Məhkəmə qərarları › İş №2(043)-1117/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1117/2020

17.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1117/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlışəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : Ərizəçi maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayonu Qovlarsarı kənd sovetinin 18.05.1954-cü il tarixli 45 saylı vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında qeydiyyatı kitabının ata qrafasında “Məmməd” əvəzinə düzgün olmayaraq “Hüseyn” kimi, Samux rayonu Qovlarsarı kənd sovetinin 19.04.1957-ci il tarixli vətəndaşlıq vəziyyəti aktlarının nikah haqqında qeydiyyatı kitabında ata adının “Məmməd” əvəzinə “Məmmədhüseyn” kimi düzgün qeyd edilməməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçiərizəni müdafiə edərək izahatında göstərdi ki, 01.11.1988-ci ildə mərhum x10 ilə ailə qurmuşdur. x16 11 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Hazırda ərinin adına olan x15 rayonu, İ.İsmayılzadə küçəsi, 81 nömrəli evi vərəsəlik qaydasında öz adına keçirmək üçün notariusa müraciət etmişdir. Əri x6 atası x8 olmuşdur. Sənədləri notariusa təqdim edərkən məlum olmuşdur ki, ərinin Samux rayonu Qovlarsarı kənd sovetində aparılmış 18.05.1954-cü il tarixli 45 saylı doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında baba adı səhvən “Məmməd” əvəzinə “Hüseyn” yazılmışdır. Bundan başqa qaynatası Xaxıyev İsmayılın ata adı Samux rayonu Qovlarsarı kənd sovetinin 19.04.1957-ci il tarixli 10 saylı nikah akt qeydinə səhvən Məmməd olduğu halda “Məmmədhüseyn” yazılmışdır. Sənədlərdə olan həmin səhvlərə görə Notarius miras qalmış mülkə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, Kəpəz rayon Qeydiyyat şöbəsi isə doğum və nikah haqqında akt qeydlərinə düzəliş aparmaqdan imtina edir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə ərizə verərək ərizəyə dair etirazlarının olmamasını bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x13 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır.O, Samux rayonu Qovlarsarı «kənd sovetinin» katibi işləmişdir. Ərizəçinin qaynatası x5 ölüm akt qeydini o, tərtib etmişdir. İsmayılın atasının adı Məmməd olmuşdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli, 012299 nömrəli doğum haqqında arayışdan görünür ki, ərizəsinin əri x6 atası x3 qeyd olunmuşdur. Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli nikah akt qeydindən çıxarışdan görünür ki, ərizəçinin qaynatasının adı, soyad və atasının adı x1 qeyd olunmuşdur. AZ-İİ seriyalı 055929 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin qaynatasının adı, soyad və atasının adı x4 qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin əri x10 11 yanvar 2020-ci il tarixdə ölmüşdür. Ərizəçi ərindən miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul etməsi üçün notariusa müraciət etmiş, lakin ərinin və qaynatasının haqqında aparılmış vətədaşlıq vəziyyəti aktlarının qeydiyyatında ziddiyət olduğu üçün ərizəçi vərəsəliklə bağlı məsələlərin həll olunmasına nail ola bilməmişdir. Ərizəçi həmin qeydlərin düzğün olmaması faktını başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.11) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi əri x6 11 may 1954-cü ildə Samux rayonu Qovlarsarı kənd İcra Nümayəndəliyində aparılmış doğum akt qeydində ata qrafasında atası x5 ata adının Məmməd əvəzinə düzgün olmayaraq Hüseyn kimi, qaynatası x5 19 aprel 1957-ci ildə Samux rayonu Qovlarsarı kənd İcra Nümayəndəliyində aparılmış nikah akt qeydində ata adının Məmməd əvəzinə Məmmədhüseyn kimi düzgün qeyd edilməməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. Ərizəçi əri x6 11 may 1954-cü ildə Samux rayonu Qovlarsarı kənd İcra Nümayəndəliyində aparılmış doğum akt qeydində ata qrafasında atası x5 ata adının Məmməd əvəzinə düzgün olmayaraq Hüseyn kimi, qaynatası x5 19 aprel 1957-ci ildə Samux rayonu Qovlarsarı kənd İcra Nümayəndəliyində aparılmış nikah akt qeydində ata adının Məmməd əvəzinə Məmmədhüseyn kimi düzgün qeyd edilməməsi müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x15 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar