərziəçinin anası Gilas Məmmədrzayev xx.xx.1939-cu il tarixdə Ermənistan SSR, Əzizbəyov raypnu, Karmaşen kəndində anadan olub. Ailə 1988-ci il tarixdə Azərbaycan türklərinin Ermənistandan deportasiyası nəticəsində Bakı şəhərinə köçmək məcburiyyətində qalıblar. Ərizəçinin anası X4 xx.xx.2000-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil əldə etmişdir. Ərizəçinin anası X5 02 fevral 2013-cü il tarixdə, atası X2 isə xx.xx.2015-ci il tarixdə dünyasını dəyişmişdir. Bundan sonra Ərizəçi birinci dərəcəli vərəsə kimi anası Gilas Məmmədrzayevadır. Ona miras qalmış daşınmaz əmlakı öz adına rəsmiləşdirmək üçün Notariat Kontoruna müraciət etmişdir. Ərizəçindən qanunvericiliyə uyğun olaraq ondan miras qoyan şəxslə qohumluq əlaqələrini (doğum şəhadətnaməsi) həmçinin miras qoyanın ailə vəziyyətini təsdiq edən sənədləri (nikah şahadətnaməsini) tələb edilmişdir. Sözügedən sənədləri əldə etmək üçün Ərizəçi Maraqlı şəxsnə müraciət edərək özünün doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Maraqlı şəxsndən xx.xx.2021 -ci il tarixdə № 05Q-352/15 saylı və xx.xx.2021 -ci il tarixdə № 05Q-353/15 saylı imtina məktubları ilə istənilən sənədlərin verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Odur ki, ərizəçinin doğum şəhadətnaməsinin və onun anası Gilas Məmmədrzayeva ilə Gəray Məmmədrzayevlə nikahı faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. O bildirmişdir ki, valideyinlərinin nikah şəharətnaməsi özünü isə doğum şəhadətnaməsi onlarda baş vermiş yanğın nəticəsində yarasız vəziyyətə düşmüşdür. hazırda onların yeni nüsxəsinin yenidən əldə etməsi mümükünsüzdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin atası onun atasının dayısı oğludur. 1972-73-cü illərdə atası ilə onlara gedib-gəlmişlər. Vahidin atasının adı Gəray anasının adı isə Gilas idi Nizamidə Qaya restoranının yanında yaşayırdılar. Ailədə dörd qardaş iki bacı idilər. Zahidlə Mübariz rəhmətə getmişdir. Onların yasında olmuşam. Zakir və bacıları sağdırlar. Məhkəmə iclasında Şahid2 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin bacısıdır. O, 1969-cu ildə dünyaya gəlmiş, atasının adı Gəray, anasının adı Gilas olmuşdur. Hər ikisi rəhmətə gedənə qədər bir-yerdə yaşamış rəsmi nikahları olmuşdur. Vahidin və valideyinlərinin şəhadətnamələri olumuş lakin Ermənistandan alınmıç, məhv olduğuna görə yenisini ala bilməmişlər. Vahidin doğum gününü dəqiq xatırlamır amma uşağlığdan ailə kimi hamısı Karmeşan kəndində bir yerdə yaşamışlar. Vahid evi adına keçirmək istəyir. Ailə də heç kimin buna etirazı yoxdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1975-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonunda doğulmuşdur. - AZE 00009862 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 03 mart 1937-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonunda doğulmuşdur. - AZE 00505949 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 03 oktyabr 1939-cu il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonunda doğulmuşdur. - Bakı şəhəri Maraqlı şəxs 17 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a əsasən ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti Orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MK ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri) tərəfindən bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Eyni zamanda qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon(şohər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. - AZ-İİ ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 17 fevral 2019-cu il tarixdə ölmüşdür. - AZ-İİ 753797 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 iyun 2015-ci il tarixdə ölmüşdür. - 30 iyun 1989-cu il tarixdə 23 saylı Notariat kontoru tərəfindən təsdiq olunmuş arayışın surətindən görünür ki, X2 ilə X4 20 aprel 1960-cı il tarixdə nikahlarını bağlamışlar. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Karmaşen kəndində doğulmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini, ata və anasının nikahı haqqında şəhadətnaməni ala bilmədiyindən, doğumun faktının və nikahın qeydə alınması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübut növləri ilə, o cümlədən şahidlərin məhkəmədə verdikləri ifadələrlə, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Karmaşen kəndində anadan olması faktı, eləcə də, X2 ilə X1 20 aprel 1960-cı il tarixdə nikahlarını qeyd etdirmələri faktı təsdiq edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Karmaşen kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X2, ana adı qrafasında X4 göstərilməli, X2 ilə X4 arasında 20 aprel 1960-cı il tarixdə nikah qeyd edilməsi faktı müəyyən edilməklə, nikahın bağlanması haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında və nikah haqqında yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Karmaşen kəndində doğulması faktı müəyyən edilməklə, doğum haqqında akt qeydi bərpa edilsin. Akt qeydləri kitabının ata adı qrafasında X2, ana adı qrafasında X4 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. X2 ilə X4 arasında 20 aprel 1960-cı il tarixdə nikah qeyd edilməsi faktı müəyyən edilməklə, nikahın bağlanması haqqında akt qeydi bərpa edilsin. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Nikah haqqında yeni şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1789/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1789/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver